30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Böyük coğrafi kəşflərin həyata keçirilməsi elm və texnikanın inkişafı sayəsində mümkün oldu. Belə ki, okeanda

üzmək üçün kifayət qədər möhkəm olan yelkənli karavellər yaradıldı, kompas və dəniz xəritələri təkmilləşdirildi.

Yerin kürə formasında olması ideyasının get-gedə daha çox qüvvəyə minməsi Böyük coğrafi kəşflər üçün elmi

nəzəri baza oldu. Atlantik okeanından keçərək Hindistana gedən qərb istiqamətli dəniz yollarının mövcud olması

haqqındakı düşüncələr həmin ideya ilə bağlı idi. Böyük kəşflər üçün Şərq xalqlarının coğrafi biliklər və dənizçiliyin

inkişafı sahəsindəki nailiyyətlərinin mühüm əhəmiyyəti olmuşdur.

Coğrafi kəşflər sayəsində toplanan zəngin materiallar coğrafiya elmində uzun müddət davam edən durğunluğa son

qoydu, aydın olmayan və səhv anlayışların düzgün başa düşülməsinə səbəb oldu. XV əsrin axırında və XVI əsrin

əvvəlində Vasko da Qamanın, X.Kolumbun ekspedisiyaları, F.Magellanın Yer ətrafında ilk dəniz səyahəti Yer

haqqında ümumcoğrafi təsəvvürlərin yaradılmasında əsaslı bir pillə oldu. Coğrafi xəritələrdə Amerika və Sakit

okean öz əksini tapdı, Hindistana gedən dəniz yolu, Yer kürəsinin əksər hissəsi kəşf edildi. Bir sözlə, coğrafiya

elminin inkişafı üçün münbit şərait yarandı. Böyük coğrafi kəşflər elmin bir çox digər sahələri (botanika, zoologiya,

etnoqrafiya və s.) üçün zəngin material verdi.

Coğrafiya tarixində XV əsrə (daha dəqiq desək 1415-1420-ci illərdən başlayaraq 1492-ci ilədək olan dövr) erkən

orta əsrdən Böyük coğrafi kəşflərə hazırlıq dövrü kimi baxılır. Məhz bu dövrdə Amerika və Hindistana dəniz

yollarının açılması üçün tələb olunan sosial-iqtisadi şərait yaranmışdır və bu kəşflərə təkan verən coğrafi konsepsiya

inkişaf tapmışdır: nəhayət, uzaq okean səfərlərinə çıxmaq təcrübəsi toplanırdı.

3.2 Böyük coğrafi kəşflərə hazırlıq dövrü (XV əsr)

Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən İspaniya və Portuqaliya digər ölkələrlə

müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə daha çox hazır idilər. Məhz bu iki Pireney

ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları

kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki - Şimali

və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər.

Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar

axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra

onların yerinə daha güclü olan İngiltərə və Hollandiya gəldi.

Deməli, Böyük Coğrafi kəşfləri ilkin hazırlayan və həyata keçirən iki Pireney dövləti- İspaniya və Portuqaliya

olmuşdur. Böyük coğrafi kəşflər dövrü X.Kolumb və F.Magellanın adları ilə bağlı olsa da, bu bir həqiqətdir ki,

həmin dövrdə uzaq dəniz səyahətlərinin elmi və texniki bazasını böyük təkid və həvəslə hazırlayan Portuqaliya

şahzadəsi Henrix Dənizçi (1395-1460) olmuşdur. Dənizçi ləqəbi Henrixə XIX əsrdə verilmişdir. Bu adı almasına

baxmayaraq, çoxlu ekspedisiyalar təşkil etsə də, onun özü heç bir dəniz səyahətinə çıxmamışdır.

O, hələ gənc ikən 1415-ci ildə Şimali Afrika limanı olan Suyetanın Portuqaliya tərəfindən alınmasında iştirak

etmişdir. Hələ orada olarkən öyrənir ki, bu şəhərdən cənuba - Böyük səhranı kəsib keçən və qızılla zəngin olan

ölkələrə karvan yolu uzanır. Odur ki, Henrix Dənizçi Afrikanın qərb sahili boyu gəmilər göndərib bu zəngin ölkələrə

çatmağa can atırdı. O, bütün ömrünü belə məqsədlərin həyata keçirilməsinə həsr etmişdir.

Henrix Avropanın ən qərb burnu olan San-Visentedə rəsədxana, kosmoqrafiya və dənizçilik məktəbləri təşkil edir və

Avropanın hər yerindən buraya ən yaxşı kartoqrafları, astronomları, naviqasiya cihazlarından başı çıxan

mütəxəssisləri dəvət edir. Səyahətlər zamanı səmt küləkləri, dəniz axınları, burunlar və adalar haqqında toplanan ən

yeni məlumatlar burada qeydiyyata alınırdı. Hindistana dəniz yolu axtarmaq üçün Henrix məktəbi tərəfindən ilbəil

Afrikanın sahilləri boyuna Portuqaliya gəmiləri göndərilirdi.

Okean qarşısında qorxu hissi insanlarda hələ böyük idi və hətta bəzən heç nə ilə nəzərə çarpmayan adi bir burun

keçilməz maneəyə çevrilirdi. Henrix Dənizçi adamları məcbur edirdi ki, bu qorxunu aradan qaldırsınlar, o əsl

dənizçilər tərbiyə edirdi. Elə Afrikanın cənub ucqarındakı Ümid burnunu keçməyin qorxu xofunu məhz onun

yetişdirdiyi dənizçilər aradan qaldırdılar.

Portuqaliyalılar hələ lap qədim zamanlardan başlayaraq Afrikanın qərb sahillərini qarış-qarış öyrənirdilər. Henrix

Dənizçinin yetişdirmələri isə bu prosesi sürətləndirirdilər. Tezliklə Alvize de Kadamosto Yaşıl Burun adalarını kəşf

edir. Afrika sahilləri ilə cənuba hərəkət edən Perri di Sintra 1462-ci ildə lap sahilə yaxın hündür dağlar görür, onun

buludlarda gizlənən zirvəsindən pələng nərəsi eşidir və ona görə də bu dağa Syerra-Leone (Pələng dağı) adını verir.

25

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!