30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan çaylarının istifadəsi və su hövzələrinin qorunması məsələləri (R.B.Abdullayev, F.Y.Fətullayev,

N.Ə.Məmmədov), su anbarlarının ətraf mühitə təsiri (Ş.B.Xəlilov, 1991) Abşeron göllərinin ekoloji vəziyyəti

(A.A.Əliyev, 1991) və s. məsələlərin kompleksli tədqiqi aparılmışdır.

Bakı Dövlət Universitetinin Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasının

əməkdaşları Abşeronun neftlə çirklənmiş torpaqlarının bioloji rekultivasiyası (N.K.Mikayılov), Xəzərsahili

zonaların mühafizəsi və ətraf mühitin optimallaşdırılması (Ş.Y.Göyçaylı) və s. üzrə geniş elmi-tədqiqat işləri

aparmışdır. Kafedranın təşəbbüsü ilə 1990-1997-ci illərdə ekologiya üzrə respublika miqyaslı elmi-metodiki

konfranslar keçirilmişdir. Konfransların materiallarında maraqlı məlumatlar verilmiş və faydalı təkliflər irəli

sürülmüşdür.

Ətraf mühitin mühafizəsi üzrə iri həcmli təşkilatı-idarəetmə və elmi-layihələşdirmə işləri görülmüşdür.

Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi, Azərbaycan Milli Aerokosmik Agentliyi və onun nəzdində

Ekologiya İnstitutu yaradılmışdır. Kosmosdan ətraf mühitin müntəzəm öyrənilməsi, mühafizəsi və onda baş verən

dəyişiklikləri izləyən müşahidələrin aparılması və s. istiqamətində iri həcmli tədqiqat işləri həyata keçirilir.

Azərbaycan EA Coğrafiya İnstitutunun müvafiq şöbələri və BDU-nun Ətraf mühitin mühafizəsi kafedrasının

əməkdaşları «Azərbaycanda təbiətin mühafizəsinin (1986-2000-ci illər) kompleks sxemi»nin və «Təbii ehtiyatlardan

səmərəli istifadə olunmasının kompleks proqramı»nın və digər çox mühüm dövlət layihələrinin hazırlanmasında

yaxından iştirak etmişlər.

Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli

istifadə və coğrafi ekologiya ixtisasları üzrə bakalavr və magistr səviyyəsində ixtisaslı kadr hazırlığı aparılır. 1981-ci

ildən isə müvafiq kafedra yaradılmışdır.

Azərbaycan təbiətinin öyrənilməsində, təbliğində və ətraf mühitin mühafizəsi sahəsində bir çox alimlərin

danılmaz əməkləri olsa da, akademiklərdən H.Ə.Əliyevin və B.Ə.Budaqovun apardıqları işlər xüsusi qeyd

olunmalıdır.

Azərbaycanın təbiətinin qorunması haqqında ilk həyəcan təbilini vuran akad. H.Ə.Əliyev olmuşdur. Özünün

«Həyəcan təbili» (1982) kitabında akademik yazmışdır: «Torpaq dilə gəlib şikayətləndi. Kimdir? Özünün süd verib,

bəslədiyi insanlardan, sinəsinə yara vuranlardan, gözlərinə zəhər tozu üfürənlərdən. Mən isə torpağın övladlarından

birisi kimi haray saldım... dedim ki, qoy səsimi hamı eşitsin. Həyəcan təbili»ni insanların qulağının dibindən asmaq

lazımdır» 1 . Digər müəlliflərlə şərikli yazdığı «Kənd təsərrüfatı və təbiətin mühafizəsi» (1980), «Azərbaycanın

torpaq fondu və onların səmərəli istifadəsi və mühafizəsi» (1982) və b. əsərlərində Həsən Əliyev təbiətin ən böyük

keşikçisi olaraq qalmışdır.

B.Ə.Budaqovun bu istiqamətdə apardığı tədqiqatlar onun «Təbiəti qoruyaq» (1977), «Dözümlü və dözümsüz

təbiət» (1990) və b. kitab və məqalələrində öz əksini tapmışdır. Müəllif bizim ədəbiyyatda ilk dəfə olaraq üç aparıcıtəbii,

təbii-antropogen və antropogen amilləri nəzərə alaraq Azərbaycan ərazisini 22 ekoloji-coğrafi rayona

ayırmışdır. Hər bir rayonun ətraf mühitinin gərginlik dərəcəsindən asılı olaraq kompleks tədbirlər hazırlanıb həyata

keçirmə haqqında dəyərli tövsiyyələr verilmişdir.

Azərbaycanın yeni iqtisadi şəraitə keçməsi, onun təbii ehtiyatlardan xüsusilə, neft – qazdan istifadəyə

beynəlxalq şirkətlərin cəlb edilməsi ətraf mühitin qorunması və bərpasının dünya standartları səviyyəsində

qurulması işləri ciddi dövlət nəzarəti altında saxlanılmalıdır. Beynəlxalq təbiəti mühafizə təşkilatları – BMT ətraf

mühitin mühafizəsi üzrə Proqramı (UNEP-inqilis.) və digərləri ilə əlaqələrin genişləndirilməsi böyük fayda verərdi.

6.7. Məktəb coğrafiyası

Xalqın təhsilinin və ümumi dünyagörüşünün inkişafında tarix, dilçilik və coğrafiya elmləri müstəsna rol

oynayırlar. Bu üç amil sırasında fəal mövqe tutan coğrafiya ali və orta məktəblərdə təhsil alan gənclərin və

bütövlükdə xalq kütləsinin maariflənməsində müntəzəm iştirak edir.

O, böyük bir elm sahəsi kimi dünyanın coğrafi mənzərəsi, iqtisadiyyatı, ekologiyası, kartoqrafiyası və s.

haqqında köklü və əlaqəli biliklər verir. Burada söhbət hər şeydən əvvəl ümumbəşəri mədəniyyətinin tərkib hissəsi

olan coğrafi mədəniyyətə ölkə əhalisinin və onun hər bir vətəndaşının qovuşmasından, təhsil və tədrisin

əhəmiyyətinin artırılmasından gedir.

Azərbaycanda coğrafiyanın tədrisi tarixində xalqımızın tanınmış maarifçi alimlərindən Qafur Rəşadın,

Həsənbəy Zərdabinin, Məhəmməd Baharlının və b. böyük əməkləri olmuşdur. Onların yazdıqları coğrafi dərslik və

kitablar Azərbaycan məktəb coğrafiyası üçün yazılmış ilk qiymətli nümunələr idi.

Məktəb coğrafiyasının sistemli inkişafı 1934-1935-ci illərdən başlanmışdır. Həmin dövrdə keçmiş İttifaq

dövləti ali və orta məktəblərdə coğrafiyanın tədris olunması, dərsliklər və kartoqrafiya materiallarının hazırlanması

haqqında əhəmiyyətli qərarlar qəbul etmişdir.

1 Ùÿñÿí ßëèéåâ «Ùÿéàúàí òÿáèëè», Áàêû, Àçÿðíÿøð, 1982, ñÿù.5

89

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!