30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Köhnə üsullarla – nə xəritə və nə də qlobus vasitəsilə kosmik coğrafiyanın verdiyi qədər geniş informasiyanı

biliklər almaq olmaz. Bunun üçün artıq on illərdən bəri müxtəlif hündürlüklərdə və işıqlandırma şəraitində çəkilmiş

böyük həcmdə kosmik şəkillər və materiallar daha faydalıdır. Bu materiallar real «qlobusun» mənzərəsindən

fırlanan canlı Yerin müasir coğrafiyasını qurmaq üçün tam yetərlidir. Kosmik «qlobus»da yerdəki boğazlar,

okeanlar, dənizlər, adalar, dağlar və səhralar tamamilə başqa görünüşə malikdirlər.

Bu şəkillər böyük bir kino lenti kimi Yerin rəngli mozaikasını real olaraq göz önündə canlandırır. Kosmosdan

baxdıqda təbiətdə heç nəyin təsadüfi olmadığını və öz qanunu ilə yaşadığını aydın görürsən. Kosmik gəmidən

bitkilərin rənginin dəyişməsi ilə Yerin şimal və cənub yarımkürələrində fəsillərin eyni vaxtda gedişini görə bilərsən.

Səthə yaxın olan geoloji formasiya ilə onun üzərində əmələ gəlmiş landşaftın ümumi mənzərəsi arasındakı əlaqələri

aydın görmək olur. Ərazinin tektonik strukturunu kosmosdan öyrənməklə faydalı qazıntıların düzgün axtarışı

istiqamətlərini müəyyən etmək olar.

Kosmosdan alınan şəkillər və informasiyanın köməyi ilə Yerin bütövlükdə və ayrı-ayrı regionları üzrə ekoloji

şəraitinin öyrənilməsi müstəsna əhəmiyyət kəsb edir.

Son nailiyyət kimi kosmik materiallar əsasında Coğrafiya İnformasiya Sistemlərinin yaradılmasını (CİS-lər)

göstərmək olar. Bu sistemlə hazırlanan rəqəmli xəritələrdə: ərazinin topoqrafiyası, yağıntıların miqdarı,

temperaturun gedişi, əhalinin sıxlığı, flora və faunanın tərkibi və s. haqqında geniş həcmli coğrafi informasiya

verilir.

VI fəsil

AZƏRBAYCAN COĞRAFİYASININ İNKİŞAF TARİXİ

6.1 Azərbaycan coğrafiya tarixinin ümumi icmalı

Coğrafiya tarixi,

Tapdıq Həsənov,

Əbdürrəhim Hacızadə

Azərbaycan haqqında ilk yazılı coğrafi məlumatlara qədim yunan və Roma səyyahları və alimlərinin

əsərlərində rast gəlirik. Yunan filosofu Herodot Xəzər sahilini təsvir etmiş, Roma alimi, milliyyətcə yunan olan

Strabonun coğrafiya kitablarında isə Albaniya, Xəzər dənizinin sahilləri və onun özü haqqında çox maraqlı

məlumatlar yazılmışdır. Klavdiy Ptolemey, Dədə Qorqud dastanı və həmçinin yerli alban alimlərindən Moisey

Kalankatlı (VII-VIII) ölkəmiz haqqında xeyli bilgilər vermişlər.

Moisey Kalankatlınun «Albanların tarixi» əsərində göstərilir ki, I-VII əsrlərdə Albaniyanın ərazisi şimalda

Baş Qafqaz dağlarından başlayaraq cənubda Araz çayınadək, qərbdə İberiyadan şərqdə Xəzər dənizinə qədər

uzanırdı. İnzibatı bölgü baxımından Albaniya vilayətlərə (havarlara) və əyalətlərə (nahanqlara) bölünmüşdür. Kürün

sol sahilində Qəbələ, Şəki, Kambisiena (Mingəçevir rayonunda), sağ sahilində Arsax, Uti, Qardman, Sakasena,

Paytakaran, Syunik və b. əyalətlər (nahanqlar) yerləşirdi. Xəzər sahili boyu Dərbənddən Beşbarmaq dağınadək olan

əraziləri Çola, ondan qərbə Lpinə, Həcəri və b. əyalətlər tuturdu. (Şəkil 14). İri Alban yepiskoplarının mərkəzləri

olan Qəbələ, Şəki, Partav (Bərdə), Paytakaran (Beyləqan) haqqında ətraflı məlumatlar verilirdi. Müəllif Albaniyanın

əlverişli təbii şəraiti, kənd təsərrüfatının əsas sahələri, sənətkarlığı, ticarət yolları, qonşu xalqları və s. haqqında

dəyərli tarixi-coğrafi məlumatlar vermişdir.

«Dədə Qorqud» kitabı Azərbaycan xalqının tarixinin işıqlı bir dövrünü VI-VII əsrləri əhatə edir. Bu dastan

təkcə tarixi əsər olmaqdan ziyadə, həm də tarixi-coğrafi-etnoqrafik anlayış və hadisələri, çoxlu yer adlarını əhatə

edən geniş məzmunlu bir əsərdir. Türklərin yayıldığı əraziləri, qonşuları, əhalinin müxtəlif mərasimləri, məşğuliyyət

sahələri, şəhərləri, yolları və s. haqqında dastanda dolğun məlumatlar verilir. Özü də kitabda coğrafi hadisələri əhatə

edən ayrıca tarixi-coğrafi bölmə vardır.

«Dədə Qorqud» ön Asiyada, Qafqazda, xüsusilə Azərbaycanda yaşayan oğuz türklərinin tarixini bədii dildə

qələmə alan bir dastandır. Burada təsvir olunan hadisələr Böyük türk ellərinin (L.Qumilyova görə «Türkyurd») və

onların yenilməz sərkərdələrinin göstərdikləri mərdlik və qəhrəmanlıqları ilə bağlıdır. Bu gün həmin dastan bütün

türk ölkələrinin tarixi-coğrafi və mədəni birliklərinin inkişaf etdirilməsində böyük rol oynayır.

68

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!