30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Dövrün tələbindən asılı olaraq gah ümumi və gah da regional coğrafi tədqiqatlara üstünlük verilirdi.

R.Constonun kitabının leytmotivlərindən biri də bizim elmdə nəzəri bazanın axtarışlarının gətirib «kəmiyyət

inqilabına» – riyazi coğrafiyaya, modelləşdirməyə çıxarması olmuşdur. Coğrafiyada metodologiya əvəzinə riyazi

metodların tətbiq olunması isə getdikcə sosial coğrafiyanı rəqəmlər və metodlarla verilmiş «quru» elmlər sırasına

endirirdi və müasir riyazi bilikləri olmayanlar artıq coğrafiya jurnallarını və əsərlərini oxuya bilmirdilər. Ona görə

də 70-ci illərdə sahə (ərazi) elmlərində geniş tətbiq olunan «kəmiyyət inqilabi» üsulu kəskin tənqid olunmağa

başlandı. Sosial coğrafiya topladığı informasiya materiallarını yeni texnologiyanı – kompüter və displeyləri geniş

tətbiq etməklə öz mövqeyini qoruyub saxlaya bildi. Bu istiqamətdə Coğrafi İnformasiya Sistemlərinin (CİS)

yaradılması müstəsna rol oynadı.

Sosial coğrafiya elminin ictimai mövqeyi, ona verilən müxtəlif istiqamətli sifarişlərin artması ilə bağlı olaraq

xeyli möhkəmlənmişdir.

Bu elmin regional planlaşdırma və tarazlı (dayanaqlı) inkişafın səmərəli təşkil olunmasında, siyasi coğrafiyanın

əhatəli problemlərinin həllində iştirakı çox əhəmiyyətlidir.

C.Constonun sosial coğrafiya sahəsində apardığı geniş tədqiqatları tamamlamaq məqsədilə ingilis-amerikan

fiziki-coğrafiya elmində baş verən axtarışları ümumiləşdirmək məqsədilə K.Qreqorinin yuxarıda adı çəkilən

monoqrafiyası («Coğrafiya və coğrafiyaşünaslar»), nəşr olunmuşdur. Burada göstərilirdi ki, fiziki coğrafiyada hökm

sürən sadə təsviri yanaşma XX əsrin ortalarına yaxın artıq öz imkanlarını tükətmişdir və onu əvəz edən struktur və

proseslərin qarşılıqlı əlaqə şəklində öyrənilməsi dövrü gəlmişdir. Yalnız bu yolla fiziki coğrafiyada baş verənləri

düzgün səhmana salmaq mümkündür.

Müəllif fiziki coğrafiyanın və onun əsas sahələrinin – geomorfologiya, iqlimşünaslıq, hidrologiya, torpaq və

bitki coğrafiyasının nəzəri platformalarının birləşdirilməsi tezisinin vacibliyini irəli sürür. Müasir fiziki coğrafiyada

geomorfologiyanın xüsusilə, tətbiqi geomorfologiyanın Qərbdə aparıcı istiqamət olduğu və daha çox alimin bu

sahədə çalışdığı göstərilir. Elə Qreqorinin özü də kitabında geomorfologiya elminin problemlərinə önəmli yer ayırır.

Fiziki coğrafiyanın üç istiqamətinin: kəmiyyət təhlili, xronologiya və müxtəlif proseslərin öyrənilməsinə üstünlük

verilir. Xronoloji istiqamət təbiət hadisələrinin yaşını və təbii proseslərin dinamikasının tədqiqini əhatə edir. Müəllif

bu istiqamət üzrə Qərbdə çıxan ədəbiyyatın geniş təhlilini verir.

Ətraf mühitə antropogen təsirin müstəqil qüvvə kimi öyrənilməsi coğrafiya elminin hər iki qolunun – fiziki və

iqtisadi coğrafiyanın maraqlarını yaxınlaşdırır. Lakin bununla belə həmin məsələlərin mürəkkəbliyi nəzərə alınaraq

elmlərarası tədqiqatların aparılması inkar edilmir. Gələcəkdə bu elmlərin ixtisaslaşdırılmasını dərinləşdirmədən

tərəqqiyə nail olmaq qeyri-mümkündür. Ona görə də praktiki həyat qabağa baxmağı, təbii proseslərin

proqnozlaşdırılmasına və idarə olunmasına doğru irəliləməyi tələb edir.

Kitabda daha sonra geosistem anlayışından landşafta keçidlə bağlı çətinliklərdən, təkamül nəzəriyyəsinin fiziki

coğrafiyanın inkişaf yolunu müəyyənləşdirməsindəki rolundan, V.M.Devisin geomorfologiyasının dövrülük

konsepsiyasından danışılır.

Relyefin dövrülülüyünü öyrənmək üçün seçilmiş ərazilərin unikal xüsusiyyətlərinin fiziki-coğrafi tədqiqatlara

güclü təsir göstərməsi haqqında kitabda maraqlı faktlar gətirilir. Göstərilir ki, Böyük Britaniya və ABŞ ərazilərinin

geniş sahədə meşələr və ümumiyyətlə təbii bitkilərlə kasıb olması bu ölkələrin fiziki coğraflarının müxtəlif

xarakterli hadisələrin birgə yayılması faktına az diqqət yetirmələrinə səbəb olmuşdur. Bunun əksinə olaraq həmin

ölkələrdə antropogen landşaftın çılpaqlığı birinci növbədə geomorfoloji tədqiqatların aparılmasına əlverişli şərait

yaratmışdır.

Yerin təbiətinin öyrənilməsində, universal qanunauyğunluqların aşkar edilməsində, fiziki coğrafiya elmində

toplanmış informasiyadan birgə istifadə olunmasında beynəlxalq əmək bölgüsünün səmərəliliyinin

yüksəldilməsində K.Qreqorinin əsərinin böyük əhəmiyyəti olacağına inanırıq.

Son illər Türkiyə Respublikası ilə əlaqələrin genişlənməsi coğrafi ədəbiyyatların mübadiləsinə müsbət təsir

göstərmişdir. Əldə olan belə kitablardan Erol Tümerekin «İqtisadi coğrafiya» (İstanbul 1994) və Həyat Doğanın

«Türkiyənin iqtisadi coğrafiyası»dır (İstanbul 1995).

Özünün fundamental monoqrafiyasında Erol Tümerek coğrafiya elminə aid Qərbi Avropa və Türkiyə

alimlərinin fikirlərini ümumiləşdirir və onun müasir həyatın iqtisadi, siyasi və sosial problemlərin həllində fəal

iştirakını göstərir. Onun fikrincə, iqtisadi coğrafiya «Yer üzərində müxtəlif iqtisadi malların harada istehsal edilməsi

imkanlarının olub-olmamasını, təcili lazım olduqda haradan tapa biləcəyini həll edən elmdir. Qısa desək, iqtisadi

coğrafiya insanın həyat fəaliyyəti ilə məşğul olan elmdir».

Həyat Doğanayın iri həcmli dərsliyində (650 səh.) Türkiyə təsərrüfatının bütün sahələrinin coğrafiyası geniş

şəkildə əks olunmuşdur. Ölkənin kənd və meşə təsərrüfatı, dağ – mədən və sənaye sahələri, nəqliyyat və s.

Coğrafiyası çox böyük dəqiqliklə verilmişdir. Bütün coğrafi təsvirlər məzmunlu xəritələr, diaqramlar və cədvəllərlə

müşayiət olunur.

53

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!