30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

1498-ci ildə olan ikinci səfərində Kabot Nyufaundlenddən başlayaraq Floridaya qədər uzanan Şimali Amerika

sahillərini tədqiq edir. Kolumb kimi Kabot da gördüyü yerləri Şərqi Asiyanın – Çin sahilləri hesab edir. Dünyada ən

zəngin balıqçılıq rayonlarından biri olan Böyük Nyufaundlend dayazlığını da Kabot kəşf etmişdir.

1513-cü ildə Vasko Nunyes Balboa ilk dəfə Panama bərzəxini kəsib keçir və ispanların çoxdan axtardıqları cənub

dənizini (Sakit okeanı) kəşf edir.

Ernan Kortes 1519-1521-ci illərdə asteklər dövlətini (müasir Meksika ərazisində) talan edir, Yukandakı yüksək

inkişaf etmiş maya xalqını əsarət altına alır, çoxlu qızıl və cavahirat əldə edir.

Kortesin yürüşləri nəticəsində İspaniya Amerikada ilk böyük ərazi ələ keçirir və Mərkəzi Amerikanın şimal hissəsi

işğal olunub İspaniya dövlətinə birləşdirilir.

Fransisko Pisarro qardaşları 1524-1537-ci illərdə digər konkistadorlarla birlikdə (Almaqro Diyeqo və b.) Cənubi

Amerikanın (Peru və Çili) qərb sahillərini kəşf edirlər və inklərin güclü imperiyasını tuturlar.

İspaniya konkistadorları tarixdə görünməmiş vəhşiliklərlə yerli xalqları qırırdılar, onların mədəniyyətini dağıdırdılar

və böyük acgözlüklə sərvətlərini qarət edirdilər.

Fransanın Yeni Dünyaya təşkil etdiyi ekspedisiyalar Şimali Amerikanın okeanı sahillərini öyrənir, Hudzon çayını

kəşf edir və buradan qərbə keçid yolu axtarırlar. 1554-cü ildə fransız səyyahı Jak Kartye həmin dəniz keçidini

axtararkən Nyufaundlendi və Müqəddəs Lavrentiya körfəzini tədqiq edir. Bir ildən sonra o Müqəddəs Lavrentiya

çayı ilə yuxarı – hazırkı Monreal şəhəri olan yerə köçkünlər gətirmiş və 1541-ci ildə Kvebekin bünövrəsini

qoymuşdur.

Beləliklə, XVI əsrin ortalarına Şimali Amerikanın qərbdə 400, şərqdə 600 şm.e. qədər olan sahilləri avropalılara

artıq bəlli idi; onlar Cənubi Amerikanın ətrafına fırlanmış və Amazon çayı ilə qərbdən şərqə keçmişlər. İspaniya

konkistadorları Meksikanı, Mərkəzi Amerikanı, Perunu, Çilini tutmuşlar, La-Plata, Orinoko, Kolorado, Maqdalen,

Missuri çayları hövzələrinə daxil olmuşlar. İngilislər və fransızlar isə Şimalı Amerikanın şərq, orta və şimal

hissələrini tədqiq etməyə başlamışlar.

Böyük coğrafi kəşflərin əsasını qoyan Xristofor Kolumb ömrünün axırına kimi (1506-cı ildə vəfat edib) elə bilirdi

ki, Hindistana qərbdən yol açmışdır. Öyrəndiyi əraziləri o Vest-İndiya, yerli əhalini isə indular adlandırmışdır.

Kolumb hələ də bilmirdi ki, «Yeni Dünyanı» Asiyadan böyük okean ayırır və kəşf etdiyi coğrafi adalar heç də Asiya

adaları deyildir.

Lakin bir az sonra Kolumbun müasirləri və davamçıları bu adlar toplusunun arxasında avropalılara indiyə qədər

məlum olmayan nəhəng materikin ilkin cizgilərini görürlər. Ədalət naminə qeyd etməliyik ki, bu yeni materik

Kolumbun adını daşımalı idi. Lakin Amerika adını alır. Bütün qitələrdən təkcə biri real adamın şərəfinə Amerika

adlandırılmışdır. Bu adam Ameriqo Vespuççi idi.

Coğrafiya tarixçiləri arasında Ameriqo Vespuççinin (1451-1512) səyahətləri haqqında müxtəlif fikirlər vardır.

Dürüst məlumatlara görə o, 1501-1502-ci illərdə portuqaliyalıların ekspedisiyalarında iştirak etmiş, Cənubi

Amerikada ekvator üzərində olmuş, Braziliya sahillərinin bir hissəsini xəritəyə köçürmüşdür. Əlbətdə, bir dəniz

səyyahı kimi onun xidmətləri yuxarıda deyilənlərlə kifayətlənə bilərdi. Bəs belə bir halda necə olmuşdur ki, Yeni

Dünya Ameriqo Vespuççinin adı ilə adlandırılmışdır. Ona əbədi şöhrət gətirən işlər tamamilə başqa yönlü olmuşdur.

Vespuççiyə qədər heç kim yeni kəşf olunmuş torpaqların 7 min km. uzunluğunda olan sahil xəttlərinin müşahidəsini

aparmamışdır. Ona görə də Atlantikanın o tayında kəşf olunan torpaqların Asiya olmadığı fikrinə ilk dəfə Kolumb

yox, məhz Vespuççi gəlmişdir. O yazırdı ki, bu ölkələri Yeni Dünya adlandırmaq lazımdır. Bu dünya haqqında

bizim nəsillərin indiyə qədər heç bir təsəvvürləri olmamışdır. Və o həlledici dəlil gətirir: artıq çoxdan müəyyən

edilib ki, Asiya şimal yarım kürəsində yerləşir və ekvator materik xəttini heç bir yerdə kəsmir. Halbuki, yeni kəşf

olunan torpaqlar təkcə ekvatora yox, həm də cənub tropikindən də cənuba uzanırdı.

Ameriqo Vespuççiyə şöhrət qazandıran digər səbəb onun Avropaya göndərdiyi məktublar olmuşdur. O zaman yeni

coğrafi kəşflərə Avropa oxucuları böyük maraq göstərirdilər, lakin belə məlumatlar çox az verilirdi: dəniz

səyyahlarının hesabatları nadir hallarda çap olunurdu, məzmunu quru olurdu və ehtiyatla yazılırdı. Belə ki, İspaniya

hökuməti Kolumbun və digər səyyahların kəşfləri haqqında olan məlumatların çapına qadağa qoymuşdu. Belə bir

məlumat qıtlığı şəraitində kəşf olunan torpaqların təbii mənzərəsi, orada yaşayan əhalinin məişəti haqqında ilk dəfə

Ameriqo Vespuççi tərəfindən yazılmış çox səmimi və maraqlı məktublar Avropada sürətlə yayılmağa başlayır.

27

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!