30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

mətnlərdən ibarət olan «Azərbaycan SSR-nin atlası» (Bakı-Moskva) nəşr olunur. İlk milli atlas hesab olunan bu

qiymətli əsər dünyada və MDB məkanında həm ölkəmizin coğrafiya elminin nailiyyətlərini nümayiş etdirdi və həm

də onu tanıtmaqda müstəsna rol oynadı.

Atlas aşağıdakı beş bölmədən ibarətdir: 1) giriş; 2) təbii şərait; 3) iqtisadiyyat; 4) mədəni quruculuq; 5)

tarix. Göstərilən sahələr üzrə xəritələr seriyası, onların hər birinin yığcam izahatı, statistik cədvəlləri, diaqram

materialları və s. verilmişdir. Bütün bunlar atlasın əyaniliyini artırır, oxunması və istifadəsini asanlaşdırır.

1975-ci ildə Almaniyada nəşr olunmuş: «Azərbaycan respublikasının palçıq vulkanları atlası» (Ə.Ə.Əlizadə,

M.M.Zeynalov), palçıq vulkanlarının kompleks tədqiqi üzrə bu məzmunda dünya geologiya ədəbiyyatına daxil

edilən ilk əsərlərdən hesab edilir. Akademik H.Ə.Əliyevin redaktorluğu və böyük müəllif kollektivin iştirakı ilə

1979-cu ildə Moskvada «Azərbaycan SSR-nin tədris və diyarşünaslıq atlası» çapdan çıxmışdır. Bu atlasın 51

xəritəsində ölkəmizin fiziki, iqtisadi və tarixi coğrafiyası orijinal və əyani şəkildə verilmişdir.

Güclü alim potensialına və elmi tədqiqat bazasına əsaslanan iqlim və aqroiqlim xəritəçiliyi Azərbaycanda əsl

elmi mərkəzə çevrilmişdir. Bu mərkəzin bünövrəsini Ə.Ə.Mədətzadə, Ə.M.Şıxlinski, Ə.C.Əyyubov kimi görkəmli

alimlər qoymuşdur. Ə.M.Şıxlinskinin redaktorluğu ilə hazırlanmış «Azərbaycan SSR-nin istilik balansı atlası»

(Bakı, 1978) böyük elmi və təsərrüfat əhəmiyyətinə malik idi. Atlasda hər biri izahlı mətnlə müşaiyət olunan 51

iqlim xəritəsi izoxətlər ilə tərtib olunmuşdur.

Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra başlanan yeni dövrü (1991-ci ildən sonra)

kartoqrafiya sənayesinin inkişafına, onun məhsullarının çeşidinə tələbatı kəskin surətdə artırdı. Azərbaycan Dövlət

Geodeziya və Kartoqrafiya Komitəsi müstəqil fəaliyyət göstərməyə başladı. Onun nəzdindəki kartoqrafiya fabriki

ölkənin artan tələbatını ödəmək üçün xəritə məhsulları istehsalını bərpa etdi. Komitə həmçinin 1972-ci ildən BDUnun

coğrafiya fakültəsində kartoqrafiya ixtisası üzrə kadr hazırlığına diqqəti artırdı.

Kartoqrafiyaya dair tədqiqat işləri davam etdirilmişdir, bir sıra əsərlər yazılmışdır. Xəritələrin tərtibinin elmimetodoloji

prinsiplərinin hazırlanmasında, morfometrik xəritələrin tərtibində R.X.Piriyevin böyük xidmətləri

olmuşdur. Onun «Kartoqrafiya» (Bakı, 1964, 1975) dərsliyi, «Relyefin morfometrik təhlili» (Bakı, 1986)

monoqrafiyası, «Geodeziyanın əsasları və topoqrafiya» (Bakı, 1994) tədris kitabı və b. kartoqrafiyanın inkişafına

güclü təkan vermişdir.

1990-1993-cü illərdə Azərbaycan Respublikası, Yuxarı Qarabağ və Abşeronun yeniləşdirilmiş ümumi coğrafi

xəritələri nəşr olunur. Orta məktəblər üçün Şimali və Cənubi Amerikanın, Afrikanın, Avrasiyanın fiziki və siyasiinzibati

xəritələri kiril və latın əlifbaları ilə çap edilir.

Sosial-iqtisadi və inzibatı ərazi bölgüsü xəritələrinə tələbat artdığından Azərbaycanın orta və kiçik miqyaslarda

yeni inzibatı-ərazi bölgüsü xəritələri (1993, 1994), statistik məlumatları təzələməklə kənd təsərrüfatı, sənaye

(B.T.Nəzirova), əhali (Ş.Q.Dəmirqayayev, E.K.Mirəliyev) xəritələri təkrar nəşr olunur.

M.H.Qocamanov, Z.A.Bağmanovun «Geodeziya ölçülərinin riyazi hesablanması» (Bakı, 2000), dərs vəsaiti

ölçmə işlərinin riyazi əsaslarından bəhs edir. Ən yeni geodeziya, kartoqrafiya və aerokosmik topoqrafiya lüğəti

M.H.Qocamanov tərəfindən hazırlanmışdır.

Ə.C.Əyyubovun çox böyük əməyi nəticəsində 1993-cü ildə 124 çoxrəngli xəritələrdən ibarət olan «Azərbaycan

Respublikasının aqroiqlim atlası» azərbaycan və rus dillərində nəşr olunurdu. Özünün elmi metodiki əhəmiyyətinə,

informasiyasının zənginliyinə, orijinallığına və iri həcminə görə bu atlas dağlıq ölkələrə həsr olunan ilk dəyərli

atlasdır.

Bundan başqa, 1994-cü ildə Azərbaycan EA Coğrafiya İnstitutu, BDU-nun fiziki coğrafiya kafedrasının

əməkdaşları ilə birlikdə «Azərbaycanın oroqrafiya xəritəsi» (B.Ə.Budaqov, İ.E.Mərdanov, R.Y.Quliyev), 1995-ci

ildə isə BDU-nun adıçəkilən kafedrasında «Azərbaycanın geomorfoloji xəritəsi» (M.A.Müseyibov, B.Ə.Budaqov,

R.Y.Quliyev, R.Ə.Babayev) nəşr edilmişdir.

Azərbaycan EA Coğrafiya İnstitutunun çapa hazırladığı qiymətli və faydalı atlaslardan biri də «Azərbaycan

Respublikasının təbii şəraiti və təbii ehtiyatları atlası»dır. Böyük müəllif kollektivinin iştirakı və son nailiyyətlər

əsasında tərtib edilən bu atlas ölkənin təbii ehtiyat potensialının aşkar edilib qiymətləndirilməsi, coğrafiyasının

müəyyən edilməsində və səmərəli istifadəsində müstəsna əhəmiyyət kəsb edəcəkdir.

Aerokosmik tədqiqatlar. XX əsrdə coğrafiya elmi tarixində baş verən yeniliklərdən biri də kosmosdan yerin

öyrənilməsinə imkan verən aerokosmik metodun yaranması oldu. Bunu bir çox hallarda müstəqil kosmik coğrafiya

elmi kimi də adlandırırlar.

Yer səthinin məsafədən, yəni yerdən kənarda yerləşdirilən təyyarələr, vertolyotlar, süni peyklər, kosmik və s.

vasitələrlə öyrənilməsi kosmik tədqiqatlar metodu adlanır. Geniş geoinformasiya məlumatlarına malik olan bu

metodun bizim elmdə istifadəsi sanki ona yeni həyat verdi, canlandırdı, biliklərin lap dərinliklərinə baş vurmağa

imkan yaratdı.

Azərbaycanda kosmik tədqiqatların materiallarından hələ 70-ci illərdən istifadə olunmağa başlanmışdır.

Moskvadan sonra Bakıda ilk dəfə olaraq 1974-cü ildə akad. T.G.İsmayılovun rəhbərliyi altında Azərbaycan SSR EA

86

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!