30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Demokratik Respublikasını tanıtmaq istiqamətində yazdığı məqalə və kitablarında göstərirdi ki,

dünyada ən böyük qüvvələrindən birisi əfkari-ümumiyyətlə (dünya ictimai fikri mənasındadır). Topdan, tüfəngdən

və zirehlərdən də bu növ böyükdür, odur ki, hər kəs istər ki, bu növü əldə saxlasın.

İqtisadi, sosial və siyasi dayaqların ölkənin inkişafı və tanınmasında əhəmiyyətini nəzərə alan müəllif bunlar

haqqında 1921-ci ildə İstanbulda çap etdirdiyi «Tarixi coğrafi və iqtisadi Azərbaycan» kitabında geniş məlumat

vermişdir. İki hissədən ibarət olan bu kitabın birinci hissəsi Azərbaycanın sərhədlərinə həsr olunub. O, Azərbaycanı

şimali-cənubi vahid sərhədlər daxilində bütöv bir tam kimi götürərək oradakı şəhərlərin tarixini, coğrafi mövqeyini

və iqtisadi inkişafını araşdırır. Kitabın ikinci hissəsində söhbət Azərbaycanın iqtisadiyyatından gedir.

Azərbaycanın iqtisadi potensialına, təbii ehtiyatlarına yüksək qiymət verən Y.V.Çəmənzəminli onu

«Qafqaziyada mütəşəkkil dövlətlərin iqtisadi baxımdan ən qüvvəlisi adlandırmışdır. Bakı neftinin dünya əhəmiyyəti

olmasını və bundan başqa ipək, pambıq və yun məhsullarımızın da az olmadığını göstərirdi. Müəllif üstəlik Xəzər

dənizinin balıq və kürüsünü, mis mədənlərimizin nurlu gələcəyə malik olduğunu xatırladırdı. Milli qüvvələrin

yetişdirilməsi, bir çox fabriklərin açılması-düzgün iqtisadi siyasətin yeridilməsi millətimizin yüzdə doxsan beşinin

sərvət sahibi olacağına zərrə qədər də şübhə etmirdi.

1920-ci ildə Azərbaycanda iqtisadi coğrafiyaya aid M.Vəliyevin (Baharlının) ana dilində ilk kitabı nəşr

olunmuşdur. Kiyev Universitetinin yetirməsi olan alim Azərbaycanın ilk ali təhsilli iqtisadi coğrafiya mütəxəssisi

idi. Vaxtilə dövlət planlaşdırma işində onun kitabından geniş istifadə edilmişdir. Coğrafi cəhətcə bitkin əsər olan

həmin kitabda Azərbaycanın ümumi coğrafi səciyyəsi, təbii şəraiti və təbii ehtiyatları, ümumi iqtisadi icmalı,

təsərrüfatın inkişaf imkanları və sərvətlərinin qiymətləndirilməsi, əhalisinin coğrafiyası və s. məsələlər geniş

işıqlandırılmışdır.

Kitabda xalq təsərrüfat sahələrinin ərazi potensialına, bu sahələrin inkişaf perspektivlərinə xüsusilə geniş yer

verilmişdir.

Kitabın bəzi nöqsanları var idi. Əsər Den məktəbinin təsiri ilə yazılmışdır. Bununla belə müəllif təkcə statistik

məlumatları sadalamaqla kifayətlənməmiş, müəyyən mənada təbii şəraitin və təbii ehtiyatların təhlilinə və iqtisadi

cəhətdən qiymətləndirilməsinə, fiziki-coğrafi cəhətlərə xeyli fikir vermişdir ki, bu da onu Den məktəbindən

müəyyən qədər uzaqlaşdırmışdır. Bəzi məhdudiyyətlərinə baxmayaraq, Baharlının kitabı respublikanın coğrafiya

tarixində mühüm rol oynamışdır.

1921-ci ildə Q.R.Mirzəzadənin «Azərbaycan coğrafiyası» adlı tədris vəsaiti nəşr olunmuşdur. 20-ci illərdə

Q.R.Mirzəzadə və H.B.Əliyev tədris vəsaitləri ilə yanaşı, coğrafiyaya aid bir sıra elmi-kütləvi ədəbiyyat da nəşr

etdirmişlər.

1920-ci illərdə Azərbaycanda milli inzibatı quruculuq işləri aparılır. Yerli əhali arasında keçirilən sorğu

nəticəsində, onların razılığı ilə 1923-cü ildə Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti

(DQMV) və 1924-cü ildə Naxçıvan Muxtar Respublikası yaradıldı.

Muxtar vilayət o zamanlar Rusiyanın təkidi ilə Azərbaycanın tarixi Qarabağ torpaqlarında yaradılmışdır. Düzən

və Dağlıq Qarabağın ənənəvi köçəri otlaq heyvandarlıq təsərrüfat tipinin yayıldığı qışlaq və yaylaqların ortasında və

dağ-aran yolları üzərində qondarılan bu vilayət uzun illər geniş bir regionun normal həyat ahəngini pozmuş və

sonralar da (1988-ci ildə) ölkəmizdə böyük bir münaqişə mərkəzinə çevrilmişdir.

30-cu illərdə Mərkəzin inzibatı idarəçilik və amirlik siyasəti gücləndi, elmin, elmi-tədqiqat işlərinin,

dərsliklərin və metodik vasitələrin yazılmasının mərkəzləşdirilməsi başqa respublikalarda olduğu kimi

Azərbaycanda da milli müəlliflərin yaradıcılıq imkanlarını boğdu. Təsadüfi deyil ki, 1930-1950-ci illər arasında

Azərbaycan SSR-də ana dilində sanballı bir coğrafiya kitabı və dərsliyi çap edilməmişdir. 1947-ci ildə nəşr olunmuş

və Azərbaycanın coğrafiyasına həsr edilmiş yeganə iri həcmli əsər isə rus dilində yazılmışdır.

XX əsrin birinci on illiklərində Azərbaycanın əsl mənada sistemli coğrafi tədqiqatlar mərhələsi başlanır. Onun

geologiyası, faydalı qazıntıları, torpaq-iqlim şəraiti, geobotanikası, sosial-məişəti və iqtisadi xüsusiyyətləri hərtərəfli

öyrənilir. Azərbaycanın iqlimini İ.V.Fiqurovski, torpaqlarını S.A.Zaxarov, bitki örtüyünü A.A.Qrosheym, geoloji

quruluşunu V.V.Boqaçov, heyvanlar aləmini A.N.Vereşşagin tədqiq etmişdir.

1925-ci ildə Azərbaycan SSR MİK-in xüsusi qərarı ilə kənd təssərüfatını səmərəli inkişaf etdirmək üçün

Azərbaycan Dövlət Plan Komitəsinin nəzdində Respublika Rayonlaşdırma Komissiyası yaradılmışdır. Bu komissiya

1935-ci ilədək respublikanın iqtisadiyyatına, torpaq örtüyünə, iqliminə, bitki heyvanlar aləminin məskunlaşmasına

aid sanballı tədqiqatlar aparmış, rayonlaşmaya dair materiallar nəşr etmişdir.

Rayonlaşdırma Komissiyası Azərbaycanın yeni inzibatı-ərazi bölgüsünün yaradılması istiqamətində intensiv

işlər görməyə başladı. Hər şeydən əvvəl Azərbaycanda mövcud olan köhnə bölgülərin (quberniya, qəza, nahiyə)

yeniləri (rayon, dairə, kənd sovetləri) ilə əvəz edilməsinə başlandı.

Qeyd etmək lazımdır ki, köhnə bölgülər Şimali Azərbaycanın 1828-ci ildə Rusiyanın tərkibinə qatıldıqdan

sonra keçmiş xanlıqların yerində yaradılmışdır. Hələ 1846-cı ildə Azərbaycan ərazisinin böyük hissəsi Şamaxı və

sonralar Bakı quberniyasına daxil edilmişdir. Onun tərkibində isə Şamaxı, Şuşa, Şəki, Bakı və Lənkəran sonralar isə

73

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!