30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İqtisadi coğrafiya üzrə tədqiqat işləri aparmaq üçün istehsalatda və DPK tərkibində çalışan təcrübəli

mütəxəssislər cəlb edilirdi (A.L.Nikitin, N.N.Kolosovski, V.M.Çetirkin, V.İ.Lavrov və b.). Onlar sonralar ölkə

coğrafiyasının qurucuları və nəzəriyyəçiləri oldular.

1923-cü ildən başlayaraq N.N.Baranski Moskva Universitetinə gəlir. Onun A.A.Borzovla əməkdaşlığı

nəticəsində coğrafiya qrupu yaradılır.

Sankt-Peterbuqda L.S.Berqin, S.S.Neustriyovun, V.N.Sukaçovun və b. rəhbərliyi ilə fiziki coğrafiya inkişaf

etməyə başladı. Lakin iqtisadi coğrafiyanın yeni qaydada inkişafı burada xeyli ləng gedirdi. Denin və statistik

coğrafiya məktəbinin digər nümayəndələrinin ona təsiri xeyli güclü idi. Fiziki coğrafiyaçıların digər təbiət elmləri

nümayəndələri ilə əməkdaşlığı onların elminin inkişafında xüsusi rol oynamışdır.

Hələ 30-cu illərdə fiziki coğrafiyaçılar, geoloqlar, bioloqlar torpaqşünaslarla birlikdə ümumi yerşünaslığa, təbii

proseslərə, zonalara, iqlimə aid qiymətli kitablar nəşr etdirmişdilər. «SSRİ-nin coğrafi zonaları» (L.S.Berq) «Mədəni

bitkilərin və bitki ehtiyatlarının coğrafiyası» (N.İ.Vavilov) və s. kimi kitablar dünya fiziki coğrafiyasının qiymətli

əsərləri hesab olunur. Bununla belə, fiziki və iqtisadi coğrafiyada kompleks tədqiqatlara münasibətdə mövcud olan

fərqlər ümumi işə xeyli ziyan vururdu. Vahid coğrafiya ideyası uzun illər mübahisələr doğurmuşdur.

Dövlətin 1934-cü il 16 may tarixli qərarında coğrafiyanın tədrisinin bütün sahələrinə, o cümlədən bu elmin

inkişafı məsələlərinə də toxunulmuşdur. Qərarda şərh olunurdu ki, coğrafi təhsil fiziki coğrafiya ilə iqtisadi

coğrafiyanın kombinasiyası ilə getməlidir. Coğrafiya dərsləri mücərrəd, təsviri sadalama deyil, düşünülmüş

sistemlərin təhlili, materialın canlı izahı və xəritələrdən geniş istifadə əsasında aparılmalıdır. Coğrafiyanın tədrisinə

kömək üçün «Qeoqrafiya v şkole» məcmuəsinin nəşri haqqında göstəriş verilmişdir. Universitetlər və pedaqoji

institutlarda coğrafiya fakültələrinin açılması məsləhət görülmüşdü. Ali məktəblərdə də coğrafiyanın tədrisini

yaxşılaşdırmaq və coğrafi elmi-tədqiqat işlərini möhkəmləndirmək məqsədi ilə dövlət xüsusi qərar qəbul etdi.

1934-cü ildə SSRİ EA nəzdində fiziki coğrafiya bölməsi, 1936-cı ildə isə Moskva Coğrafiya İnstitutu yarandı.

Bəzi ali məktəblərin nəzdində elmi-tədqiqat mərkəzləri və yeni coğrafiya kafedraları açıldı. SSRİ EA-nın tərkibində

bir sıra coğrafiya mərkəzləri yarandı. Burada aparılan fiziki və iqtisadi coğrafi tədqiqatlar nəticəsində qiymətli

coğrafi əsərlər meydana gəldi. SSRİ-nin böyük dünya atlası nəşr edildi.

Akademiyanın coğrafiya institutları SSRİ-nin təbiətini və təbii sərvətlərini öyrənmək üçün iri ekspedisiyalar

təşkil etdilər.

Moskva Coğrafiya Mərkəzində ayrı-ayrı regionların, iqtisadi rayonların və müttəfiq respublikaların

öyrənilməsində böyük işlər görülmüşdü. Ölkənin müxtəlif rayonlarında tədqiqat bazaları və filiallar yaradıldı.

Sonralar bir sıra rayonlarda bu bazalar iri tədqiqat institutlarına çevrildi. Uzaq Şərqə, Şərqi Sibirə, Azərbaycana,

Gürcüstana, Yakutiyaya, Kola yarımadasına, Qazaxıstana, Orta Asiyaya xüsusi ekspedisiyalar göndərildi. Bu

ekspedisiyaların elmi axtarışları nəticəsində toplanan məlumatlar sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində

quruculuq işlərinin aparılmasına xeyli kömək etmişdir.

Moskva və Sankt-Peterburq coğrafi mərkəzləri bütün ölkə üçün coğrafiya mütəxəssisləri hazırlayırdılar.

İkinci Dünya müharibəsi ərəfəsində ölkədə artıq güclü coğrafiya elmi yaranmışdı. Gürcüstan, Azərbaycan,

Türkmənistan kimi respublikalarda, Sibir və Uzaq Şərq rayonlarında coğrafiya institutları açıldı. Moskva, Sankt-

Peterburq, Kiyev, Lvov, Kazan, Bakı, Xarkov, Yerevan, Tbilisi, Riqa və s. universitetlərin nəzdindəki coğrafi tədris

və tədqiqat mərkəzlərində yüzlərlə görkəmli alim çalışmağa başladı.

Böyük Vətən müharibəsi dövründə B.B.Polınov, K.K.Markov hərbi coğrafiyanın yeni elmi əsaslarını

yaratdılar. N.N.Zubov, İ.D.Papanin, L.Y.Zimin və b. hərbi dəniz coğrafiyası problemlərini işlədilər.

Sovet coğrafiyaçıları müxtəlif müharibə meydanlarının coğrafi xüsusiyyətlərini öyrənmək işində bir sıra əsərlər

yaratdılar. Müharibə dövründə qərb rayonlarından şərq rayonlarına sənaye müəssisələrinin və əhalinin köçürülməsi

və arxa cəbhədə möhkəm iqtisadi bazanın yaradılması üçün coğrafiyaçıların irəli sürdükləri qiymətli təkliflər

ölkənin müdafiə işinə xeyli kömək etdi.

Atlantik okeanından Sakit okeana gedən Şimal dəniz yolunun axtarışına Avropa və həm də Rusiya

tədqiqatçıları və səyyahları böyük diqqət yetirdilər. Murmanskdan başlayaraq Şimal Buzlu okeanı və Berinq

boğazından keçərək Vladivostokadək uzanan bu yol Avropadan Asiyaya, Hind okeanından gedən yolu iki dəfə

qısaldıldı. Tarixin müxtəlif dövrlərində bu yolun öyrənilməsi və kəşfində rus alim və səyyahları – M.V.Lomonosov,

Vitus Berinq, Sibiryakov, O.Şmidt və b. böyük səy göstərmişlər. Lakin Şimal yolu çox çətin yol idi, qalın buzlarla

örtülmüşdür və yalnız güclü buzqıran gəmilər icad olunduqdan sonra onun intensiv mənimsənilməsinə başlamaq

mümkün olmuşdur.

1913-1914-cü illərdə B.A.Vilinskinin rəhbərliyi altında buzqıran gəmilərin köməyi ilə təşkil olunan rus

ekspedisiyası Çelyuskin burnundan şimalda yerləşən Şimal Torpağı arxipelaqını kəşf etdi.

Sərt təbiətli Şimal yolunun intensiv mənimsənilməsinə güclü atom buzqıran gəmilərin köməyi ilə 1960-cı

illərdən sonra başlanmışdır. Lakin gəmilərin bu yolla hərəkəti çox vaxt və vəsait tələb etdiyinə görə Avropa-Asiya

yük daşınmasında onun istifadəsi genişlənə bilmədi.

57

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!