30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Cəmiyyətdə çalışan Azərbaycan ziyalıları yerli təbiətin, etnoqrafiyanın, əhalinin və şəhərlərin ilk tədqiqatçıları

olmuş və məqalələrini həmin cəmiyyətin mətbuat orqanlarında nəşr etdirməklə, Azərbaycan coğrafiyasını

zənginləşdirmişlər.

Məşhur Azərbaycan filosofu və dramaturqu M.F.Axundov bu cəmiyyətin fəal üzvü idi. Azərbaycanın ilk

coğrafi toponimikası onun adı ilə bağlıdır.

M.S.Şahtaxtlı (1846-1881), Ə.İ.Şahtaxtinski (1853-1913), İ.N.Qutqaşınlı (1806-1869) və b. Azərbaycan

ziyalıları coğrafiya cəmiyyətinə yaxından kömək etmişlər.

Məmmədağa Şahtaxtinski 1900-cü ildən Rusiya Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinin həqiqi üzvü

olmuşdur. O, Parisdə, İstanbulda, Leypsiqdə, Avropanın və Rusiyanın başqa şəhərlərində Azərbaycanı təbliğ etmiş,

«Moskovski vedomosti», «Kaspi», «Tiflis» qəzetlərində, coğrafiya cəmiyyətinin məcmuələrində Azərbaycan

haqqında məqalələr dərc etdirmişdir.

İsa Şahtaxtinski Peterburq Əkinçilik İnstitutunu bitirmiş, Paris və Londonda siyasi iqtisad kursları keçmiş,

Sürix Politexnik İnstitutunda bir sıra görkəmli mühazirəçiləri dinləmişdir. Hələ tələbə ikən iqtisadiyyat, təbiət və

cəmiyyət məsələlərinə aid əsər yazmış, meşənin əhəmiyyəti mövzusunda dissertasiya müdafiə etmişdir. Sonralar o,

Qafqazın və Azərbaycanın coğrafiyası, əhalisi, inzibati bölgüsü və dövlət idarələri mövzusunda da əsərlər yazmışdır.

İsmayıl bəy Qutqaşınlı bir sıra əsərlərində xalqımızın adət və ənənələrini, doğma vətəninin təbii gözəlliyini

real təsvir etmişdir. Onun 1851-ci ildə qələmə aldığı «Səfərnamə» əsərində xeyli qiymətli coğrafi məlumatlar var.

Bu əsərdə azərbaycanlılar yaşayan mahallar, şəhər və kəndlərin təbiəti, əhalinin təsərrüfat vərdişləri coğrafi

cəhətdən təsvir edilmişdir. Əsərin məzmunundan bilinir ki, müəllif geniş coğrafi dünyagörüşünə malik olmuşdur.

XIX əsr milli yazıçılarımızın əsərlərində də Azərbaycan coğrafiyasına aid bir sıra qiymətli məlumatlara rast

gəlinir. Onların bəziləri coğrafi əsərlər də yazmışlar.

XIX əsrdə yazıb yaratmış Abbasqulu ağa Bakıxanov (1793-1847) Azərbaycan ictimai fikir tarixində xüsusi

mövqeyə malik şair, alim və dövlət xadimi olmaqla yanaşı, Azərbaycan tarixi və coğrafiyasının ən mükəmməl

tədqiqatçılarından idi. O, Azərbaycanı oba-oba, el-el gəzmiş və Rusiyanın bəzi rayonlarına (Don sahillərinə,

Ukrayna, Polşa və Baltikyanı ölkələrə) səyahət etmiş, bir sıra əsərlər yazmışdır. Bunların içərisində böyük coğrafi

əhəmiyyətə malik «Kəşvül-Qəraib» («Qəraib dənizinin kəşfi) və b. Azərbaycanda yazılan ilk ümumi coğrafiya əsəri

idi. O, «Gülüstani-İrəm» əsərində olduğu kimi «Kəşvül-Qəraib»də də ayrı-ayrı ölkələrin (burada Amerikanın

kəşfinə daha çox yer verilmişdir) təbii şəraitindən, əhalisindən, təsərrüfat həyatından söhbət açmışdır.

A.Bakıxanovun kosmologiyaya aid əsərində ümumi coğrafi məsələlər, Yer kürəsi və onun xüsusiyyətləri şərh

edilmişdir. Onun «Gülüstani İrəm» əsərində Azərbaycan coğrafiyasına aid bir sıra elmi cəhətdən əhəmiyyətli

fikirlər, müşahidələr toplanmışdır. Kitab Azərbaycan tarixinə aid olsa da, orada Azərbaycan və Dağıstanın qısa

coğrafi təsvirinə də müəyyən yer verilmişdir.

XIX əsrin II yarısında Rusiyada kapitalizmin sürətli inkişafı ilə əlaqədar olaraq ictimai ərazi-əmək bölgüsü

güclənmişdir. Ölkənin bir sıra rayonlarında, xüsusilə Rusiyanın cənubunda, Cənubi Qafqazda və Uralda iri miqyaslı

təbii ehtiyatlar mənimsənilməyə başlanmışdır. Volqaboyu və Şimali Qafqazda kənd təsərrüfatı üçün yararlı, geniş

torpaqlar istifadəyə verilir, ölkənin mərkəzində, şimali-qərbində, Donbasda, Dneprboyunda və Bakıda iri sənaye

mərkəzləri yaranırdı. Azərbaycan tədriclə Rusiyanın mühüm sənaye rayonlarından birinə çevrilirdi.

Azərbaycanın mövcud potensial imkanlarından daha artıq istifadə etmək üçün onun təbii və iqtisadi

xüsusiyyətlərini dərindən öyrənmək tələb olunurdu. Buna görə də Azərbaycanı öyrənmək işinə Rusiyanın

K.İ.Arsenyev, N.Kulikov, P.P.Semyonov-Tyan-Şanski, D.İ.Mendeleyev, V.V. Dokuçayev və bu kimi görkəmli

alimləri cəlb olunur, müxtəlif coğrafi tədqiqatlar aparılırdı.

Bu dövrdə Azərbaycan təbiətinə aid D.Alişanın, Q.Rodenin, S.Semyonovun, A.Petuxovun, İ.Muşketovun,

A.Krasnovun, V.Dokuçayevin, N.F.Fiqurovskinin və b. əsərləri nəşr edilmişdir. L.Pisaryev, N.İ.Şavrov, P.Petroviç,

M.N.Avdeyev, U.L.Seqal və b. isə Azərbaycanın iqtisadiyyatına aid qiymətli tədqiqatlar aparmışlar. Onların

bəziləri Azərbaycan kənd təsərrüfatının coğrafi problemlərini, xüsusilə Kür-Araz ovalığı və Abşeron yarımadasında

kənd təsərrüfatının inkişaf problemlərini öyrənmişlər. Bu tədqiqatların nəticəsində Zaqafqaziyanın (Cənubi

Qafqazın) iqtisadiyyatına aid yeddi cildlik külliyyat nəşr edilmişdir. İ.L.Seqal tərəfindən «Qafqaz xəbərləri»

toplusunda Azərbaycanda pambıqçılığın və ipəkçiliyin inkişafına dair məqalələr nəşr edilmişdir.

XIX əsrin axırlarında Azərbaycanın ərazisinin öyrənilməsi işində Qori seminariyasının müəllimləri və

müdavimlərinin də xidmətləri əvəzsizdir. Qori seminariyasını qurtarıb Azərbaycan qəzalarında çalışan müəllimlər

Rusiya Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin fəal Üzvləri idi. Onlar P.S.Semyonov-Tyan-Şanskinin redaktorluğu

ilə hazırlanmış vahid proqram əsasında çalışdıqları qəzanı və qonşu rayonları tədqiq etməyə başlamışdılar. Bu

tədqiqatların nəticələri Qafqaz maarif dairəsinin nəşr etdirdiyi «Qafqazın yerləri və tayfalarının təsvirinə aid

materiallar» toplusunda çap edilmişdir.

71

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!