30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Professor Ə.A.Mədətzadənin rəhbərliyi ilə ölkəmizdə uzun müddət sinoptik meteorologiyaya dair

tədqiqatlar aparılmışdır. Azərbaycan coğraflarının respublika, Şimali Qafqaz, Xəzər dənizi üçün qısa və uzun

müddətli hava proqnozlarının verilməsində əməyi böyükdür. Azərbaycandakı sinoptik proseslərin tipləri, sinoptik

iqlim rayonları müəyyənləşdirilmişdir. Meteoroloqlar ekstremal iqlim hadisələri törədən atmosfer proseslərini və

onların proqnozlarını öyrənmişlər. Ölkə kurortlarının mikroiqlimləri tədqiq edilmiş və onların müalicə-sağlamlıq

işlərinə təsiri araşdırılmışdır. Respublika sənaye mərkəzlərinin iqlim şəraitinin və hava hövzələrinin çirklənmə

dərəcələrinin öyrənilməsinə xeyli fikir verilmişdir.

BDU-nun coğrafiya fakültəsində Azərbaycan ərazisində meteoroloji kəmiyyətlərin müxtəlif təminatlarının

təyini, aqroiqlim, bioiqlim və konkret ərazilərin (Naxçıvan MR, Qarabağ regionlarının) kompleks iqlim

xarakteristikası, atmosferin mühafizəsi və iqlim dəyişmələrinə dair sanballı tədqiqatlar yerinə yetirilmişdir

(V.A.Nadirov, B.H.Məmmədov, B.Ə.Məmmədov, Ə.S. Məmmədov).

Əməkdar elm xadimi, professor S.H.Rüstəmovun rəhbərliyi ilə Azərbaycanda geniş hidroloji tədqiqat işləri

aparılmışdır. Ən müasir metodlarla çay və göllərin coğrafi xüsusiyyətləri öyrənilmişdir. Çayların su rejimi, balansı,

su ehtiyatları, axımı, enerji ehtiyatları, göllərin xüsusiyyətləri, onların təsnifatı, su anbarları, çay və göl sahillərinin

dinamikası və s. məsələlər dərindən tədqiq edilmiş və hidroloji xəritələr tərtib olunmuşdur. Hazırda institutun

hidrologiya şöbəsinə S.H.Rüstəmovun tələbəsi R.N.Qaşqay rəhbərlik edir.

Azərbaycanda axım proseslərinin öyrənilməsi üzrə son illər intensiv tədqiqatlar aparılmış, yeni təhlil

metodlarından, o cümlədən riyazi statistikadan istifadə edilməyə başlanmışdır. M.Ə.Məmmədov statistik sıranın hər

birinin təminatını hesablamaq üçün mövcud düsturlarda səmərəli düzəlişlər etməklə dağ çaylarının maksimal su

sərfinin hesablanmasını aparmışdır. (M.Ə.Məmmədov «Dağ çaylarının maksimal su sərfinin hesablanması» L.1989,

rus dilində).

Qurunun hidrologiyasına dair aparılan yeni aktual tədqiqatlar sırasına F.Ə.İmanovun «Qafqaz çaylarının

minimal su sərfi». (Bakı, 2000), M.Ə.Məmmədov, F.Ə.Məmmədov, N.Ş.Hüseynovun «Quraqlığın meteoroloji

əsasları və hidroloji proseslər» (Bakı, BDU, 2000) M.Ə.Məmmədov, F.Ə.İmanov, R.N.Məmmədov «Hidrometriya»

(dərslik, Bakı, 2000) və b. daxildir. Bu sahədə aparılan tədqiqatların istehsalla daha sıx əlaqələndirilməsi işləri

(M.Ə.Məmmədov, H.Y.Fətullayev «İnsanın təsərrüfat fəaliyyətinin su sərfinə təsiri», Bakı, 1992) son illər xeyli

genişləndirilmişdir.

Aparılan tədqiqatlar aşağıdakı problemlərin: su anbarları və hidroelektrik stansiyalarının su sərfi və səviyyə

rejiminə olan tələbatının müəyyən edilməsi, tikilən iri su anbarlarının ətraf mühitə təsiri və su anbarları kadastrının

tərtibi və s. həllində geniş istifadə olunur.

Azərbaycanda hidrologiya elminin əsas istiqamətlərindən biri olan dağ çaylarında baş verən sel hadisələri,

ekoloji axım, məcra prosesləri və s. tədqiq edilməkdədir. Dağ çaylarından ən narahatları olan Kişçay, Kümrükçay və

Baş Qafqazın digər belə rejimli çayları üzərində sel hadisələrinin öyrənilməsi işləri aparılmışdır. Bu tədqiqatlar

nəticəsində sellərin formalaşma xüsusiyyətləri, təsərrüfat baxımından ərazilərin sel təhlükəsizliyinin

qiymətləndirilməsi və sel-təhlükəli çay hövzələrinin təsnifləşdirilməsi və rayonlaşdırılması, sellərlə mübarizə

tədbirləri işlənib hazırlanmışdır.

6.2.5 Xəzər dənizinin öyrənilməsi

Xəzər dənizi Azərbaycan Respublikası tarixi-coğrafiyasına, təbiətinə və müasir iqtisadi həyatına önəmli təsir

göstərir. Ona görə də bu unikal dəniz-gölün öyrənilməsi respublika xəzərşünaslarının daim diqqət mərkəzində

olmuşdur.

Xəzərin planlı və ardıcıl öyrənilməsinin əsasını professor Q.K.Gül qoymuşdur. Onun rəhbərliyi altında Xəzərə

aid geniş tədqiqat işləri aparılmış və çoxsaylı elmi əsərlər yazılmışdır.

1972-ci ildə Xəzərin açıq hissəsində tərpənməz özül üzərində dünyada birinci olaraq dəniz observatoriyası

yaradıldı. Bu observatoriyanın təşkilində, ümumiyyətlə Xəzərin bir sıra yeni problemlərinin tədqiq olunmasında

T.M.Tatarayevin əvəzsiz xidmətləri olmuşdur.

Müxtəlif adlar və tabeçiliklər altında fəaliyyət göstərən və nəhayət 1988-ci ildən yenidən Azərbaycan EA

Coğrafiya İnstitutuna verilən «Xəzər dənizi problemləri mərkəzi» dənizin hərtərəfli öyrənilməsinin əsl qərargahı

rolunu oynamağa başladı. Bu mərkəzdə: Xəzərin rejimi, axımları, temperaturu və duzluluğun şaquli və üfüqi

istiqamətdə paylanması, səth və daxili dalğaları atmosferlə dənizin qarşılıqlı təması, bioloji aləmi, dənizdəki

təsərrüfat fəaliyyətinin hidrometeoroloji və ekoloji şəraiti və s. müntəzəm olaraq öyrənilirdi.

Sinoptik iqlim baxımından Xəzərin rayonlaşdırılması, onun üzərində hava şəraitini yaradan atmosfer prosesləri,

küləklərin qruplaşdırılması və s. Ə.A.Mədətzadə tərəfindən öyrənilmişdir.

Ölkə xəzərşünasları dəniz səviyyəsinin tərəddüdləri və onun başlıca amillərinin tədqiq olunmasında yaxından

iştirak edirlər. Belə tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Xəzərin səviyyə tərəddüdləri 80-90 faiz

hidroklimatoloji 10-20 faizi isə geoloji və antropogen amillərlə bağlıdır.

79

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!