30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Filosofun coğrafiyaya aid mühazirələrində alman statistik coğrafiyasının istiqaməti hiss olunurdu, onun apardığı

tədqiqatlar isə diyarşünaslıq xarakteri daşıyırdı.

Beləliklə, XIX əsrin əvvəlinə okeanlarda aparılan kəşflər əsasən başa çatdırılır, bütün materiklərin (Antarktida

istisna edilməklə) sahil xəttləri müəyyənləşdirilir və xəritəyə köçürülür, quru və su sahələrinin bölgüsü

aydınlaşdırılır, dünyanın yeni elmi coğrafiyası yaradılmağa başlanır.

IV fəsil

MÜASİR DÖVRÜN COĞRAFİYASININ YARANMASI

(XIX əsrin ikinci yarısı – XX əsrin başlanğıcı)

Coğrafiya tarixi,

Tapdıq Həsənov,

Əbdürrəhim Hacızadə

XIX əsr boyu Qərbi Avropa ölkələrində və ABŞ-da sənaye inqilabı başa çatır, beynəlxalq əmək bölgüsü genişlənir,

ölkələrarası iqtisadi əlaqələr inkişaf edir. Buna nəqliyyat sahəsində baş verən texniki tərəqqi, buxar maşınlarının,

daxili yanacaq mühərriklərinin icad olunması güclü təkan verir. Avropadan ABŞ-a, Kanadaya, Avstraliyaya köçən

mühacirlərin axını kütləvi xarakter alır.

XIX əsrin 70-ci illərindən başlayaraq kapitalizm daha yüksək inkişaf mərhələsinə qədəm qoyur. Qabaqcıl ölkələrdə

sənayenin inkişafı sürətlənir. Teleqraf, telefon, avtomobil və təyyarənin meydana gəlməsi beynəlxalq əlaqələrin

imkanlarını xeyli genişləndirir. İqtisadi əlaqələr bütün dünyaya yayılır. Ölkələrin və regionların inkişafında qeyribərabərlik

güclənir. Afrikada və Asiyada müstəmləkə ölkələrinin sayı artır.

Müstəmləkələr və yeni nüfuz dairəsi əldə etmək uğrunda aparılan mübarizə materiklərin daxili hissələrinin

öyrənilməsini sürətləndirir. Bu məqsədlə böyük səyahətlər: P.P.Semyonov-Tyanşanski, N.M.Prjevalski Mərkəzi və

Daxili Asiyanı tədqiq edirlər; David Livinqston -cənubi Afrikanı qərbdən şərqə kəsib keçir; Henri Stenli – Şərqi

Afrikadan başlayıb Nilin yuxarı axınlarını, Viktoriya gölünü və Konqo çayı boyunca Atlantik okeanına qədər olan

marşrut üzrə tədqiqatlar aparmış və bu ərazilərdə müstəmləkəçiliyin bərqərar olmasında Belçika dövlətinin

yardımçısı olmuşdur; N.N.Mikluxo-Maklay Yeni Qvineyada yaşayan yerli papuaslar arasında uzun illər antropoloji

və etnoqrafik tədqiqatlar aparır; böyük səyyah-təbiətşünas və klassik coğrafiyanın banisi hesab olunan Aleksandr

Humbolt Mərkəzi və Cənubi Amerikada kompleks coğrafi tədqiqatları və s. davam etdirir.

4.1 XIX əsrin yeni coğrafiyasının yaranması

XIX əsrdə elmin, texnikanın coşğun inkişafı öz təsirini coğrafiyaya da göstərdi. Bu dövrdə yeni coğrafiyanın

əsaslarını qoyan – Aleksandr Humbolt, Karl Ritter, İohan Tünen, K.İ.Arsenyev və s. kimi görkəmli alimlərin

ideyaları ilə tanışlıq çox vacibdir.

XIX əsrin yeni coğrafiyasının böyük tədqiqatçısı, səyyah, təbiətşünas, geoloq müqayisəli fiziki coğrafiyanın,

landşaftşünaslığın banisi Aleksandr Humbolt (1769-1859) olmuşdur. O, coğrafiya elminə Cənubi və Şimali

Amerika, Mərkəzi Asiya, Ural, Altay ölkəsi və dünyanın başqa rayonlarına səyahət etməklə dərin elmi müşahidələr

aparmaqla gəlmişdir. Həyata keçirdiyi iri elmi ekspedisiyalarda çoxlu məlumatlar toplamış, yol qeydləri aparmış və

sonra bu məlumatları sintez edərək qiymətli elmi əsərlər yazmışdır. Onun qələmindən 600-dən artıq coğrafiyanın

müxtəlif sahələrini əhatə edən qiymətli əsərlər çıxmışdır. Bu əsərlərin çoxu sanballı monoqrafiyalar və elmi

kitablardır. Amerikanın təbiətinə aid 30 cildlik, Mərkəzi Asiyaya aid 3 cildlik, Yerin təbiəti və insan problemlərinə

aid 4 cildlik əsərlər nəşr etdirmişdir. Bu əsərlərdən başqa o, elmin tarixinə, təbiətdə insan fəaliyyətinə, coğrafiyanın

tədqiqat üsullarına aid qiymətli kitablar yazmışdır. Onun nəzəri coğrafi görüşləri üçün səciyyəvi olan «Təbiət

36

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!