30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Rulyenin ardıcılı və tələbəsi N.A.Severtsov (1827-1885) görkəmli təbiətşünas alim olmaqla yanaşı, geniş

dünyagörüşünə və dərin biliyə malik şəxs idi. O, coğrafiyaçı, zooloq, zoocoğrafiyaçı, həm də ilk ekoloq kimi

tanınırdı. N.A.Severtsova qədər heç kəs coğrafiya ilə biologiya ideyalarını üzvü surətdə birləşdirə bilməmişdir.

Severtsov «Voronej quberniyası heyvanlarının, quşlarının və sürünənlərinin həyatında «Dövrü hallar»» adlı kitab

yazmışdır. Tədqiqatçının məqsədi xarici mühitin heyvanların həyatına təsirini öyrənmək olmuşdur. Maraqlı və indi

də öz əhəmiyyətini itirməmiş yeni elmi fikirlər irəli sürülmüşdür. O, ətraf mühitdə baş verən dəyişmələri öyrənmiş

və bu dəyişmələrin müxtəlif heyvanların, xüsusən quşların həyatındakı dövri dəyişmələrin əsas səbəbi olduğunu

göstərmişdir. Elə bu zaman Severtsov növün dəyişkənliyi haqqında bir neçə nəzəri müddəa söyləmişdir ki, həmin

müddəalar indi də öz əhəmiyyətini itirməmişdir. Alimin fikrincə, yerli faunanın tərkibi öz-özünə yaranmayıb,

ölkənin fiziki şəraiti ilə bağlıdır. Beləliklə, Severtsov hələ o zaman biosenoz haqqında müasir ideyalara yaxın

fikirlər söyləyirdi. O, təbii aləmin bütövlüyü və ondakı elementlərin bir-birilə əlaqəsini də görürdü. N.A.Severtsov

1857-ci ildə Orta Asiya, Pamir, Tyan-Şan, Sır-Dərya və Aral gölünə ekspedisiyaya getmiş, şəraitin xüsusiyyətlərini

və heyvanlar aləmi ilə əlaqələrini öyrənmiş, təbii qurşaqları müəyyənləşdirmiş və bu qurşaqlarda ətraf mühitin

heyvanat aləminə təsirini göstərmişdir. 1873-cü ildə o, «Türküstan heyvanlarının şaquli və üfüqi yayılması»

haqqında kitab yazmışdır.

Təkamül nəzəriyyəsini dərindən öyrənən alim Darvinin süni və təbii seçmə nəzəriyyəsini qəbul edirsə də, onun

xarici mühitin təkamülə təsiri nəzəriyyəsi ilə razılaşmır. O göstərirdi ki, dağ otlaqları, dağ havası iqlimin sərt

dəyişmələri və başqa şərait də təbii seçmə kimi növlərin əmələ gəlməsinə kömək edir.

Severtsov Orta Asiya dağlarında şaquli təbii qurşaqları müəyyənləşdirmiş və bu qurşaqlar üzrə ətraf mühitin

heyvanların həyat tərzinə təsirini müşahidə etmişdir. Avropa Rusiyasında o, beş zona (tundra, tayqa, keçid zonası –

qarışıq meşələr və meşə-çöl zonası, çöllər və səhralar) ayırmış və onların hər birinin heyvanat aləmini

səciyyələndirmişdir.

Təkamül nəzəriyyəsinin banisi, məşhur ingilis bioloqu Çarlz Darvin (1809-1882) elmi fəaliyyətə «Biql» gəmisində

beş il (1831-1836) davam edən səyahətlə başlamışdır. Özünün qeyd etdiyi kimi, bu səyahət ona qiymətli

müşahidələr aparmağa və dərin bilik toplamağa imkan vermişdir. Buna görə də Darvin bu coğrafi səyahəti öz

həyatının ən qiymətli anı hesab etmişdir. «Biql» gəmisində dünya ətrafında naturalistin səyahəti» adlı kitabında o,

səyahətin ona verdiyi geniş dünyagörüşündən, apardığı müşahidələrdən, ayrı-ayrı ölkələrin fauna və florasının

əsrarəngizliyindən danışır.

Darvin təkcə bioloq, naturalist kimi yox, həm də geoloq, coğrafiyaçı, zooloq, okeanoloq kimi müşahidələr aparmış

və amillərin bir-biri ilə əlaqəsindən yaranmış təbiətin vahidliyini görmüşdü. Onun 20 illik elmi fəaliyyəti növlərin

mənşəyinə həsr edilmişdir. 1859-cu ildə Darvinin «Növlərin mənşəyi» əsəri nəşr olunmuşdur. Bu əsərdə

göstərilmişdir ki, bitki və heyvan növləri sabit deyil, dəyişkəndir. İndiki növlər təbii seçmə yolu ilə əvvəllər mövcud

olan növlərdən törəmişdir. Canlı təbiətdə müşahidə edilən məqsədəuyğunluq orqanizm üçün faydalı olan

istiqamətləndirilməmiş dəyişmələrin təbii seçilməsi yolu ilə yaranmış və yaranır.

O, dəyişikliyin iki tipini əsas götürmüşdü: aşkar dəyişkənlik (orqanizmlərin xarici mühit amillərinin təsirinə qarşı

uyğunlaşma reaksiyası) və qeyri-aşkar dəyişkənlik (xarici mühit amillərinin təsiri altında əmələ gələn, lakin

uyğunlaşma xarakteri daşımayan dəyişkənlik). Aşkar dəyişmələr ona səbəb olan amilin yoxa çıxması ilə bir qayda

olaraq, artıq növbəti nəsildə itib gedirlər. Qeyri-aşkar dəyişmələr isə əksinə, mühitdən, şəraitdən asılı olmayaraq

nəsildən nəsilə keçir. Buna görə də məhz qeyri-aşkar dəyişkənlik təkamül üçün əsas material verir.

Darvin təbii seçməni təkamülün əsas amili hesab etsə də, növlərin əmələ gəlməsində coğrafi mühitin və onun

ünsürlərinin (iqlimin) rolunu inkar etmirdi. Ömrünün axırına yaxın o, belə bir fikri etiraf etməli olmuşdur ki, ətraf

mühitin, yəni qidanın, iqlimin və s. bilavasitə təsirinə olduqca az əhəmiyyət verilməsi onun ən böyük səhvidir. Məhz

bu etirafın gələcək coğrafi və ekoloji tədqiqatlar üçün mühüm əhəmiyyəti olmuşdu. Üzvü aləmin inkişaf

qanunlarının kəşf edilməsi coğrafiyanın bir sıra çətin anlaşılan və mübahisəli məsələlərinin həll edilməsinə yaxından

kömək etmişdi.

Kapitalizmin sürətli inkişafı geniş ərazilərin və təbii ehtiyatların istehsala cəlb edilməsinə, böyük torpaq sahələrinin

mənimsənilməsinə, nəhəng meşə sahələrinin qırılmasına və s. səbəb olurdu. Bu da öz növbəsində, yer səthinin

dəyişilməsinə gətirib çıxarırdı. Ona görə də dünya coğrafiyası qarşısına yeni problemlər – insan ilə təbiətin

münasibəti, təbiətin qorunması, korlanmış təbiətin yenidən bərpa edilməsi məsələləri kimi praktiki əhəmiyyətli

problemlər çıxırdı. XIX əsrin ikinci yarısında Avropa və Amerikada həmin problemlərin həlli üçün yollar axtaran

bir sıra mütərəqqi coğrafiyaçı elm xadimləri meydana gəldi.

Alman botaniki və aqronomu Karl Fraas (1810-1875) «Zaman ərzindəki iqlim, bitki aləmi, onların tarixi» adlı

əsərində isbat etməyə çalışmışdır ki, tarixi dövrlərdə iqlim və bitki aləmi dəyişir. O, göstərmişdir ki, mədəni

bitkilərin yayılması ilə torpağın rütubəti itir, getdikcə bitkilər cənubdan şimala doğru irəliləyir, uzun müddət əkin

40

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!