30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

tədqiqatları aparılmaqdadır. Bu tədqiqatlar nəticəsində: Azərbaycan relyefinin xüsusiyyətləri; onun mənşəyi və

geoloji quruluşla əlaqəsi; ekzogen proseslərin və zəlzələlərin relyef əmələgətirməsində rolu; aerokosmik metodlarla

Böyük Qafqazın şərq hissəsinin morfostrukturlarının tədqiqi; paleogeomorfoloji tədqiqatlar əsasında qovşaq

zonalarında formalaşan müasir relyefin yeni tektonik mərhələdə inkişafı; cənubi Xəzərin morfostrukturu və s.

öyrənilmişdir. Son dövrlərdə geomorfologiyaya aid çıxan fundemental əsərlərindən Türkmənistan alimləri ilə

müştərək hazırlanın «Cənubi Xəzərin neftli-qazlı vilayətlərinin yeni tektonikası və inkişaf tarixi», «Azərbaycanın

relyefi» (Bakı, 1994) monoqrafiyalarını göstərmək olar. Sonuncu monoqrafiyada relyefin genetik formaları və

ərazidə paylanması qanunauyğunluqları; tektonik hərəkətlərin zaman-məkan daxilində sürəti və təzahür formalarının

kəmiyyət göstəricilərinin müəyyən edilməsi və onların əsasında morfostrukturların ayrılması; geomorfologiyanın

nəzəri məsələlərinin həllində və faydalı qazıntılar axtarışında onların rolu göstərilir.

Azərbaycan EA Coğrafiya İnstitutu və Bakı Dövlət Universitetində aparılan geomorfoloji tədqiqatların

nəticəsində respublikanın geomorfoloji xəritəsi tərtib edilmişdir. Azərbaycanın ayrı-ayrı ərazilərinə aid daha dəqiq

iri miqyaslı xəritələr hazırlanır. Belə xəritələrin bilavasitə quruculuq işlərində- şəhərsalma, kənd təsərrüfatı,

nəqliyyat, sənaye tikintisi, yer quruluşu və meliorasiya tədbirlərinin həyata keçirilməsində böyük əhəmiyyəti vardır.

Azərbaycan geomorpfoloqları qonşu respublikaların alimləri ilə sıx əlaqə saxlayaraq, Qafqaz regionunun

geomorfologiyasını öyrənmiş və onun xəritəsini tərtib etmişlər.

Onlar bu sahədə apardıqları tədqiqatları və əldə etdikləri nailiyyətləri ilə dərin məzmunlu məktəb yarada

bilmişlər.

Uzun illərdən bəri apardığı geniş geomorfoloji tədqiqatlara və xəritələrin tərtibinə görə Azərbaycan

coğraflarından akad. B.Ə.Budaqov keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin M.P.Prjevalski adına Qızıl medal ilə təltif

olunmuşdur.

İlk geomorfoloji tədqiqatların başlanğıcını professor B.A.Antonov qoymuşdur. Azərbaycan EA-nın Coğrafiya

İnstitutunda uzun illərdən bəri geomorfoloji tədqiqatlar aparan respublika Dövlət mükafatı laureatı professor

N.Ş.Şirinov, BDU-da isə professor M.A.Müseyibov olmuşdur. Onların layiqli ardıcılları (R.Y.Quliyev,

A.A.Mikayılov, X.K.Tanrıverdiyev, E.K. Əlizadə və b.) yetişmişdir.

6.2.4 İqlimşünaslıq və hidrologiya elmi ideyaların inkişafı

Ölkədə aparılan coğrafi tədqiqatların ən mühüm sahələrindən biri iqlimşünaslıq olmuşdur. N.M.Fiqurovski

tərəfindən əsası qoyulmuş Azərbaycan iqlimşünaslığı həm ölkənin, həm də ona qonşu ölkələrin iqliminin

öyrənilməsində bir sıra müvəffəqiyyətlər əldə etmişdir. İqlim qurşaqlarına, günəş radiasiyasına, istilik balansına,

Ölkədə baş verən sinoptik proseslərə, hava axınlarının xüsusiyyətlərinə, Xəzər dənizinin iqliminə və s. həsr edilmiş

sanballı tədqiqat işləri aparılmışdır.

Azərbaycan Respublikasının istilik balansı atlasını tərtib edən müəlliflər ölkənin Dövlət mükafatına layiq

görülmüşlər. İqlimin təsərrüfatla əlaqələrinə aid xeyli işlər aparılmışdır. Azərbaycan iqlimşünaslığına uzun müddət

Azərbaycan EA müxbir üzvü Ə.M.Şıxlinski rəhbərlik etmişdir.

Azərbaycanda aqroiqlimşünaslıq məktəbi 1960-cı ildən geniş inkişaf etməyə başlasa da, ilk sanballı əsər hələ

1932-ci ildə İ.Fiqrovski tərəfindən («Aqrometeorologiya») yazılmışdır. Sonrakı illərdə bu sahə üzrə geniş tədqiqat

işləri Ə.C.Əyyubov tərəfindən aparılmışdır.

Meteoroloqlar, iqlimşünaslar iqlim ehtiyatlarını öyrənmiş və onlardan kənd təsərrüfatında istifadə yollarını

araşdırmışlar. Respublika ərazisində aqroiqlim rayonlaşdırılması aparılmışdır; müxtəlif kənd təsərrüfatı bitkilərinin

– pambıq, üzüm, tütün, zeytun və s. inkişafı üçün iqlim ehtiyatlarından istifadə imkanları öyrənilmişdir.

Ölkəmizin subtropik iqlim zonasında bir ildə 2-3 dəfə məhsul götürməyin aqroiqlim xüsusiyyətləri müəyyən

edilmiş, Azərbaycan Respublikasının aqroiqlim rayonları atlası tərtib olunmuşdur. Ə.C.Əyyubovun 1960-70-ci

illərdə aqroiqlimşünaslıq sahəsində nəşr etdirdiyi fundamental tədqiqatlar keçmiş SSRİ-nin mükafatları ilə təltif

olunmuşdur. Onun «Azərbaycan SSR-nin aqroiqlim rayonlaşdırılması» xəritəsi 1976-cı ildə ölkə xalq təsərrüfat

sərgisinin bürünc medalına, 1976-cı ildə çap olunmuş «Azərbaycan iqliminin bonitetləşdirilməsi» monoqrafiyasına

görə SSRİ Coğrafiya Cəmiyyətinin F.P.Litke adına Qızıl medalına layiq görülmüşdür.

Respublika aqroiqlimşünaslıq məktəbinin nəticələrindən biri də 1994-cü ildə çapdan çıxmış «Azərbaycan

Respublikasının aqroiqlim atlası»dır. Bu atlas 125 rəngli xəritədən, çoxlu əlavə yardımçı materiallardan ibarətdir.

Atlasın elmi əhəmiyyəti onun yetkin proqram əsasında yazılması bir çox xəritələrin orijinallığı, elmi-metodiki

aparatının mükəmməlliyi, iqlim ehtiyatları haqqında geniş və obyektiv informasiya verməsindədir. Bu atlasın əməli

əhəmiyyəti isə aqroiqlim ehtiyatlarının düzgün qiymətləndirilməsi, respublikanın istənilən rayonunda aqroiqlim

ünsürlərinin paylanması, iqlimin məhsuldarlığı haqqında kənd təsərrüfatında çalışan işçilərə dəqiq sorğu məlumatı

verməsidir. Coğrafiya elmləri doktoru Ə.C.Əyyubovun rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanan bu atlas 1994cü

ildə Zakir Tağıyev mükafatına layiq görülmüşdür. Yenə də bu müəllifin iştirakı ilə Azərbaycan Respublikasının

iqlim-kurort sərvətləri hərtərəfli öyrənilməyə başlanmışdır.

78

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!