30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

6.4 Toponimika

Toponimlərimizin geniş mənada öyrənilməsi nəticəsində həm coğrafiyamızın, həm də xalqımızın və dilimizin

uzaq keçmişi barəsində çox şey məlum olur. Ona görə də coğrafi adların tarixinə və toponimiyaya aid aparılan

tədqiqatlar uzaq keçmişdən başlamışdır. M.F.Axundov, A.A.Bakıxanov, İsmayıl bəy Qutqaşınlı və b. coğrafi adların

mənşəyi ilə yaxından məşğul olmuşlar.

1947-1950-ci illərdə H.M.Mamayevin mürəkkəb coğrafi adların tərkibindəki sözlərin, adların düzgün

yazılışından bəhs edən əsəri çap olunur.

1960-1965-ci illərdə Azərbaycan toponimiyasının öyrənilməsi sahəsində ciddi addımlar atılır. Bu işlərin

təşkilində və aparılmasında B.Ə.Budaqovun və R.M.Yüzbaşovun böyük xidmətləri olmuşdur.

Özünün 1966-cı ildə çapdan çıxan «Azərbaycanın coğrafi terminləri» adlı fundamental əsərində R.M.Yüzbaşov

Azərbaycanın xalq coğrafi terminlərin, toponimik və elmi coğrafi terminlərin geniş təhlilini aparmış və elmi

sistemləşdirilməsini vermişdir. Ölkədə aparılan toponimika tədqiqatları əsasında müxtəlif illərdə izahlı coğrafi

lüğətlər tərtib və nəşr olunmuşdur (R.M.Yüzbaşov, O.U.Osmanov, B.Ə.Budaqov və b.).

1960-cı ildə Azərbaycan Coğrafiya Cəmiyyəti və 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət

Heyətinin nəzdində daimi toponimika komissiyası yaradılmışdır.

Qafqaz və Şimali Azərbaycanda yayılan türk mənşəli toponimləri qoruyub saxlamaq və hərtərəfli tədqiqini

aparmaq, xəritələrdə coğrafi adların düzgün yazılmasını təmin etmək məqsədilə 1973-cü ildə Azərbaycan EA

Coğrafiya İnstitutunda coğrafi adlar (toponimika) şöbəsi yaradılır. 1973-cü ildə Azərbaycan toponimikasının

problemlərinə həsr olunmuş I-ci və 1981-ci ildə isə II-ci elmi konfranslar keçirilir. I-ci konfrans Azərbaycan

toponimlərinin ümumi məsələlərinə, ayrı-ayrı toponimlərin etimologiyasına, etnonimlərinə, coğrafi adların xəritədə

yazılmasına və oroqrafiyasına, toponimlərin regional miqyasda tədqiqinə dair məruzələr dinlənilmiş və müzakirə

edilmişdir.

II-ci konfrans respublikamızda toponimika məktəbinin yarandığını və bu məktəbin geniş fəaliyyət göstərdiyini

qəti təsdiq etdi. Bu məktəbin varlığını həmin illər Böyük Qafqazın cənub yamacı (E.B.Nuriyev), Abşeron

(M.Ə.Abbasov), Dağlıq Şirvan (N.S.Bəndəliyev), Şimali-Şərqi Azərbaycan və Böyük Qafqazın Cənub-Şərq hissəsi

(X.H.Məmmədov) və s. regionlara dair aparılan tədqiqatlar təsdiq edirdi.

Y.Yusifov, S.Kərimov «Toponimikanın əsasları», S.Mirmahmudova «Ermənistanın oykonimləri», N.K.

Məmmədov «Azərbaycanın yer adları (oronomiya)» dair əhəmiyyətli elmi əsərlər yazmışlar.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra (1991-ci il 18 oktyabr) toponimikaya və coğrafiyanın

tarixinə aid tədqiqatlara diqqət xeyli artırıldı və əvvəlki illərdən fərqli olaraq onun tematikası genişləndirildi.

B.Ə.Budaqovun «Türk uluslarının yer yaddaşı» (Bakı, 1994) adlı geniş həcmli monoqrafiyası toponimika

elminin inkişafında mühüm bir hadisəyə çevrildi. Hazırda o Qafqazın digər regionlarının toponimikasına dair yeni

elmi əsərlər üzərində işləyir. Onun «toponimlər tarix elmi olmadan köksüz, dilçilik elmindən kənarda lal, coğrafiya

elmindən ayrı məkansızdır» 1 dərin məzmunlu kəlamları bu elmin ölkəmiz və xalqımızın həyatında müstəsna

əhəmiyyət kəsb etdiyini göstərir. Son illər Coğrafiya İnstitutunda B.Ə.Budaqovun rəhbərliyi altında Dağlıq

Qarabağın (A.İsmayılova) və Dağıstanın toponimlərinə aid (X.L.Xanməmmədov) əhəmiyyətli elmi-tədqiqat işləri

başa çatdırılmış və dissertasiyalar müdafiə edilmişdir.

Toponimika sahəsində qarşıda duran mühüm vəzifələr – mikrotoponimlərin tədqiqini davam etdirmək və geniş

ərazilərdə yayılan tarixi türk torpaqlarının coğrafi adlarını öyrənmək və lüğətlərini tərtib etməkdir.

Azərbaycanda coğrafiya elminin tarixi üzrə də elmi-tədqiqat işləri aparılmış və əsərlər yazılmışdır. Bunlardan

O.U.Osmanovun «Məşhur səyyah və coğrafiyaşünaslar» (Bakı 1970) kitabı özünün geniş məlumatlı olması ilə

səciyyələnir. Kitabda müxtəlif dövrlərdə yaşamış ən görkəmli səyyahlar, coğrafiyaşünaslar və tədqiqatçıların coğrafi

görüşləri, kəşfləri və səyahətləri haqqında qısa məlumat verilmişdir. N.K.Kərimovun «Qırx il səyahətdə» (Bakı,

1977) əsəri əhəmiyyətinə görə xüsusilə fərqlənir. Əsər XVIII əsrin sonu və XIX əsrin əvvəllərində yaşamış Böyük

Azərbaycan coğrafiyaşünası və səyyahı Zeynalabdin Şirvaninin Asiya və Afrikaya etdiyi 40 illik səyahətlərdən

danışır.

Azərbaycanda keçmiş illərdə coğrafi məsələlərlə məşğul olmuş görkəmli alimlərimizin əsərlərinin

öyrənilməsinin əhəmiyyəti böyükdür. Belə tədqiqatlar bizə ölkəmizin coğrafiyasının tarixi haqqında tam biliklər

əldə etməyə imkan verir və bu günümüzün tələbatına cavab verə bilənlərdən istifadə edirik.

Artıq bu sahədə tədqiqatlara başlanılmışdır. Həsən bəy Zərdabinin coğrafi fikirlərinin araşdırılması aparılıbdır

və gələcəkdə də belə mövzuların davam etdirilməsi əhəmiyyətli olardı.

Azərbaycanda coğrafiya elminin son 50 ildə (1945-1995) inkişafına, Coğrafiya Cəmiyyətinin yaranmasının 60

illiyinə (1937-1997) və tədrisin tarixinə dair sanballı təhlillər və ümumiləşdirmələr aparılan əsərlər yazılmışdır.

1 Úîüðàôèéà åëìè 50 èëäÿ Á.ßáóäàãîâóí ðåäàêòîðëóüó èëÿ, Áàêû, «Åëì», 1996, ñÿù. 117

84

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!