30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

mənzərələri» kitabında coğrafiya nəzəriyyəsinə aid qiymətli mülahizələr var. O, bu kitabda qeyd edirdi ki, təbiətin

mənzərəsini bütöv verməyə çalışmışdır.

Humbolt öz səyahətlərində müşahidə etdiyi müxtəlif yerlərin, o cümlədən Uralın, Altayın, Qazaxıstan çöllərinin və

s. təbiətini müqayisəli təsvir etməklə təbii hadisələrin (iqlimin, relyefin, torpağın, bitki örtüyünün) əlaqələrinin

qanunauyğunluqlarını tapmışdır. O, təbiətin birliyini yer səthinin müxtəlif formalarının qarşılıqlı əlaqələrində və

qarşılıqlı yaranan birlikdə görürdü.

Alim landşaftların və zonaların təşəkkülündə üzvü aləmin, xüsusilə bitki örtüyünün, iqlimin roluna çox böyük

qiymət verirdi. O yazırdı ki, üzvü aləm yer kürəsinin hər bir sahəsinə xüsusi xarakter və görünüş verir. Yalnız

müqayisə metodu vasitəsilə hər hansı bir landşaftda bu xarakteri və görünüşü müəyyən etmək olar. O, ayrı-ayrı

ölkələri bir-birindən fərqləndirən xüsusiyyətlərin müqayisəsini və bu müqayisənin nəticələrinin qısa şəkildə təsvirini

verməyi ümumi yerşünaslığın vacib vəzifəsi hesab edirdi.

Müasir dövrümüzdə belə, öz əhəmiyyətini itirməmiş və kəmiyyət göstəricilərindən, rəqəmlərdən istifadə etməklə

aparılan müqayisə metodu alimin «Təbiət mənzərələri» əsərində çox geniş izah olunmuşdur. O göstərərdi ki,

hadisələrin dövrü təkrarlanmasını əsaslandırmaq və yaxud təbiətin ardıcıl dəyişmələri qanunu başa düşmək üçün

dəqiq qeydə alınmış nöqtələrdə diqqətlə aparılan, müəyyən dövrlərlə bağlı olan, müqayisələr üçün rəqəm materialı

verə bilən müşahidələr tələb edilir. Onun fikrincə, Yerin müxtəlif hissələrinin təbiətinin xarakterinin dərk edilməsi

bəşər tarixi və onun mədəniyyəti ilə sıx surətdə əlaqədardır.

Humbolt səyahətlər zamanı yalnız təbiətlə yox, insanların fəaliyyəti ilə də maraqlanmış və müəyyənləşdirilmişdir

ki, «saf» təbiət yoxdur. Təbiət insan fəaliyyəti ilə xeyli dəyişmiş və dəyişməkdədir. O, Aralıq dənizi sahillərində

meşənin az olmasının səbəbini vaxtilə burada məskən salmış qədim xalqların əkinçilik sahəsindəki fəaliyyətlərilə

əlaqələndirirdi. Burada əkin torpaqları çox yerdə meşələrin qırılması hesabına əldə edilmiş və bu sahələr çılpaq

qayalığa çevrilmişdir.

A.Humbolt materialist olsa da, müasirləri, onu həm də ateist kimi də tanıyırdılar. O, coğrafiyaya mütərəqqi sintez və

tarixilik prinsiplərini gətirmişdir.

Klassik coğrafiyanın ikinci böyük nümayəndəsi A.Humboltun müasiri Karl Ritter (1779-1859) olmuşdur.

Müqayisəli coğrafiyanın tərəfdarı olan Karl Ritter dərin bilikli, geniş dünyagörüşlü alim idi. Almaniyada Berlin

universitetinin ilk coğrafiya kafedrasını təşkil etmiş və onun professoru olmuşdur. Onun dərin mənalı, maraqlı

mühazirələrini bir çox görkəmli alimlər – isveçrəli A.Qyuye, fransız Elize Reklü, rus Pyotr Semyenov-Tyanşanski

və b. dinləmişlər. A.Humboltdan fərqli olaraq, Ritter səyahət etməmişdi. O, kabinet alimi idi. Buna baxmayaraq o,

zəngin coğrafi və fəlsəfi ədəbiyyatdan istifadə edərək, çoxlu əsərlər yazmışdır. Bu əsərlər sırasında 19 cildlik

«Təbiətə və insan tarixinə aid yerşünaslıq və ya ümumi müqayisəli coğrafiya» adlı əsəri də var. Əsər böyük həcmli

olsa da, oradakı mülahizələr Afrikaya və Avropanın bir hissəsinə aid materiallar üzərində qurulmuşdur. Ritterin

nəzəri coğrafi görüşləri müqayisəli yerşünaslıq ideyası bu kitabda öz əksini tapmışdır.

Ritter, müəyyən mənada Kantın davamçısı olmuşdur. O, Kantın coğrafi xorologiya və Allahın həlledici rolu

haqqındakı teoloji konsepsiyalarını iqtibas etmişdir. Ritterin fikrincə, dünya Allah tərəfindən elə yaradılmışdır ki,

bəşəriyyətin gələcək inkişafının əsası təbiətin özündə qoyulmuşdur; Allah insanların həyatını materiklərin və

okeanların ümumi forması ilə qabaqcadan müəyyənləşdirmişdir, sonralar isə təbiət özü insanları idarə etməyə

başlamışdır. Buradan da istər-istəməz təbiət bəşəriyyətin «rəhbəri» və «mürəbbisi» kimi çıxış etmişdir.

K.Ritter coğrafiya elminin predmetini də müəyyənləşdirmişdi. O, bu zaman Dekartın fəzanın bu və ya digər ölçülü

müxtəlif cisimlərlə dolu olması müddəasına əsaslanmışdır. Alimin fikrincə, bir halda ki, fəza yer cisimləri ilə (bu

cisimlərin hansının təbiət aləminə məxsus olmasından və hansı şəkildə təzahür etməsindən asılı olmayaraq)

doludur, bu elmlər ayrı-ayrı yerlərin qarşılıqlı əlaqələrinə, həmçinin ən ümumi dünyəvi formalarda təzahür edən

əlaqələrini öyrənir. Həm də coğrafiya elmlərində hadisələr onların ardıcıl dəyişməsi və inkişafı tarixi tədqiq

edilmədən öyrənilir. Bununla da coğrafiya elmləri tarix elminə qarşı qoyulmuşdu. Lakin Ritter elə buradaca

söylədiyi əvvəlki fikrə zidd olaraq qeyd etmişdi ki, coğrafiya, əgər o, yer üzərindəki sahələrin qarşılıqlı

əlaqələrindən danışan həqiqi elm olmaq istəyirsə, tarixi ünsürsüz keçinə bilməz. Coğrafiya sadəcə olaraq yerin

mücərrəd şəklini çəkməklə kifayətlənə bilməz. Yer haqqındakı elm onun daxili və xarici qanunlarını öyrənmədən

elm ola bilməz. Alim coğrafiyanı yalnız fiziki coğrafiya sahəsindəki tədqiqlərlə məhdudlaşdıran və onun tarixiliyini

inkar edən tədqiqatçıları tənqid etmişdi.

Ritterin elmi yaradıcılığı mürəkkəb və bəzən də ziddiyyətli idi. Bir tərəfdən o, adi təsvir etmədən qanun kəşf

edilməsinə, sadə sadalamadan müxtəlif təbii sahələr arasındakı və onların daxilindəki münasibətlərin, əlaqələrin,

qarşılıqlı təsirlərin dərk edilməsinə səy göstərir, digər tərəfdən isə inkişaf qanunları ilə məhdudlaşdırılması lehinə

çıxış edirdi.

37

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!