30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

üçün istifadə edilən torpaqlar artıq sıradan çıxır, əvvəllər əkinçilik üçün əhəmiyyətli torpaqlar çox istifadə

olunduğundan məhsuldarlığı aşağı düşür, nəticədə onlar çöllərə və hətta səhraya çevrilir.

Rus inqilabçı demokratı D.İ.Pisarevin (1840-1862) «Əməyin tarixindən oçerklər» əsəri coğrafi cəhətdən maraqlıdır.

Müəllif təbiətdə mövcud olan maddələr dövranı haqqında yazır və bu dövrana insan fəaliyyətini də daxil edir. İnsan

şüurlu surətdə maddələr mübadiləsinə qarışır, həmin maddələrin bəzi xırda axınlarını sürətləndirir və

istiqamətləndirir. İnsan materiyanın mövcud olduğu formaların və təbiətin sadə elementlərinin daxil olduğu

kombinasiyaları yaradır və ya dağıdır, bununla da təbiətdə baş verən böyük dövranda iştirak edir.

Pisarev təbiətə «nəhəng bir kapital» kimi baxır; bu «kapital»a əmək sərf edilsə, ondan yarım qəpik də itməz. Təbiətə

sərf edilən əməyə insanın təbiət ilə mübarizəsi kimi baxmaq lazımdır. İnsan əməyinin təbiətə tətbiqi əmanət

kassasına böyük məbləğdə pul yığmaq kimi bir şeydir.

Müəllif belə bir fikir irəli sürür: indi ki, təbiət bizdən əvvəl yaşamış nəsillərin zəhməti ilə bizim üçün hazırlanmışdır,

biz də böyük əmək sərf etməklə təbiəti gələcək nəsillər üçün hazırlamalıyıq. İnsanlar öz əməlləri ilə Yer üzünü

qabaqcadan yaşayış və istehsal fəaliyyəti üçün hazırlamasaydılar, bu qədər əhali sıxlığı olmazdı. Pisarev qeyd edirdi

ki, bir çox hallarda insan ilə təbiət arasında uyğunsuzluqlar da əmələ gəlir ki, bu da təbiət qanunlarının və onun

imkanlarının insanlar tərəfindən yaxşı öyrənilməsi üzündən baş verir. Təbiət haqqındakı biliklər böyük qüvvədir,

onu əldə etmək lazımdır.

ABŞ alimi, görkəmli diplomat, siyasi xadim, filoloq Georq Marş (1801-1882) tərəfindən insan və təbiət probleminə

aid çox maraqlı tədqiqatlar aparılmışdır. Marş uzun müddət Türkiyədə, İtaliyada və başqa ölkələrdə səfir işləmiş,

prezident A.Linkolnın məsləhətçisi olmuşdur. Marş gəzdiyi bütün ölkələrdə geniş müşahidələr aparmış və xeyli

məlumat toplamışdır. «İnsan və təbiət» kitabında o, təbiətdən vəhşicəsinə istifadə edilməsini, meşələrin

amansızcasına qırılmasını, torpaqların eroziyaya məruz qalmasını, kənd təsərrüfatı ziyanvericilərinin əkinçiliyi

bərbad etməsini və s. bu kimi neqativ halları təsvir etmişdir. O, bu acınacaqlı hallara qarşı həyəcan siqnalı verməklə

yanaşı, təbiəti məqsədyönlü şəkildə bərpa etmək üçün nəhəng mühəndis qurğuları tikməyi, meliorasiya və

meşəsalma işləri aparmağı, fauna və floranı zənginləşdirmə tədbirlərini həyata keçirməyi məsləhət görürdü.

Onun ilk əsəri təbiətdən istifadə edilməsi işinə həsr edilmişdir. O, Ritterin əsərləri ilə tanış idi. Lakin Ritterdən fərqli

olaraq, xalqların həyatından, insanlarla coğrafi mühit arasındakı əlaqələrdən geniş bəhs etmişdir. Marş ömrünün son

illərində Amerika universitetlərində professorluq etmiş, mütərəqqi mühakimələr söyləmiş, insanların xoşbəxtliyi,

onların ehtiyaclarının təmin edilməsi, yaşayış və əmək fəaliyyətlərini yaxşılaşdırması üçün tövsiyələr vermişdir.

Onun əsərlərində coğrafiyanın nəzəri məsələləri, insan-təbiət münasibətləri görkəmli yer tutur. Eyni zamanda bu

əsərlərdə Yerin təbiətinin dəyişdirilməsinə həsr edilən qlobal əhəmiyyətli böyük təkliflər var. Bununla belə, Marşın

əsərlərində tarixilik problemi zəif verilmişdir. Onun fikrincə, təbiət uzun müddət ərzində cüzi, insanın həyatı isə

çox sürətlə dəyişir. Təbiətin dəyişilməsinin coğrafi məsələlərinə heç toxunmamasına baxmayaraq, Marş

coğrafiyanın klassik alimlərindən biri hesab olunur.

İnsan və təbiət münasibətlərini öyrənən alimlər sırasında P.A.Çixaçev və A.F.Middendorf kimi mütərəqqi fikirli rus

alimləri də var idi. Onların hər ikisi Rusiyada Marşın ideyalarının davamçısı olmuşdur.

P.A.Çixaçev (1808-1890) insan tərəfindən təbiətin dəyişdirilməsini əsaslı surətdə tədqiq etmişdir. O da Marş kimi

diplomatik xidmətlər sayəsində coğrafiyaya gəlmişdir. Çixaçev Türkiyədə, İtaliyada, Fransada, Almaniyada və bir

sıra ölkələrdə olmuş, geniş coğrafi müşahidələr aparmışdır. O, təkcə coğrafiyaya aid deyil, geologiya, botanika,

zoologiya və statistikaya da aid tədqiqatlar aparmışdır. Altay ölkəsini, Kuzbas hövzəsini öyrənmiş, Kiçik Asiyanı,

İspaniyanı, Aralıq dənizinin Afrika sahillərini tədqiq etmiş və Fransız dilində qiymətli kitablar yazmışdır. O, öz

əsərlərində dəyişməkdə olan təbiətə insan fəaliyyətinin təsiri məsələsini ön planda vermişdir. Bu təsiri və

dəyişmələrin xarakterini, miqyasını Aralıq dənizi sahillərindən başlamış Mərkəzi Asiyaya qədər dəqiq faktlar

əsasında öyrənmişdir.

Şərqi Asiyanı, Uzaq Şərqi, Orta Asiyanı (Fərqanə vadisini) öyrənən digər rus alimi A.F.Middendorf (1815-1894)

olmuşdur. Onun «Fərqanə vadisi» adlı oçerklərində təbiətin dəyişməsində insanın roluna xüsusi fikir verilmişdir.

Təbiətdə dəyişmələrin çox yavaş və zəif getməsini iddia edən, təbiət tarixini bəşər tarixindən ayıran Marşdan fərqli

olaraq, Çixaçev və Middendorf təbiətin və cəmiyyətin tarixini biri-biri ilə əlaqədar götürmüşlər.

XIX əsrin ortalarında Avropada da insanla təbiətin qarşılıqlı münasibətlərinə dair qiymətli və mütərəqqi elmi

tədqiqatlar aparılmışdır. Bu tədqiqatların təşkilatçısı məşhur fransız coğrafiyaçısı Elize Reklü (1830-1905) idi. O,

vaxtilə Berlin universitetində oxumuş, Ritterin tələbəsi olmuşdur. Lakin Reklü öz müəllimindən xeyli irəli

getmişdir. O, qazanc dalınca İrlandiyaya, ABŞ-a, Cənubi Amerikaya getmiş insanların həyatı ilə tanış olmuşdur.

1857-ci ildə Fransaya qayıtmış və o zamanki inqilabı hərəkata qoşulmuşdur, burada bir sıra görkəmli inqilabçılarla

tanış olmuşdur. Həmin illərdə Reklü coğrafiya ilə məşğul olub təbiətin və onu ram edən insanın fəaliyyətini olduğu

kimi açıb göstərmişdir.

41

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!