30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Hidrologiyaya aid nəşr olunan ədəbiyyatlar sırasında R.S.Çalovun çayların məcrasının tədqiqinə həsr olunmuş

dərs vəsaiti xüsusilə fərqlənir (Russlovoe issledovanie, M, 1995). Məcranın çoxsahəli tədqiqatlarının üç əsas

istiqamətləri: hidroloji, geoloji, və coğrafi, qarşılıqlı əlaqə şəklində verilmişdir. Dərs vəsaitində məcranın

tədqiqatlarının bütün mərhələləri – çöldə faktiki materialların toplanması və əlavə sahmanlanmasından başlayaraq,

kameral təhlili və stasionar öyrənilməsinə qədər, əhatə olunmuşdur.

70-ci illərdən sonra ətraf mühitin çirklənməsi dünyanın qlobal problemlərinə çevrilir. Təbii sistemlərə edilən

antropogen təzyiqlərin artması insan üçün təhlükə törədən ekoloji çirklənmənin daha geniş sahələrdə yayılmasına

səbəb olur. Ona görə də bəşəriyyətin həyatı üçün aktual olan bu problemlərə aid daha çox ədəbiyyat çap olunmağa

başlayır. Fundemental xarakterli belə əsərlərdən biri də N.F.Reymersin «Təbiətdən istifadə» lüğət – məlumat

(M.1990, rus dilində) kitabıdır. Problem məsələləri əhatə edən bu sözlük – məlumat kitabı dünya təcrübəsində ilk

dəfə yaradılmışdır. Burada təbiətdən istifadənin ekoloji, sosial və iqtisadi məsələlərinə həsr olunan 5000-dən çox ən

mühüm termin və anlayışların izahı verilmişdir. Elmin inkişafının hazırki mərhələsi üçün əhəmiyyətli olan bir sıra

yeni terminlər təklif olunur və onların izahı verilir. Müəllif coğrafi ekologiya kimi yeni anlayışı belə izah edir:

«coğrafi ekologiya (geoekologiya), biosfer də daxil edilməklə ekosistemin yüksək iyerarxiya səviyyəsini öyrənən»

ekologiyanın (coğrafiyanın) bir bölməsidir. Bu terminin sinonimləri (əvəzi) – landşaft ekologiyası,

biogeosenologiyadır» 1 .

Q.N.Qolubevin «Geoekologiya» (M.,1999, rus dilində) dərsliyi coğrafi ekologiyanın geniş məsələlərini əks

etdirir. Onun dərsliyində göstərilir ki, coğrafi ekologiya geosfera ilə cəmiyyətin qarşılıqlı inteqrasiyasına əsaslanan

ekosistemi öyrənən fənnlərarası elmi istiqamətdir. Kitabda ekosferın təbii və sosial-iqtisadi amilləri, qlobal

miqyasda dəyişməsi problemləri, hidrosfer, litosfer, biosfer ətraflı tədqiq olunur. Təbii-texniki sistemlərin coğrafi

ekoloji baxımdan təhlili verilir. Bəşəriyyətin salamat yaşaması baxımından böhran xarakterli qlobal problemlər

(coğrafi-ekoloji, demoqrafik, su, enerji, ərzaq, mineral xammal) tədqiq edilir.

Son illər tədris, siyasi və elmi-tədqiqat ehtiyacları ilə bağlı olaraq kartoqrafik məhsullarına tələbat xeyli

artmışdır. Yeni tematik və regional xəritələr düzəldilir, geoinformatika texnologiyası tətbiq olunur. Bir sözlə,

xəritələr daha məzmunlu olub və tətbiq sahələrinə görə kütləvi xarakter alır. Dinamik coğrafi təsvirlərin,

kompüterlərin, slayd-filmlərin, tədris coğrafi filmlərin və s. geniş istifadəsinə əsaslanan yeni video-kartoqrafiya

bölməsi yaradılır.

Bununla belə, qeyd etmək lazımdır ki, kartoqrafiyanın coğrafi əsasdan ayrılaraq geoinformatika təsiri altına

düşmə qorxusu vardır. Bu da onun geoinformatika tərkibində əriməsi təhlükəsini yarada bilər. Ona görə də

coğrafiya, başlıca diqqət informasiya və avtomatlaşdırma vasitələrindən kartoqrafiyada bir metod kimi geniş istifadə

edilməsinə yönəldilməlidir.

Ekoloji xəritələşdirmədə daha çox yeniliklər və irəliləyişlər baş verir. Müxtəlif yüksəkliklərdə və müddətlərdə

Yerin və onun iri regionlarının kosmosdan çəkilmiş şəkilləri ekoloji şərait haqqında dolğun məlumatlar verir.

Ölkələr və onların regionları haqqında coğrafi informasiya sistemi (CİS) əsasında ekoloji xəritələrin tərtibi

genişlənir. Ərazilərin inkişafının təhlilinə və vəziyyətinin qiymətləndirilməsinə həsr olunmuş elektron xəritələr və

atlaslar tərtib olunur. Belə xəritələr həm də təbii ehtiyatların istifadəsini, əhalinin dinamikasını, regionların tarazlı

(dayanıqlı) inkişafı problemlərini və s. əhatə edir.

Amerika coğrafiyası üzrə mütəxəssis V.M.Qoxman, Mərkəzi Amerika üzrə tədqiqatçı Y.Q.Maşşbis, Hindistan

tədqiqatçısı Q.V.Sdasyuk, Mərkəzi Avropa və Almaniya coğrafiyaları üzrə tədqiqatçı S.B.Lavrov, Cənubi Amerika

üzrə tədqiqatçı V.V.Volski, Şərqi Avropa ölkələrinin coğrafiya üzrə ixtisaslaşan İ.M.Mayerqoyz və b. dünya

coğrafiyasının mühüm problemlərinə aid qiymətli əsərlər yazmışlar.

Yerin coğrafi öyrənilməsinə ara verilmir. Yeni torpaqlar kəşf olunmasa da, Dünya okeanının sirləri açılır: onun

suyunun fiziki və kimyəvi tərkibi, axınları, bəşəriyyətin qidalanmasında mühüm ərzaq mənbəyi rolunu oynayan

balıq və digər heyvan növlərinin çoxalması, davranışı, qorunması, okeanın qlobal ekoloji şəraiti və s. öyrənilməsi

davam etdirilir.

Coğrafiyaçı alimlər tərəfindən təbiət və cəmiyyətin müxtəlif xarakterli qarşılıqlı əlaqələri dərk olunur və

öyrənilir. Yerin kosmosdan öyrənilməsi işləri geniş vüsət alır.

Kosmik coğrafiya elmi yaranmaq üzrədir. Bu elmin mütərəqqi və daha dəqiq üsullarından istifadə edərək

Yerdə baş verən qasırğa və meteoroloji hadisələri qabaqcadan xəbər vermək, məskunlaşma və sənaye ocaqları

areallarının, kənd təsərrüfatı bitkiləri və nəqliyyat xəttlərinin və s. yerləşməsini öyrənməyə başlanıbdır. Göstərilən

məsələlər aşağıda adları çəkilən: «Coğrafi tədqiqatlarda aerokosmik metodlar» (1982), «Sosial-iqtisadi coğrafiyada

aerokosmik metodlar» (1983) və digər tədris kitablarında özünün geniş izahatını tapmışdır.

1 Н.Ф.Раймерс. Природопользование. Словарь. М. 1990, с.95

67

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!