30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

1933-cü ildə alman alimləri: iqtisadi coğrafiyaçı V.Kristaller yaşayış məntəqələrinin qarşılıqlı əlaqədə

yerləşdirilməsi və mərkəzi yer nəzəriyyəsini (şəkil 12.), 1943-cü ildə isə A.Lyoş bazarların məkan nəzəriyyəsini

yaratmışlar. Göründüyü kimi, ştandort nəzəriyyəsinin inkişafında alman alimlərinin böyük xidmətləri olmuşdur.

Mərkəzi yer nəzəriyyəsinin banisi V.Kristaller belə hesab edirdi ki, məskunlaşmanın ən kiçik hissələri bərabər

səpələnmələrdir və düz üçbucaq şəbəkəsi yaratmalıdır. Bərabər satış zonası isə düz altıkünclü fiqur içərisində

paylanmalıdır. Alimin fikrincə, mərkəzə getmə məsafəsi ən qısa yolla seçilməlidir. Çünki hər hansı bir mərkəzin

ondan asılı olan bərabər miqdarda yaşayış məntəqəsi var. V.Kristaller xidmət və satış mallarından səmərəli istifadə

radiusunu da hesablamışdır. Bu radiusun mərkəzə münasibətilə qazancın əlverişliliyi təyin olunur. Həmin altıkünclü

fiqurlar arasında mərkəz şəhərdir. Bu şəhərə şəhər tipli məntəqələr tabedir. Hər bir məntəqə mərkəzinə isə kəndlər

tabedir. Əmtəənin və xidmətin xarakterindən asılı olaraq optimal mərkəz seçilir. Məsələn, çörək almaq üçün mərkəz

kənddir, qənd almaq üçün mərkəz şəhər tipli məntəqədir. Kostyum tikdirmək üçün mərkəz şəhərdir.

Yaşayış məntəqələrinin həcmi satışa, nəqliyyata, inzibatı idarəetməyə görə müəyyən edilir. Əlbəttə, bu bölgü

şərtdir. Həyatda isə bu cür mərkəz və ona tabe olan məntəqələrdə satış və xidmət heç də həmişə belə

qanunauyğunluqla paylanmır. Ona görə ki, yaşayış məntəqələrinin böyüklüyü və kiçikliyi var. Onlar çox pərakəndə

paylanmışdır. Altıkünclü fiquru hər yerə tətbiq etmək olmur V.Kristallerin sxemi cəmiyyətin ictimai quruluşunu

nəzərə almır, istehsal üsulunun yerləşmədəki həlledici rolunu görürdü.

Deyilənlərdən aydın olur ki, bu dövrdə coğrafiya məktəbləri sayca artsa da, onların nümayəndələri əksərən

yanlış mövqe tutmuşlar. Bütövlükdə isə coğrafiya elmində müxtəliflik, hərc-mərcilk, nəzəri böhran hiss edilmişdir.

Coğrafiya sanki öz yolunu itirmişdi. Onun problemlərini kənar elmlərin nümayəndələri həll etməyə çalışırdılar.

Onlar da coğrafiyanın elmi-nəzəri əsaslarını bilmədiklərindən, böyük səhvlərə yol verirdilər. Göstərilən dövrdə

dünyanın bir çox yerlərində coğrafi axtarış və kəşflər davam etdirilmişdir.

Belə ki, bu dövrdə dünyanın bir sıra Yer kürəsində hələ də insan ayağı dəyməmiş yerlər qalmaqda idi. Elə təkcə

onu demək kifayətdir ki, Venesuela təyyarəçisi dünyanın ən hündür Anhel (1054m) şəlaləsini yalnız 1935-ci ildə

kəşf etmişdir.

Heç indinin özündə də bilinmir ki, Yerin «üçüncü qütbü» sayılan Comolunqmanın (Everest) kəşf olunma

şərəfi kimə məxsusdur. Belə ki, Yer kürəsinin ən hündür zirvəsi (8848 m) olan Comolunqma (yerli tibet dilində

«dağlar ölkəsinin anası» deməkdir) hələ 1825-ci ildə şimali Hindistanda aparılan topoqrafik çəkiliş zamanı məlum

olmuşdur. Ona görə də bu zirvəni Hindistan topoqrafiya xidməti rəisinin şərəfinə 1856-cı ildə Everest adlandırırlar,

halbuki, onun bu kəşfə heç bir aidiyyatı yox idi.

Yalnız 1053-cü ildə Yeni Zelandiyalı alpinist Edmund Helari özünün Nepaldan olan bələdçisi Tinq Sinqlə ilk

dəfə Everest zirvəsinə qalxmışdır. Bu kəşfdən sonra Everest dünya alpinistlərinin əsl Məkkəsinə çevrilir və 30 il

müddətində burada 18 ölkədən 133 nəfər olmuşdur.

İsveçli Jak Pikar və amerikalı Don Uolsi 1961-ci ildə ilk dəfə olaraq dünyanın ən dərin Marian çökəkliyinə

enmişlər.

Böyük alman coğrafiyaçısı Haydelberq Universitetinin professoru Alfred Hetner (1859-1941) «Coğrafiya,

onun tarixi, mahiyyəti və metodları» əsərini yazmışdır. Bu kitabda coğrafiya elminin müstəqil metodları və

coğrafiyanın bir sıra başqa nəzəri məsələləri haqqında çox maraqlı məlumatlar toplanmışdır.

Hetner Humboltun bir sıra materialist ideyalarını, xüsusilə landşaftın obyektiv varlığı ideyasını qəbul etmişdir.

Onun ümumi coğrafiyanın bütövlüyü, vahid elmiliyi ideyası, Kantın və Ritterin ideyalarına çox yaxın idi. Alimin

vahid coğrafiyasında əsas yeri diyarşünaslıq və landşaftşünaslıq tuturdu. O, həm də insana təbii landşaftın bir

komponenti kimi baxırdı. Coğrafiyada bütövlüyün itməsindən narahat olan Hetner coğrafi tədqiqatların digər elmlər,

yəni geologiya, fizika, zoologiya, botanika və ictimai elmlər tərəfindən aparılmasına razı deyildi. O, müxtəlif

tərəflərə parçalanmayan, özünəməxsus mahiyyəti və məzmunu olan coğrafiya yaratmağa çalışırdı. Bunun üçün o,

Ritterin «yer cisimləri ilə doldurulmuş məkan» konsepsiyasını əsas götürərək qeyd edirdi ki, coğrafiya müxtəlif

böyüklükdə olan əraziləri, məkanı doldurmuş obyektlərin, əşyaların ərazi münasibətlərini öyrənir. Coğrafiyanın

mahiyyətini sahə-ərazi münasibətlərində görən Hetner iddia edirdi ki, təbiətdə rayon, landşaft xüsusiyyəti yoxdur,

onlar tədqiqatçının təfəkkürünün məhsuludur. Buna baxmayaraq, özü landşaft və rayon haqqında xeyli zəngin

məlumatlar vermişdir. Beləliklə, Hetner də coğrafiya elmi üçün düzgün konsepsiya tapa bilməmişdir. Onun

xronoloji konsepsiyasının ən böyük nöqsanı aşağıdakılar idi.

1. O, amillərin mənşəyi, inkişaf tarixini nəzərə çarpan, məkanı dolduran obyektlərin qarşılıqlı əlaqələrini

öyrənməyi söyləməklə coğrafiyada xronoloji konsepsiyanı əsas götürmüşdür.

2. Həqiqi varlıq saydığı tədqiqat obyektinin rayona və landşafta subyektiv münasibətini göstərərək, onu

təfəkkürün inikası hesab etmişdir.

Onun ideyasının qüvvətli tərəfi hadisələrin və obyektlərin qarşılıqlı əlaqələrinə böyük diqqət verməsində idi.

49

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!