30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Siyasi coğrafiya isə V.N.Tatişevə görə, böyük və kiçik kəndlərin, limanların, ölkələrin mülkiyyətini və

hakimiyyətini, onların inkişafını, başqa ölkələrə münasibətlərini, burada yaşayanların sənətini və əmək vərdişlərini,

adət-ənənələrini, hansı mənəviyyata malik olmalarını və necə dəyişmələrini öyrənməlidir.

Tatişevin kitabında ilk dəfə olaraq coğrafiya elminin çox orijinal təhlili verilir. O, coğrafiyanı 3 cəhətli, 3 tərəfli və 3

tərkibli təsvir edir.

I. Tədqiqatın miqyasına görə:

a) bütün planeti və ya onun quru və su hissələrini təsvir edən universal və baş hissə;

b) müxtəlif ölkələrin xüsusiyyətlərini öyrənən coğrafiya;

v) topoqrafiya və yaxud yerin kiçik hissələrini öyrənən coğrafiya

II. Keyfiyyət göstəricilərinə görə:

a) riyazi coğrafiya. Yer kürəsinin böyüklüyü, həmçinin onun dərəcə torunu və s. öyrənən coğrafiya;

b) Yerin fiziki xüsusiyyətlərini, yeni təbii coğrafi məsələlərini öyrənən coğrafiya;

v) əhalini, onun əmək vərdişlərini, adət və ənənələrini və gəlirlərini öyrənən siyasi coğrafiya.

III. Zaman dəyişikliklərinə görə:

a) qədim dünya coğrafiyası;

b) orta əsrlər coğrafiyası;

v) müasir coğrafiya.

Beləliklə, Vareniusdan fərqli olaraq, Tatişev tarixiliyi qəbul edir və onu öyrənməyi lazım bilir. Siyasi coğrafiyada o,

əhali coğrafiyası məsələlərinə, o cümlədən əhalinin təsərrüfatla əlaqəsi məsələlərinə böyük yer verir.

Alim coğrafi tədqiqatların aparılması üçün ekspedisiyaya gedənlərə kömək məqsədilə xüsusi proqramlar tərtib

etmişdir. Çox maraqlıdır ki, onun proqramında coğrafiya tarixində ilk dəfə olaraq ərazi və əmək bölgüsünə xüsusi

diqqət verilmiş, müxtəlif ərazilərin bu və ya digər istehsal sahələri üzrə ixtisaslaşmasını öyrənməyi irəli

sürülmüşdür.

Rusiya coğrafiyasının başında V.N.Tatişevlə yanaşı ensiklopedik biliklərə malik böyük istedad sahibi, Rusiyada

elmin təşkilatçısı, geoloq, fizik, kimyaçı, coğrafiyaçı, kartoqraf, filoloq və şair M.V.Lomonosov (1711-1765)

dururdu. Alimin fikrincə, coğrafiya geniş aləmi vahid şəkildə öyrənir. Onun bu fikri indiki ümumi coğrafiya

konsepsiyasına uyğun gəlir. Bu yerin varlığını bütövlükdə, kompleksli öyrənmək deməkdir. M.V.Lomonosov da

V.N.Tatişev kimi tarixiliyi əsas hesab edirdi. O, Yerin tarixi ilə cəmiyyətin tarixini sıx əlaqədə götürmüşdür. «Yerin

qatları haqqında» əsərində o, qeyd edir ki, Yer üzərində gördüyümüz nə varsa, hər şey – cisimlər, canlılar və bütün

aləm öz yarandığı dövrdə olduğu kimi qalmamış, onlarda çox böyük dəyişikliklər baş vermişdir.

İqtisadi coğrafiya terminini ilk dəfə M.V.Lomonosov işlətmişdir. O, iqtisadi coğrafiyaya aid bir sıra qiymətli əsərlər

yazmış, Rusiyada ilk iqtisadi coğrafi xəritələr və atlaslar tərtib etmişdir. Alim Rusiyanın öyrənilməsində ayrı-ayrı

inzibatı bölgüləri tədqiq etmək üçün xüsusi proqramlar hazırlamış, elmin və ali təhsilin yaradılmasının təşkilatçısı

olmuşdur.

O, uzun müddət imperator akademiyasının coğrafiya departamentinə rəhbərlik etmişdir. Onun göstərişi ilə bir neçə

coğrafi ekspedisiyalar Rusiya rayonlarına tədqiqata getmişdir. Beləliklə, M.V.Lomonosov Rusiya coğrafiyasının

inkişafına təkan vermişdir.

V.N.Tatişevin və M.V.Lomonosovun dövründə Rusiyada coğrafiya elmi dünya şöhrəti qazanmışdı. Sonralar onların

ardıcılları, elmi axtarışlarının davamçıları yarandı. Kamçatkanın tədqiqatçısı S.P.Kraşennikov, Orenburq

quberniyasını dərindən öyrənən P.İ.Rıçkov (1712-1777) və b. alimlər yetişdi. Rusiyada praktik coğrafiya inkişaf

etdiyi bir zamanda, Avropada coğrafiyanın nəzəri istiqaməti üstünlük təşkil edirdi.

3.6 Yeni dövrün coğrafiyası (XVIII əsrin ortasından – XIX əsrin ortasına qədər)

33

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!