30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

V.V.Dokuçayev Rusiyada baş verən 1891-ci il quraqlığını və məhsul qıtlığını izah etməyə yönəldən «Bizim çöllər

keçmişdə və hazırda» əsərində quraqlıq kimi bəlanın səbəbini iqlimin dəyişməsində deyil, insanların təbii mühiti

korlamalarında, meşələrin qırılmasında, insanın çölə mənfi təsirində görürdü. Hər şeydən əvvəl, çöllərə su çıxarmağı

və su ehtiyatlarını qorumağı vacib hesab edirdi. Bu məqsədlə də çayların axarını nizama salmağı, yarğanları,

qobuları ləğv etməyi, su ehtiyatlarını qorumağı, süni göllər yaratmağı, artezian quyuları qazmağı, meşə salmağı,

əkinçiliyi nizama salmağı, yeni şəraitə müvafiq aqrotexniki üsullardan istifadə etməyi və hər yerin təbiətinə müvafiq

mədəni bitkiləri seçməyi lazım bilirdi. O, hər sahənin xarakterini, 4-5 il ərzində onun fiziki və iqtisadi coğrafi

xüsusiyyətlərini kompleksliliyini öyrənməyi və bunun üçün ölkədə təcrübə stansiyaları şəbəkəsi yaratmağı təklif

edirdi.

V.V.Dokuçayev yeni torpaqların əmələgəlmə səbəbini canlı aləmlə cansız aləmin münasibətində görürdü. Yaradıcı

insanı bu münasibətlərin ən yüksək zirvəsi hesab edirdi. O, zonallıq qanununu kəşf etməklə torpaqşünaslığın əsası

sayılan yeni bir elmi-təbii qurşaqlar (zonalar) haqqında elm yaratdı. Bu daha çox coğrafiyaya aid məsələ idi.

Alim təbii zonanı təbiətin müxtəlif elementlərinin qanunauyğun və qarşılıqlı əlaqələrinin təzahür sahəsi kimi

müəyyən etmişdir. Əlaqələri öyrənmək, zonalıq daxilində təbii elementlərin və təbii hadisələrin qarşılıqlı

əlaqələrinin qanunauyğunluğunu açmaq deməkdir. Başqa sözlə, coğrafi zona mürəkkəb təbii kompleksdir.

Dokuçayev göstərirdi ki, torpaq bütün təbiətin güzgüsüdür. O, Yerin şimal yarımkürəsində hər birinin özünəməxsus

aqrotexniki təsərrüfat qaydaları, elmi təcrübə stansiyaları, xüsusi vəzifələri olan 5 təbii zonaya ayırmışdır. Hər zona

müxtəlif fiziki coğrafi, geoloji, tarixi həm də iqtisadi fərqlərə malikdir. Bu fərqləri dərindən və dəqiq öyrənmək

tələb olunur. V.V.Dokuçayevin zonalar haqqında söylədiyi fikirlər indi də öz əhəmiyyətini itirməmişdir. O yazırdı

ki, nəzərdən keçirilən təbii zonanın kənd təsərrüfatının istiqaməti, həmçinin təcrübə sahələrinin məqsədi və

vəzifələri, aqronomik məktəblər onun yerli şəraitinə – fiziki coğrafiyasına, tarixinə, etnoqrafiyasına və iqtisadiyyatın

ən xırda məsələlərinə uyğun kəskin zonal xarakter daşıyır.

V.V.Dokuçayev tərəfindən ayrılan və aşağıda göstərilən zonalar sadəcə təbii kompleksin təsviri deyil, o eyni

zamanda hər zonaya müvafiq əkinçiliyin ümumi qaydasının, bitkilərin məqsədyönlü yerləşdirilməsinin

qanunauyğunluğunun tapılması idi. Dünyanın əsas zonalarını (Şimal yarımkürəsində) Dokuçayev aşağıdakı kimi

müəyyənləşdirmişdi:

1. Şimal zonası (tundra, meşə-tundra). Burada torpaqlar, adətən bataqlıqdır az inkişaf etmişdir və turşdur. Bu

torpaqlardan kənd təsərrüfatında istifadə etmək üçün onların aerasiyası tələb olunur.

2. Meşə zonası (çimli, podzol, nisbətən kasıb torpaqlar). Belə torpaqlar yaxşı şumlanıb, lazımi kübrələrlə

təmin edildikdə məhsuldar olur. Bu zona əkinçiliyin aparılmasına görə minerallaşdırma zonası adlandırılmışdır.

Bu torpaqlardan səmərəli istifadə etmək üçün onu əhəng, fosfor, kalium, azot və s. ilə kübrələmək, mineral

tərkibini zənginləşdirmək lazımdır.

3. Qaratorpaq zona. Ölkənin əsas əkinçilik zonasıdır. Bu zonanın torpaqlarının çox zaman dənəvər strukturu

olmur. Bu torpaqlardan istifadə etmək üçün onların dənəvər strukturunu bərpa etmək lazımdır. Belə torpaqlar

olan zonaya fiziasiya zonası deyilir.

4. Süni suvarmaya ehtiyacı olan səhra və yarımsəhra torpaqlar. Dokuçayev bu zonanı «hidrasiya» zonası

adlandırır.

5. Qırmızı və ya laterit torpaqlı səhra və yarımsəhra zonası – günəşin mədəni bitkilərə intensiv təsir

göstərdiyi zona («heliasiya»).

Dokuçayev elmi fəaliyyətə təbiətçi kimi başlamışdır. O, təbiət vasitəsilə insan dünyasını dərk etmiş və insan

elementi onun yaradıcılığında getdikcə daha çox yer tutmuşdur. Sonralar o öyrəndiyi təbii aləmlə insan aləmini

birləşdirməyə çalışmışdır. Dokuçayev coğrafiyanın tədqiqat obyektini müəyyənləşdirmək məqsədilə landşaft

terminini «geomorfasiya» termini ilə əvəz etmişdir ki, bu da müasir «geosistem» termininə müvafiqdir.

Alim, coğrafiya elminin obyektini təyin edərək təbii zonalar haqqındakı təlimi irəli sürmüşdür. Təbii zonallıq istər

üfüqi, istərsə də hündürlük istiqamətində olub təbiətin bütün elementlərini əhatə edir. Quruda olduğu kimi okean və

dənizlərdə də təbii zonallıq qanunu qabarıq surətdə özünü büruzə verir. Zonaların daha dəqiq öyrənilməsi və burada

46

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!