30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Alim 20 il ərzində (1873-1893) «Yer və insanlar» adı altında «Ümumi coğrafiya» əsərini yazmışdır. 19 cilddən

ibarət olan bu əsərdə planetimizin tayı-bərabəri olmayan coğrafi təsviri verilmişdir. 1890-cı illərin sonunda yazdığı

«İnsan və Yer» adlı 6 cildlik yeni kitabında insanın qüdrətinə və istedadına, yaradıcılıq bacarığına böyük qiymət

vermiş, təbiətin bütün insanların xeyrinə şüurlu dəyişdirilməsi ideyasını əsas götürmüşdür.

Reklünün müxtəlif ölkələrdə çoxlu dostları və ardıcılları var idi. Rus alimləri L.İ.Meçnikov (1838-1888) və

P.A.Kropatkin (1842-1921) onun həmfikirlərindən idilər.

Rus demokratı və siyasi mühaciri L.İ.Meçnikov öz vətənində və sonralar isə xaricdə inqilabi fəaliyyətdə olmuşdur.

O, İtaliyada «Min Haribaldiçilər» dəstəsində vuruşmuş, İnternasionalın üzvü olmuş, Hertsen və Oqaryovun

«Kolokol» jurnalında əməkdaşlıq etmişdir. Bunlarla yanaşı, Meçnikov «Xalq üçün yerin təsviri» kitabın

müəlliflərindən biri olmuş, Reklünün «Yer və insanlar» kitablar külliyyatının yazılmasında da iştirak etmişdir. Onun

ən böyük əsəri «Sivilizasiya və böyük tarixi çaylar» kitabıdır. Bu kitab müəllifin ölümündən sonra Reklünün

redaktəsi altında və onun yazdığı girişlə nəşr olunmuşdur.

Meçnikov belə hesab edirdi ki, bəşər tarixi insanları əhatə edən mühitlə sıx əlaqədardır. Lakin ətraf mühit dedikdə,

o, ilkin təbiəti deyil, əvvəlki nəsillərin əməyi ilə dəyişilən təbiəti nəzərdə tuturdu. O, coğrafi fatalizmi rədd edib

göstərirdi ki, coğrafi fatalizm yalnız təbiətin insan cəmiyyətinə təsirini görür, insan fəaliyyətinin təbiətə təsirini isə

nəzərə almır, təbiətlə cəmiyyət arasındakı əlaqəyə səthi münasibət müxtəlif dini fanatik fikirlərin meydana

gəlməsinə səbəb olurdu. Meçnikov qeyd edirdi ki, bu sahədə daha dəqiq olmaq lazımdır.

Suvarma əkinçiliyinin inkişaf etdiyi Misir, Mesopotamiya və Hindistanın qədim «böyük çay sivilizasiyasından»

danışarkən, Meçnikov göstərirdi ki, bu böyük sivilizasiyaların çiçəklənməsinin səbəbi suvarma əkinçiliyinin

inkişafıdır. Suvarma əkinçiliyi çay sahilindəki torpaqları milyonlarla adamı ərzaqla təmin edən taxıl anbarına

çevirmişdir. Bu yerlərdə sərf olunan əmək insanı xeyli qaldırmış və təbiəti onun xeyrinə dəyişdirmişdir.

Əlbəttə, Reklü məktəbinin səhvləri də az deyildi, Meçnikovun əsərlərindəki, ziddiyyətlər bunu bir daha sübut edirdi.

Məsələn, Meçnikov bəşər tarixinin inkişafını sosial-iqtisadi formasiyaların qanunauyğunluqla bir-birini əvəz

etməsində deyil, təbii əsaslarda görürdü. O, bəşər tarixini çay, dəniz və okean sivilizasiyaları dövrünə bölürdü.

Bununla da o, iqtisadi formasiyaları, onlara məxsus məhsuldar qüvvələri və istehsal münasibətlərini

qiymətləndirmirdi.

Meçnikov belə hesab edirdi ki, insanlar könüllü və şüurlu olaraq birləşib təbiətlə mübarizə aparacaqlar. Tarixi

proseslər insanların könüllü əməkdaşlığı hesabına baş verəcəkdir. Bu fikir Reklü məktəbinə xas olub idealizmə

yaxın müddəalar ilə bağlı idi.

4.3 XIX əsrin ikinci yarısında coğrafi ideyaların inkişafı

XIX əsrin ikinci yarısında Rusiyada coğrafiya elminin ən görkəmli nümayəndəsi P.P.Semyonov-Tyanşanski

(1827-1914) idi. O, Almaniyada coğrafi təhsil almış, Humboltun və Ritterin tələbəsi olmuşdur. Parlaq istedadı, geniş

dünyagörüşü ona Rusiyada və Avropanın bir sıra ölkələrində böyük şöhrət qazandırmışdır. Əsrin ən mədəni

ziyalılarından olan Semyonov-Tyanşanski elmi fəaliyyətə Tyan-Şan dağ sisteminin fiziki-coğrafi cəhətdən əsaslı

surətdə öyrənilməsilə başlamışdır. Bu tədqiqata təbiətşünas kimi başlayan P.P.Semyonov-Tyanşanski diqqətini

sonralar tarix, tarixi coğrafiya, demoqrafiya, əhali coğrafiyası, iqtisadi coğrafiya məsələləri də cəlb etmişdir. Alimin

apardığı tədqiqatın dərinliyi və metodikası Tyan-Şan dağlarının çox yaxşı öyrənilməsinə yönəldilmişdir. O, Tyan-

Şan dağ sisteminin rayonlaşmasını aparıb, burada təbii mühitin tiplərini göstərmiş, xüsusilə hündürlük qurşaqlarını

təyin etmişdir, P.P.Semyonov-Tyanşanski bu tədqiqatı yüksək qiymətləndirilmiş və o zamankı Rusiya Coğrafiya

Cəmiyyətinin xüsusi qərarı ilə onun familiyasına Tyanşanski sözləri əlavə olunmuşdur. Tyanşanski 40 il rus

Coğrafiya Cəmiyyətinə rəhbərlik etmişdir.

Tyanşanskinin rəhbərliyi ilə Mərkəzi və Cənubi-Şərqi Asiyanı, Orta Asiyanı, Uzaq Şərqi öyrənmək üçün onlarla

ekspedisiyalar təşkil olunmuşdur. Tyanşanski bu ekspedisiyalara N.M.Prjevalski, Q.N.Potanin, M.V.Pevtsov,

A.L.Çekanovski, N.N.Mikloxo-Maklay, A.İ.Voyeykov, İ.V.Muşketov və s. kimi tədqiqatçıları, görkəmli alim və

səyyahları dəvət etmişdir.

Alim eyni zamanda uzun müddət ərzində Mərkəzi Statistika Komitəsinin direktoru olmuşdur. O, burada Rusiyanın

çoxcildli coğrafi statistika lüğətini hazırlayır və statistika idarəsinin geniş imkanlarından istifadə edərək Rusiya

iqtisadiyyatının statistik və coğrafi tədqiqi işlərinə başlayır. Rusiyada ilk dəfə olaraq elmi əsaslar üzərində qurulmuş

dəqiq iqtisadi rayonlaşma aparmışdır. Rusiya əhalisinin coğrafiyası, torpaq mülkiyyəti coğrafiyası və s. aid

çoxcildli, geniş məzmunlu əsərlər yazmışdır. Onun iqtisadi və sosioloji xarakterli əsərləri, bilavasitə iqtisadi coğrafi

42

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!