30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

1.3 Qərbi, Cənubi və Şərqi Asiyanın qədim xalqlarının coğrafi ideyaları

Misirlə yanaşı sivilizasiyanın qədim ocaqlarından biri də Dəclə və Fərat çayarası olmuşdur. Onun cənub

dəniz sahillərində şumerlər bir sıra şəhər-dövlət bina etmişlər. Şumerlərin coğrafi anlayışları haqqında

e.ə. XXV əsrdə gil lövhələrin üzərində çəkilmiş xəritədən aydın aydın görmək olar. Ən qədimi olan belə

xəritələrin birində Şimali Mesopotamiya kəndləri, çayları və dağları əks olunmuşdur. Digərində isə

Mesopotamiyanın ən böyük şəhəri olan Vavilyondan Yer Fərat çayının kəsdiyi yastı dairə formasında

göstərilmişdir. Fərat çayı dağlardan axır və özü də hər tərəfdən Yerlə əhatə olunmuş okeana tökülür.

Okeanın kənarlarında üçbucaq şəklində olan yeddi ada yerləşir.

E.ə. XIII-XII əsrlərdə Ön Asiyanın səhnəsində güclü Assuriya imperiyası görünməyə başlayır. Onların

hərbi yürüşlərini tərənnüm edən yazılarda Xəzər, Qara və Aralıq dənizlərini əhatə etdiyi ehtimal olunan

«Günəş batan dənizlər» təsvir olunurdu. Bu dənizlərin öz arasında birləşmələri haqqında hələ o zamanlar

yaranmış təsəvvürlər Yeni dövrə qədər gəlib çıxmışdır.

Assuriyalılar e.ə. 802 və 788-ci illərdə İran yaylasından köçərək Türkmənistan-Xorasan dağlarının cənub

yamaclarına Hərirud və Murqab çaylarına qədər gedib çıxmışlar. Məğlubiyyət bilməyən güclü Assuriya

çarlarının qoşunları hərbi yürüşlər zamanı Su riyanı, Fələstini, Finikiyanı və Kiçik Asiyanın şərq

hissələrini kəşf etmişdirlər.

E.ə. I-ci minillikdə Urmiya gölü tökülən Çiqatay çayı ətrafında qədim Azərbaycan dövləti olan Manna

yaranmışdır. Onun sərhədləri şərqdə Xəzər dənizinə şimalda Araz çayına qədər uzanırdı. Manna dövləti

Azərbaycan xalqının formalaşmasında müstəsna rol oynamışdır. Onun paytaxtı İzirtu (Zirta) şəhəri idi.

Manna dövlətinin qala şəhərləri, suvarılan əkinləri, üzümlükləri, bağları, geniş otlaqları, qoyun və at

sürüləri olmuşdur.

E.ə. IX əsrdə indiki Van gölü ətrafında paytaxtı Tuşpa şəhəri olan Urartu dövləti yaranmışdır. Urartulular

Kiçik Qafqazın şimal yamacları və Kolxida ovalığının cənub kənarı ilə hərəkət edərək, Kür çayının yuxarı

axınlarına çıxmışlar. Kars yaylası vasitəsilə Araz çayının orta axınına, oradan Zəngi (Razdan) çayı ilə

qalxaraq Göycə gölünə çıxmışlar. Zəifləyən və dövlətini itirən urartu tayfaları xarici təzyiqlər nəticəsində

Kiçik Qafqazı aşaraq Orta Kür vadisinə, bəziləri isə hətta Böyük Qafqazın ətəklərinə gedib çıxırlar.

Ehtimal olunur ki, məhz urartulular Böyük Qafqazı ilk kəşf edənlərdir.

E.ə. 2-ci minilliyin sonunda və 1-ci minilliyin əvvəllərində İran Azərbaycanı (Cənub Azərbaycan)

ərazisində paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri olan möhtəşəm və güclü Midiya dövləti yaranmışdır.

Özünün ən yüksək tərəqqisi dövründə Qızıl İrmak (müasir Türkiyə) çayından başlanmış Əfqanıstana,

Orta Asiya vadilərinə qədər böyük bir ərazini tutmuş və Astara ilə Qorqan arasında Xəzər dənizi

sahillərinə çıxmışlar. Nəticədə Elbrus bütün enlik boyu midiyalılara məlum olmuşdur. Təxminən e.ə. 590cı

illərdə ayrı-ayrı Midiya dəstələri Kür çayını keçmiş Xəzər sahili yoldan istifadə edərək Abşeronun

şimalına, Xəzər darvazasına (Dərbənd) qədər gedib çıxmışlar.

Qədim farslarda coğrafiyaya aid qiymətli mənbə Böhüstan yazıları hesab olunur. Bu kitabda çar Daranın

zəbt etdiyi geniş ölkələrdən, Qərbi Şərqlə birləşdirən karvan yollarından nağıl olunur. Adı çəkilən karvan

yolu qərbdə Vavilyondan başlayaraq şərqdə Çinə qədər gedib çıxırdı.

Farsların «Böyük İran» adlandırdıqları imperiya fars dilində danışan bütün əraziləri – Orta Asiyanın

cənubunu, Hindistanın şimal-qərbini, Qafqazın cənub ucqarlarını və Mesopotamiyanı əhatə edirdi.

Özəyini – mərkəzini müasir İran və Əfqanıstanın bir hissəsi təşkil edirdi. Qüdrətli dövlətin əsasını qoyan

II Böyük Kir Orta Asiyaya, Qafqaza soxulur. Qoşunu ilə Amu-Dərya vadilərini tutur, Pamir («Mitranın»

Çardağı) dağlıq ərazinin ətəklərinə qalxır.

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!