30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İngilis alimi Luis Qorfrey «Dədə Qorqud kitabı»nın ingiliscə tərcüməsində «Kitabın» məzmununda söylənilən

fikirlərə uyğun, onun fəaliyyət dairəsini əks etdirən xəritə düzəltmişdir. Alim bu xəritə ilə «Dədə Qorqudun»

məzmununu və tarixi dəlillər əsasında çox gərgin bir həqiqəti də göstərmişdir: bu ərazi hələ «Dədə Qorqud»dan min

il qabaqkı Türk imperiyasının torpaqlarına uyğun gəlirdi. Görünür ingilis alimi bizim tarixi heç də bizdən pis

bilmirdi.

Turan imperiyası, sonra Midiya dövləti süquta uğrasa da İşgit-Oğuz-Türk övladları Mərkəzi və Ön Asiya

torpaqlarında yenə də azad nəfəs alır, atlarını istədikləri səmtə çapırdılar. Oğuzlar bu torpaqları qorumaq, onu

genişləndirmək və s. məqsədlərlə Qara dəniz sahillərinə, Abxaziya elinədək gedib çıxırdılar. «Dədə Qorqud»

kitabında təsvir olunan, qələmə alınan hadisələrin baş verdiyi məkan – Gəncə, Şəmkir, Dərəşam, Göyçə, Qaradağ və

başqaları. Göstərilən dastan Azərbaycanın ərəb işğalı ərəfəsini və işğalın ilk illərində bu işğala qarşı türklərin

apardıqları mübarizələr dövrünü əhatə edirdi.

Azərbaycan haqqında daha zəngin və ardıcıl coğrafi məlumatlar orta əsrlərdə toplanmışdır. Ərəblər tərəfindən

istila edildikdən sonra Azərbaycan daha çox öyrənilməyə başlanır. IX əsrdən başlayaraq bir çox ərəb səyyahları

Azərbaycanı səyahət etmiş, ölkə haqqında zəngin məlumatlar toplamışlar. Onlardan Əbdülqasım İbn-Xardadbeh,

İbn-Rusta, Qüttəma-İbn-Cəfər, Əl-Məsudini (IX-XII əsrlər) və b. göstərmək olar.

X əsr səyyahı İbn-Xaukal «Dövlətin yolları» kitabında verdiyi xəritələrdə Xəzər dənizi və onun Azərbaycan

sahillərini dəqiq əks etdirmişdir. Kitabın xəritə və təsvirlərində Azərbaycan adları çox dəqiq, təhrifsiz verilmişdir.

Məşhur ərəb alimi İbn-Xardadbeh (820-912) də «Yollar və məmləkətlər haqqında» əsərində Azərbaycan

coğrafiyasına böyük yer ayırmışdır.

Əl-İstəxari 930-933-cü illərdə yazdığı «Məmləkətlərin yolları» kitabında Azərbaycan şəhərləri, onun dəniz

sahilləri, Qəbələ, Bərdə, Şamaxı və Şəki şəhərlərinə gedən yollar və s. haqqında məlumat vermişdir.

Əl-Məsudi (X əsr) Azərbaycan əhalisini, onun şəhərlərini, xüsusilə Gəncə, Şəki, və b. dəqiq təsvir etmişdir.

Ərəb islam mədəniyyətinin təsiri altında olan bir sıra qeyri ərəb ölkələrinin alim və səyyahları da Azərbaycan

haqqında qiymətli məlumatlar toplamışlar. Məsələn, məşhur Xarəzm alimi, riyaziyyatçı, astronom və coğrafiyaçı

Əl-Biruni (973-1051-ci illər) Şirvan, Bərdə, Dərbənd, Təbriz, Beyləqan, Bakı, Urmiya, Naxçıvan və s. onlarla

obyektlər haqqında bilgi vermişdir. O, bir sıra Azərbaycan şəhərlərinin dəqiq coğrafi koordinatlarını təyin etmiş, ilk

dəfə Xəzərin böyük göl olduğunu söyləmişdir.

Orta əsr azərbaycanlı alim və səyyahları da öz ölkələri barədə yığcam məlumatlar vermişlər. Şərqin məşhur

alimi, dövlət xadimi Nəsrəddin Tusi (1201-1274) riyaziyyatçı astronom olsa da, ətraf mühit haqqında da qiymətli

fikirlər söyləmişdir.

Coğrafiya elmində mühüm yer tutan məşhur Azərbaycan alimi Əbdürrəşad Bakuvi (XIV əsrin II yarısı – XV

əsrin I yarısı) Azərbaycana və bir sıra başqa ölkələrə səyahət etmiş, gördüyü yerlər haqqında gərəkli fikirlər

söyləmişdir. Ə.Bakuvinin yazdığı coğrafi əsərlərin əksəriyyəti itmişdir. Onlardan bizə ancaq «Əcib-Əl-Malik»,

«Əl-Kaxar» («Möhtəşəm padşahın möcüzələri və abidələri»), «Qalxiz -Al-Asar» kitabı və b. gəlib çatmışdır.

Sonuncu kitab dünya coğrafiyasına aid qiymətli əsərdir. Burada o dövrdə bütün Şərq ədəbiyyatında qəbul edilən

xüsusi rayonlaşdırmadan və bu tipli rayonlaşdırmanın dünyanın xüsusi iqlimlərə bölünməsilə aparılmasından geniş

bəhs olunur. Hər iqlimə daxil olan ölkələr, yerlər, şəhərlər haqqında coğrafi təsvirlər verilir, coğrafi şəraitin və

iqlimin insan həyatına təsiri məsələlərinə də toxunulur. Həmin kitabda Azərbaycan IV-V iqlim zonasına daxil

edilmiş və onun təbiəti, şəhərləri (Bakı və ətrafı, Bərdə, Dərbənd, Şirvan, Ərdəbil və s.) təsvir olunmuşdur. L.S.Berq

Xəzərə aid məruzələrinin birində Ə.Bakuvini Xəzərin əvəzedilməz tədqiqatçısı adlandırmışdır. O, nəinki

Azərbaycan və Xəzər haqqında, həmçinin bir sıra digər ölkələr barədə də qiymətli məlumatlar vermişdir.

XIII-XV əsrlərdə Azərbaycanın öyrənilməsində Marko Polo və digər Venesiya tacirlərinin rolu böyük

olmuşdur.

Marko Polo Azərbaycanı başdan-başa «şəhərlər və qalalar» ölkəsi adlandırmış və onun təsərrüfat sahələri,

ticarəti, sənətkarlığı və coğrafi yerləri haqqında geniş məlumat toplamışdır. O, dövrdə qiymətli ticarət malı hesab

olunan ipəyin Azərbaycanda geniş yayıldığını, onun emalının iri mərkəzləri inkişaf etdiyini göstərirdi. Polonun

səyahətnaməsində deyilirdi ki, burada şəhərlər, qalalar olduqca çoxdur; çoxlu ipək var. Burada ipək və zərxana,

parçalar toxunur; belə gözəl parçalara heç yerdə rast gəlməzsən. Hər şey burada boldur. Əhali ticarət və

sənətkarlıqla məşğul olur.

İtalyan-Venesiya tacirləri Azərbaycana su yolu: Qara-Azov dənizləri, Don-Volqa çayları və Xəzər dənizi ilə

gəlirdilər. Xəzər dənizi, Kür çayı və onun ağzında çoxlu balıq olması haqqında məlumatlar verilirdi.

Hələ orta əsrlərdə Yaxın və Orta şərqin ən böyük sənətkarlıq, ticarət və mədəniyyət mərkəzi olan qədim

Azərbaycan şəhəri Təbriz haqqında məlumatlar xüsusilə qiymətlidir. O zamanlardan Təbrizin əlverişli coğrafi

mövqeyi olduğuna görə buraya Hindistan, Bağdad, Mosul və b. yerlərdən müxtəlif mallar gətirilirdi və buradan isə

Avropaya çoxlu ipək aparılırdı. Beləliklə, Təbrizin Asiya-Avropa yollarının və ticarətinin əlaqələndiricisi rolunu

oynadığı aydın görünürdü. Elə tarixi İpək yolunun buradan keçməsi də deyilənləri təsdiqləyirdi.

69

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!