30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ərazi aspekti coğrafiya elmlərinin ana xəttini təşkil edir və bu elmin bütün sahələrini bir-birilə əlaqələndirir.

Hetnerin fikrincə, bu aspekt coğrafiyanı vahid elmə çevirir. Lakin o, səhvə də yol verirdi, belə ki, ərazi aspekti

coğrafiyanın vahid elmə çevrilməsinə deyil, onların birliyinə səbəb olur. Bir sözlə, Hetnerin vahid coğrafiyası

geosiyasətin təsirini daha da gücləndirir və onu daha çox sosial elmə çevirir, beləliklə də cəmiyyət təbiətdən təcrid

edilmiş şəkildə öyrənilirdi.

Bunu biz ABŞ coğrafiyaşünası İsay Baumanın (1878-1955) fəaliyyətində daha aydın görürük. O, coğrafiyaya

görkəmli fiziki çoğrafiyaçı, geomorfoloq, biocoğrafiyaçı kimi gəlmiş, And dağlarının Atakama səhrasının, Şimali

Amerika meşələrinin fiziki coğrafiyasını dərindən öyrənmişdir. Lakin Birinci Dünya müharibəsindən sonra siyasi və

sosial coğrafiya ilə məşğul olmuş, «Pioner sərhədləri», «Coğrafiyanın sosial münasibəti» və s. əsərlərini yazmışdır.

İ.Baumana görə, insan mütərəqqi yaradıcı və təcrübəçidir. Ən mühüm təcrübə insanın özüdür. O, dünyanı

dəyişdirdikcə özü də dəyişir.

İ.Bauman coğrafiyada təsvirçiliyin əleyhinə idi. O, hesab edirdi ki, coğrafiyanın vəzifəsi inkişaf prosesini

öyrənməkdir. Onun belə mütərəqqi fikirləri ilə yanaşı, ziddiyyətli fikirləri də var. O, ABŞ prezidenti Vilsonun yaxın

məsləhətçisi olmuş, 20 ildən artıq ABŞ-ın coğrafiya cəmiyyətinə rəhbərlik etmişdir.

İ. Baumanın müasirləri Harlan Barrouz (1877-1960) və Karl Zauer (1889-1975) kimi ABŞ-ın görkəmli fiziki

coğrafiyaçıları ilk dəfə insan ekologiyası məsələləri ilə məşğul olmuşlar. Bu məsələnin qoyuluşu ilə onlar

coğrafiyanın vəhdəti fikrinə əsaslanmış və İ.Bauman kimi coğrafiyanın vəzifəsini insan və təbiət arasındakı

qarşılıqlı əlaqələrin öyrənilməsində görmüşlər.

K. Zauer coğrafiyanın inkişafında çox böyük rol oynamışdır. O, «Landşaftın morfologiyası», «Mədəni

coğrafiya», «Mədəni bitkilərin mənşəyi», və s. kimi qiymətli əsərlər yazmışdır. O, elə hesab edirdi ki, coğrafiyanın

əsas vəzifələrindən biri də təbii landşaftların mədəni landşaftlara çevrilməsini öyrənməkdir. Alim coğrafiyada

tarixiliyə çox fikir verərək göstərir ki, yalnız keçmişi yaxşı öyrənməklə insanın landşaftlara təsiri prosesini başa

düşmək olar. K.Zauerin fikrincə, coğrafiyanın ən mühüm vəzifələrindən biri də insanın canlı və cansız aləmdən,

bütövlükdə mühitdən istifadə etmək vərdişlərini öyrənməkdir. Coğrafiya mövcud həyat tipləri, onların bir-birilə

əlaqəsi və bu əlaqələrdən yaranan mədəni areallarla maraqlanmalıdır. Əhalinin vərdişlərini öyrənməklə insanların

mədəni və təbii mühitlə münasibətlərini təyin etmək olar. O, coğrafiyada təbii mühitə ictimai həyat baxımından

yanaşmaqla ilk dəfə olaraq fiziki coğrafiyanı sosial istiqamətə yönəltmişdir.

Edvard Teyfomun rəhbərliyi ilə yazılan «Coğrafiya» kitabında coğrafiya sosial elm hesab edilir və göstərilir

ki, bu elm ərazilərin təşkili, həmin ərazilərdə olan şəhərlər, ətraf mühit və regional inkişaf, bizi əhatə edən mühitə

nəzarət və s. problemlərlə məşğul olmalıdır.

ABŞ-da nəşr edilən «Sahə təşkili coğrafiyasından dünyaya baxış» əsəri bir qrup alimlər tərəfindən yazılmışdır.

Bu əsərin ana xəttini sosial-coğrafiya təşkil edir.

Riçard Morilla (1934-cü ildə anadan olub) «Cəmiyyətin ərazi təşkili» kitabında coğrafiya aşağıdakı üç

baxımdan yanaşmışdır:

1. Ənənəvi regional baxım, yaxud məhəlli baxım;

2. Ekoloji, yəni ərazi ilə insanın qarşılıqlı münasibətinə baxım;

3. Bixevioristik, yəni insanın ərazidə davranışına baxım.

Bu baxımlar da coğrafiyanın əsas obyekti olmalıdır. O, coğrafiyanın vəzifəsinə sahə-məkan, ərazi

münasibətləri, sahədə-məkanda, ərazidə baş verən dəyişikliklər, fiziki sahənin tərkibi, insanların sahə vasitəsi ilə

əlaqələri, cəmiyyətin sahələr üzrə təşkili, sahə dəyişikliklərindən istifadə zamanı biliklərimiz və s. kimi məsələləri

daxil edir.

Bixeviorizm: insanın gündəlik həyat kütləvi rəftarından, yaxud kütləvi davranışından danışan ən yeni

metoddur.

Müasir amerikan, ingilis və isveçli bixeviorist coğrafiya ədəbiyyatında insanların məkanda kütləvi hərəkəti,

gündəlik miqrasiyası, piyada marşrutları, insanlar arasında informasiya mübadilələri, poçt göndərişlərinin məkan

analizləri, beynəlxalq telefon danışıqları və s. kimi problemlərdən bəhs olunur. Bixeviorizm bu və ya digər obyektin

sahədə yerləşməsi haqqında verilən qərarları təhlil edir. Bixeviorizmin meydana gəlməsində alman alimləri

V.Kristaller və A.Lyoşin da təsiri olmuşdur.

Son zamanlar bixeviorist coğrafiya və ekologiya ABŞ coğrafiyasında mühüm yer tutur. Bu cəhətdən əsrimizin

ən qiymətli kitablarından biri Piter Haqqetin (1933-cü ildə anadan olub) «Coğrafiya: müasir biliklərin sintezi»

əsəridir. Coğrafiyanın nəzəri əsasının daha dolğun verildiyi bu əsər insan ekologiyasına və bixeviorizmə istinad edir.

Müəllif müasir biliklərin coğrafi sintezinə, hazırda sürətlə yayılmaqda olan «sosial fizika» və «regional analiz»

məsələlərinə də geniş yer vermişdir.

50

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!