30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

olunmuş, ondan yuxarıda «Allahın səltənəti» yerləşmişdir. Yer səthinin şimal hissəsində konusabənzər yüksək təpə

var. Günəş bu təpənin ətrafında hərlənir, gecə-gündüz bir-birini əvəz edir.

K.İndikoplonun əsərinin müəyyən elmi əhəmiyyəti də var idi. Bu əsər o zamanlar Avropada, Ərəbistan dənizi

sahillərində yerləşən limanlar, Seylon, Hindistan, İran, Ərəbistan və Şərqi Afrikada aparılan ticarət haqqında yeganə

məlumat mənbəyi idi. Kosma bu ölkələri ya tacir kimi şəxsən gəzib görməsilə, ya da ki, sorğu-sual vasitəsilə əldə

etdiyi məlumatlar əsasında təsvir etmişdir. Ümumiyyətlə, bu dövrdə Avropa ölkələrində coğrafiya inkişafdan geri

qalmışdı.

2.1 Ərəb coğrafiyası

Avropa ölkələrindən fərqli olaraq ərəb ölkələrində, Yaxın Şərqin və Orta Asiyanın digər ölkələrində antik Yunan və

Roma coğrafiyasının irsi hifz edilib saxlanılır, onun ən yaxşı nümunələri ərəb dilinə tərcümə edilirdi. Ərəb

coğrafiyaçıları Eratosfenin, Aristotelin, Strabonun, Ptolemeyin və b. əsərlərindən istifadə edirdilər. Bu zaman Şərqin

feodal ölkələrində elm nisbətən daha çox inkişaf etmişdi. Çinlilər, ərəblər, farslar və Orta Asiya xalqları bir çox

dünya əhəmiyyətli diyarşünaslıq əsərləri yaratdılar, riyazi coğrafiya və xəritələr tərtibi işi xeyli inkişaf etdirilirdi.

Ərəbistan yarımadasında yaşayan ərəblər b.e. VII əsrindən başlayaraq islam dinini, ərəb dili və mədəniyyətini və

biliklərini böyük ərazilərdə sürətlə yaymağa girişirlər. Ərəblər Şimali Afrikanı, bütövlükdə Kiçik Asiyanı, Qafqazı,

İranı və Orta Asiyanı istila etdilər. Və beləliklə onlar Aralıq dənizini Hindistan və Çinlə birləşdirən bütün boğazları,

körfəzləri, bərələri və Böyük İpək yolunun qərb hissəsini ələ keçirirlər. Bunun sayəsində ərəblər Çinlə, Avropa və

Cənubi-Qərbi Asiya arasında aparılan ticarət şərikçisinə çevrilirlər.

Hind qozu ağacının gövdəsi və qabığından hazırlanmış yastıdibli və yelkənli yüngül ərəb qayıqları sahil dəniz və

körfəzlərdə şütüyürdülər. Ərəb tacirləri şimalda Rusiya, cənubi-şərqdə Malaya və hətta Mikroneziya adalarına qədər

gedib çıxmışlar. Mozambik sahillərinə qədər gələn ərəblər artıq musson küləklərindən məharətlə istifadə edərək

Hindistan sahillərinə qədər gedən dəniz yolunda bələdçilik edir və qızğın ticarətlə məşğul olurdular. Ərəblərin İran

körfəzindən Bağdada və yaxud Qırmızı dənizlə Süveyş bərzəxi və Aralıq dənizinə göndərdiyi əsas Asiya ticarət

malları – bahalı parçalar, fil dişi sümüyü, qiymətli daş-qaş, mirvari, qızıl, müxtəlif ədviyyat və qara qullar idi. Onlar

həmçinin şimalın xəz-dərisi və cənubun ədviyyatının qarşılıqlı alış-verişinə eyni dərəcədə maraqlı idilər.

Avropalıları ən çox Hindistandan gətirilən müxtəlif ədviyyatlar maraqlandırırdı. Belə ki, Avropada payızın son

aylarında otlaq mövsümü başa çatdıqdan sonra mal-qaranın kütləvi kəsilməsi və ətinin qışa hazırlanması əməliyyatı

aparılırdı. Duzlanmış ətin keyfiyyətini saxlamaq üçün ədviyyatdan geniş istifadə olunurdu. Və ona görə də Avropa

bazarlarında ədviyyat qızıla bərabər tutulurdu. Tropik bitki ədviyyatlar o zamanlar yalnız cənubi və cənub-şərqi

Asiyada yetişdirilirdi. Ticarətdə birinci yeri Asiyanın tropik bölgələrində yayılmış istiot ədviyyatı tuturdu. Onun

əkinləri ən çox Malabar (Qərbi Hindistanda) sahillərində yayılmışdır, oradan həmdə zəncəfil və hil ədviyyatları

göndərilirdi. İndoneziya mixək, muskat qozu, Şri-Lanka darçın yola salırdı. Və özü də Hindistanın Avropa ilə olan

ticarətini ərəblər inhisara götürmüşdülər.

Qədimdən sivilizasiya mərkəzləri olan geniş ərazilərin ərəblərin nəzarəti altına keçməsi ərəb coğrafiyasının

formalaşmasına güclü təkan vermişdir. Ərəblərin riyazi coğrafiya, xəritələşdirmə, diyarşünaslıq məlumatlarının

yüksək səviyyədə olması göstərirdi ki, onlarda coğrafi təfəkkür xristian dünyası ilə müqayisədə daha dərin

olmuşdur.

Ərəb xilafəti ölkələrində VIII-IX əsrlər mədəniyyətin və elmin görünməmiş çiçəklənməsi dövrü olmuşdur.

Xilafətin paytaxtı və ən böyük mədəniyyət mərkəzi olan Bağdada çoxlu var-dövlətlə yanaşı həm də müxtəlif

xalqların qiymətli kitab və əlyazmaları toplanırdı. Bağdadda elmin və mədəniyyətin mərkəzi olan Müdriklər evi

yaradılır, buraya çoxlu xarici ədəbiyyat toplanır və görkəmli alimlər dəvət olunurlar və həmçinin rəsədxanalar tikilir.

O dövrün böyük Orta Asiya alimi Əl-Xarəzmi Müdriklər evinə dəvət olunmuşdur. Onun əsərlərində ərəb

coğrafiyasında ilk dəfə olaraq astronomiya və coğrafiyanın qovşağında inkişaf edən riyazi-coğrafiyanın əsası

qoyulmuşdur. Bütün coğrafiya və astronomiya əsərlərində qısa nəzəri icmaldan sonra mütləq riyazi məlumatlar və

cədvəllər verilməli idi. Belə cədvəllərdə yeni kəşf olunmuş ölkələrin, şəhərlərin və digər coğrafi obyektlərin

koordinatları haqqında məlumatlar verilirdi.

15

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!