30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

geosiyasi və iqtisadi inkişaf xüsusiyyətləri nəzərə alınmaqla Respublikanın bir qrup alimləri – A.A.Nadirov,

B.Ə.Budaqov, A.K.Ələsgərov, M.A.Müseyibov, Ə.X.Nuriyev, S.K.Hüseynov, T.G.Həsənov 1995-ci ildə

Azərbaycanın təkmilləşdirilmiş 10 iqtisadi-coğrafi rayon şəbəkəsini təklif etdilər (şəkil 19). Elə həmin il Respublika

Təhsil Nazirliyinin coğrafiya Metodiki Şurası bu şəbəkənin tədrisdə istifadəsini tövsiyə etmişdir. Coğrafiya elminin

ayrı-ayrı sahələrinin inkişaf tarixi ətraflı şəkildə aşağıdakı bölmələrdə verilir.

6.2. Ümumi fiziki-coğrafiyanın inkişafı

6.2.1 Landşaftşünaslıq

Fiziki coğrafiya elminin mühüm sahələrindən biri olan landşaftşünaslıq Azərbaycanda əsasən 60-cı illərdən

inkişaf tapmağa başlamışdır. Aparılan tədqiqatlar müasir landşaft örtüyünün yaranması, tipləri, növləri, amilləri,

elementləri və qarşılıqlı əlaqələri, bu prosesdə yeni tektonik hərəkətlərin rolu, zaman və məkan daxilində

diferensiasiyası və s. öyrənilmişdir.

Sonrakı illərdə M.A.Müseyibovun landşaftşünaslığa aid apardığı tədqiqatlar tam yeni istiqamət aldı və

landşaftın ərazi diferensasiyasına, üfüqi və şaquli strukturuna, dinamikasına, ekologiyasına, antropogen

transformasiyasına dair yüksək elmi səviyyələrdə sayılan və monoqrafiyalarda əks olunan diqqətəlayiq nəticələrə

nail olundu. Bu tədqiqatlar Azərbaycan Respublikasının orta miqyaslı, zəngin məzmunlu landşaft xəritəsinin

tərtibinə imkan verdi.

M.Ə.Süleymanov, İ.S.Əliyevanın «Landşaftşünaslığın əsasları» (Bakı, 1998) dərs vəsaitini bu elmin son

illərinin təqdirəlayiq nailiyyəti hesab etmək olar.

Monoqrafik məzmunda yazılmış bu əsərdə landşaftşünaslığın nəzəri məsələləri, strukturu, dinamikası,

təkamülü, antropogen təsirin altında dəyişməsi və s. ilk dəfə azərbaycan dilində aydın və səlist şəkildə öz əksini

tapmışdır.

Azərbaycan fiziki coğrafiyasının və landşaftlarının öyrənilməsində prof. Q.K.Gülün, prof. N.K.Kərimovun,

akad. B.Ə.Budaqovun və prof. M.A.Müseyibovun böyük xidmətləri olmuşdur.

6.2.2 Paleocoğrafiya

Ölkə paleocoğraflarının qiymətli tədqiqatları nəzəri cəlb edir. Azərbaycan təbiətinin IV dövrdə dinamikası və

Xəzər dənizinin ən yeni geoloji tarixi üzrə bir sıra tədqiqatlar başa çatdırılmışdır. Bu tədqiqatların nəticəsində 1978ci

ildə çapdan çıxmış Azərbaycanın dördüncü dövr çöküntüləri xəritəsi Dövlət mükafatına layiq görülmüşdür.

Bundan başqa, Azərbaycanın IV dövr çöküntüləri, bu dövr çöküntülərinin öyrənilməsinə aid qiymətli tədqiqatlar

aparılmışdır.

Dördüncü dövrün tədqiqi ilə yanaşı, Azərbaycan paleocoğrafları ibtidai insanın ekologiyası, Cənubi Qafqaz

ərazisində Pliosenin xronologiyası və təbii şəraiti kimi problemlər üzrə diqqətəlayiq elmi nəticələr əldə etmişdir.

Azıx qədim Daş dövr düşərgəsi sakinlərinin ekologiyasının tədqiqi nəticəsində ən qədim mədəni təbəqələrin mütləq

yaşı müəyyənləşdirilmiş və həmin dövrün təbii şəraiti bərpa edilmişdir.

Paleocoğrafiya sahəsində qazanılmış nailiyyətlərdən biri də Pliosen iqlim optimumu dövründə Azərbaycan

ərazisində yaranmış təbii şəraitin bərpa edilməsidir. Gözlənilməz qlobal istiləşmənin bu və ya digər ölkənin təbii

şəraitinə necə təsir göstərəcəyini qabaqcadan müəyyənləşdirməkdə bu tədqiqatların böyük əhəmiyyəti vardır.

Azərbaycanın paleolandşaftının yaranması və son 13 mln. ildə onda baş verən dəyişiklikləri M.A.Müseyibov

özünün fundemental tədqiqatlarında ətraflı təhlil etmişdir. (M.A.Müseyibov «Azərbaycanın landşaftları», Bakı,

1981, rus dilində). Nəhayət, paleocoğrafi tədqiqatların ən görkəmli nailiyyəti 1992-ci ildə iki cildlik «Avrasiya

şelfləri Mezozoyda və Kaynazoyda» adlı paleocoğrafi atlasın nəşr olunmasıdır. Bu atlasda 129 xəritədən 19-u

bilavasitə Xəzər dənizinə həsr olunmuş və respublikamızın paleocoğrafları tərəfindən (Ə.V.Məmmədov,

İ.S.Həsənov, B.C.Ələsgərov) tərtib olunmuşdur. Bu xəritələr Xəzər dənizinin, onun regional və lokal tektonik

strukturlarının əmələ gəlməsi və inkişafı məsələlərinin araşdırılması, Xəzərin perspektivli neft-qaz ehtiyatlarının

aşkar edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Paleocoğrafiyaçı alimlərimizin Fransa alimləri ilə birgə apardıqları «Təbii mühitin ibtidai insan cəmiyyətinin

inkişafında rolu»na, Amerika alimlərilə «Yerin iqliminin inkişaf tarixi» problemlərinə dair tədqiqat işləri

diqqətəlayiqdir və beynəlxalq miqyasda onların tanınmasını göstərir.

Azərbaycanda paleocoğrafi tədqiqatlara respublika Dövlət mükafatı laureatı, prof. Ə.V.Məmmədov rəhbərlik

edir. Onun çalışdığı şöbə beynəlxalq əhəmiyyətli paleocoğrafiya işlərini davam etdirir.

6.2.3 Geomorfologiya elminin inkişafı

Azərbaycan coğraflarının ən sanballı işləri arasında geomorfoloji tədqiqatlar xüsusilə fərqlənirlər. Azərbaycan

EA-nın Coğrafiya İnstitutunda və Bakı Dövlət Universitetində uzun illərdir ki, Azərbaycanın geomorfoloji

77

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!