30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Belə ki, göstərilən sahənin coğrafi aspektlərinin ciddi tədqiq olunmasına böyük ehtiyac duyulur. Bu tələbat

ondan irəli gəlir ki, uzun illərdən bəri respublikamızın yeraltı və yerüstü sərvətləri intensiv istismar olunduğu halda,

keçmiş sosialist planlı təsərrüfatçılıq şəraitində, onun qorunmasına və geniş bərpasına zəif diqqət yetirilirdi. Bu

boşluğun doldurulmasında, problemin elmi əsaslarla öyrənilməsində 1969-cu ildə Azərbaycan EA Coğrafiya

İnstitutunda, təbiətimizin qorunmasında böyük xidmətləri olan akademik H.Ə.Əliyevin təşəbbüsü ilə «Təbiəti

mühafizə şöbəsi»nin yaradılması mühüm rol oynamışdır.

Ölkədə ətraf mühitin mühafizəsi ilə bağlı aşağıdakı istiqamətlərdə geniş elmi-tədqiqat işləri aparılmışdır: dağmədən

rayonlarında pozulmuş torpaqların rekultivasiyası, qırılan və quruyan meşə sahələrinin bərpası; meşə

ziyanvericilərinə qarşı mübarizə üsulları; sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrinin çirkləndirdikləri

torpaqların və atmosferin qorunması; su hövzələri və su anbarlarının mühafizəsi və s.. Aparılan bu tədqiqatlar

əsasında 1976-1980-ci illərdə Azərbaycanın meşə təsərrüfatının inkişafının baş sxemi və başqa layihələr

hazırlanmışdır.

Meşələrin bərpası işlərində yerli ağac növlərindən geniş istifadə olunmasının üstünlükləri müəyyən edilmişdir.

Qarayazıdan başlamış Xəzər dənizinədək uzanan Kürqırağı tuqay meşələrinin mühafizəsi və bərpasının ətraflı

öyrənilməsi (H.Ə.Əliyev, M.Y.Xəlilov, 1976) həyata keçirilmişdir. Meşəçilik sahəsində əldə olunan elmi

tədqiqatların və aparılan təcrübələrin nəticələrindən Qarayazı, İsmayıllı və Hirkan (Lənkəran) dövlət qoruqlarının

bərpası və inkişafında geniş istifadə edilmişdir. Meşə örtüyünün zərərverici həşəratlardan qorunması üzrə bioloji

üsullar hazırlanmışdır. (Ə.R.Əliyev, 1968). Azərbaycanın ilk dəfə olaraq meşə xəritəsi tərtib olunmuşdur

(N.Axundov, 1986). H.Ə.Əliyev və M.E.Salayevin rəhbərliyi altında Azərbaycan torpaqları, xüsusilə meşə

torpaqları, onların mühafizəsi və s. coğrafiyası ətraflı surətdə öyrənilmişdir. H.Ə.Əliyevin «Böyük Qafqazın şimalşərq

hissəsinin meşə və meşə-bozqır torpaqları» (1964), «Qəhvəyi meşə torpaqları» (1965), M.E.Salayevin «Kiçik

Qafqazın torpaqları» (1966), «Azərbaycan torpaqlarının diaqnostikası və təsnifləşdirilməsi» (1991) monoqrafiyaları

və b. çap edilmişdir.

Azərbaycan torpaqlarında baş verən eroziya prosesləri, xətti eroziya və onları yaradan təbii-antropogen amillər,

mübarizə tədbirləri ümumi və regional miqyasda ətraflı tədqiq edilmiş, zəngin elmi ədəbiyyat və xəritələr

yaradılmışdır (K.Ə.Ələkbərov, F.Ə.Hacıyev, Ə.M.Rüstəmov və b.). Daşkəsən və Gədəbəy bölgələrində dağ-mədən

tullantılarının aqrokimyəvi xüsusiyyətləri və mikroelementlərinin mexaniki tərkibi öyrənilmişdir. (K.R.Məmmədov,

1988). Müəyyən edilmişdir ki, bu rayonlarda torpaqların rekultivasiyasını aparmaqdan qabaq, onları əhənglə

qarışdırmaq lazımdır. Yalnız belə halda rekultivasiya olunmuş torpaqlarda bitki əmələ gəlir.

Mis mədənlərinin bərk tullantılarından və sularından mikrogübrə kimi üzüm bağlarında istifadə edilməsi, onun

məhsuldarlığını yüksəldir və yarpaqlarında əmələ gələn göbələk xəstəliklərini tamamilə yox edir.

1972-ci ildən başlayaraq Azərbaycanın 30-dan çox bölgəsində torpaq və şum qatlarında radioaktiv elementlərin

paylanma xəritə sxemi tərtib olunmuşdur ki, bunların da əhalinin sağlamlığının qorunması baxımından böyük

əhəmiyyəti vardır. (A.H.Niyazov, 1985,1988).

Ermənistan Respublikasının qonşuluğumuzda yerləşən Qafan, Qacaran, Aqarak, Dəstəkert mis-molibden

kombinatlarından Oxçuçaya və Araza axıdılan çirkli suları bu regionun ətraf mühitinə və kənd təsərrüfatı bitkilərinin

ekologiyasına mənfi təsir göstərir.

Həmin sularla suvarılan torpaqlarda ağır metalların həcmi həddən artıq olmuşdur (İ.Ə.Quliyev, 1990). Xəzər

dənizinin ekoloji şəraitinin gərgin vəziyyəti nəzərə alınaraq, onun öyrənilməsinin və mühafizəsinin təşkili həm

respublikamızın və həm də həmsərhəd ölkələrin daim diqqət mərkəzində durmalıdır. Bakı arxipelaqının dibində neft

və digər çirkləndirici maddələrin paylanması təsnifatı verilmişdir (Ə.Q.Gül, 1993), Azərbaycan sahil zonasına

axıdılan çirkab sularının miqdarı və tərkibi öyrənilmişdir (N.M.Ağalarova, 1992).

Alimlərimiz bütövlükdə Xəzər akvatoriyasında çirklənmənin tərkibi, Azərbaycan sahillərində isə yayılmasının

kəmiyyət və keyfiyyət tərkibini öyrənmiş və onların ilkin xəritələrini tərtib etmişlər. Xəzər dənizinin ekoloji

mühitinin qorunmasına həsr edilən fundamental əsərlərdən biri də A.Q.Kasumov «Xəzər gölünün ekologiyası»,

(Bakı, 1994, rus dilində) monoqrafiyasıdır. Burada Xəzərin bütövlükdə çirklənməsi, bioloji mühiti və onun

qorunması haqqında ətraflı biliklər verilir. Hazırda Xəzər üçün ən vacib problem onun sektorlara bölünməsini başa

çatdırmaq, onun mühafizəsini isə bütün sahil ölkələrilə birgə həyata keçirməkdir.

Hazırda Xəzərin neft-qaz ehtiyatlarından geniş istifadə edilməsi ilə əlaqədar olaraq, onun mühafizəsinin

beynəlxalq standartlar səviyyəsində təşkil edilməsi bu ölkələrin diqqət mərkəzində durmalıdır. Şəhərlərin sənaye

müəssisələrinin müxtəlif tullantılarla atmosferi və ətraf ərazilərin çirkləndirilməsi məsələləri Gəncə şəhəri

timsalında ətraflı öyrənilmişdir (İ.B.Xəlilov, 1991, Ş.İ.Məmmədova, 1996). Bu tədqiqatlar nəticəsində müəyyən

edilmişdir ki, Gəncə və onun ətraf ərazilərini ən çox alüminium zavodunun tullantıları çirkləndirir.

Azərbaycan Respublikasının müxtəlif regionlarında fəaliyyət göstərən istilik-elektrik stansiyalarının ətraf

mühitə təsiri məsələləri də tədqiq edilmişdir və səmərəli təkliflər verilmişdir (A.B.Mirzəyev, 1987).

88

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!