30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ütün landşaft da dəyişilər. Berq landşaftın iqlim şəraitinə təsirinin öyrənilməsinə daha çox yer vermişdir. Onun

«İqlim və həyat», «İqlimşünaslığın əsasları» kitabları buna sübutdur.

L.S.Berq landşaftların insan fəaliyyətinin bəzi növlərinə, xüsusilə kənd təsərrüfatı fəaliyyətinə təsirinin

öyrənilməsinə daha çox diqqət yetirmişdir. Lakin bu, o demək deyildir ki, Berq insanların təsərrüfat fəaliyyətini,

yaxud onların tarixini və sosial inkişafını landşaftın nəticəsi hesab edirdi. Berq və Borzov landşaft dəyişmələrini və

onların tarixiliyini xüsusilə qeyd etmişdir. Landşaft müəyyən vaxt ərzində dəyişir və insan fəaliyyəti ilə bu

dəyişmələrə təsir edir. İnsanın təsiri ilə landşaftda baş verən dəyişikliklər nəticəsində qrunt sularının vəziyyəti, bitki

örtüyünün tərkibi və sıxlığı, qar örtüyünün paylanması, relyef formaları dəyişir, eroziya və s. proseslər meydana

gəlir. Bu da öz növbəsində kənd təsərrüfatının ərazidən istifadə etməsinə böyük təsir göstərir. Berq və Borzov

landşaftların tarixin hansı mərhələsində əmələ gəlməsi, hansı dəyişmələri və s. məsələləri irəli sürərək

paleocoğrafiyanın əsasını qoymuşlar.

Landşaft geofizikası və ümumi lanşaftşünaslıq sahəsində D.L.Armand (1905-1977) böyük tədqiqat işləri

aparmışdır. Bu işlər öz əksini «Landşaftlar haqqında elm» kitabında tapmışdır.

Hazırda landşaftşünaslıq N.A.Solntsev, A.Q. İsaçenko, F.İ.Milkov, A.N.Qvozdetski və b. coqrafiyaçı alimlər

tərəfindən inkişaf etdirilməkdədir. F.N.Milkov, V.N.Ryabçikov və b. landşaftların potensial təbii ehtiyatlarının

öyrənilməsinə xüsusi fikir verirlər. Müasir landşaftşünaslığın həm antropogen, həm də təbii komplekslərin

müqayisəli öyrənilməsi praktiki cəhətdən çox əhəmiyyətlidir. Landşaftların ekoloji vəziyyətinin bərpası, onlardakı

təbii ehtiyatlardan və təbii şəraitdən səmərəli istifadə məsələlərinin öyrənilməsi ərazinin səmərəli planlaşdırılmasına

praktiki kömək edən məlumatlar verir.

Fiziki-coğrafi rayonlaşdırma və onun taksonomik vahidlərinin öyrənilməsi çox maraqlı və əhəmiyyətli

məsələlərdəndir. Bu məsələlərlə V.P.Semyenov-Tyanşanskiy, A.A.Qriqoryev, S.V.Kalesnik, Q.D.Rixter,

A.Q.İsaçenko, N.N.Mixaylov və b. məşğul olmuşdur.

Yuxarıda adları çəkilən alimlər öz tədqiqatlarında bu və ya digər dərəcədə fiziki coğrafi rayonlaşdırmaya və

onun taksonomik vahidlərinə dair təkliflər irəli sürmüşlər. Həmin alimlərin bir çoxu bu təkliflər içərisində

komplekslərin ən böyüyü olan quru və Dünya okeanını əhatə edən ilkin başlanğıcını coğrafi təbəqədən götürən fiziki

coğrafi komplekslərin taksonomik sistemini daha əsaslı hesab edirlər.

Göstərilən problemlər N.İ.Mixaylovun «Fiziki-coğrafi rayonlaşdırma», M., 1985 (rus dilində) dərsliyində geniş

izah edilmiş və fiziki-coğrafi rayonlaşdırmanın taksonomik vahidləri verilmişdir (şəkil 12). Hər bir halda dağ

rayonları üçün adətən özünün taksonomik sistemi təklif edilir.

Sovet coğrafiyasında Baranski – Kolosovski – Vitverin iqtisadi və sosial coğrafiya məktəbi dünyada öz

tədqiqatları ilə xeyli tanınmış və xalq təsərrüfatı sahələrinin inkişafına müsbət təsir göstərmişdir. Bu məktəbin

davamçıları ölkədə məhsuldar qüvvələrin yerləşməsinə, xalq təsərrüfatının ərazi təşkilinə və sahələr üzrə

planlaşmasına kömək edən çox qiymətli tədqiqatlar aparmış və aparmaqdadır.

Məhsuldar qüvvələrin ərazi sistemləri, iqtisadi rayonların təşkili və inkişafı, sənaye rayonları və sənaye

qovşaqları, kənd təsərrüfatı arealları və rayonları məskunlaşma sistemləri, nəqliyyat qovşaqları və iqtisadi əlaqələrin

və s. öyrənilməsi müvəffəqiyyətlə davam edir. İqtisadi və sosial coğrafiya ölkənin təbii ehtiyatlarından və təbii

şəraitindən məhsuldar qüvvələrin inkişafı üçün səmərəli istifadə, ekoloji tarazlığın saxlanması, ətraf mühitin

qorunması və s. problemlərin həllində fəal iştirak edir.

Baranski-Kolosovski-Vitver məktəbi üçün səciyyəvi cəhət tədqiqatların aparılmasında tarixilik və ərazilik

prinsipinə əməl edilməsidir. Bu məktəbin nümayəndələri iqtisadi rayonlara ictimai əmək bölgüsünün nəticəsi kimi

baxır, onların inkişafına ictimai istehsal üsulunun, müəyyən sosial-iqtisadi formasiyanın həlledici təsiri baxımından

yanaşırlar. Onlar öz tədqiqatlarında ərazi sistemlərinin mənşəyi və dinamikasını, bu sistemlərin daxili və xarici

əlaqələrini öyrənməyə üstünlük verirdilər.

N.N.Baranski (1881-1963) və onun şagirdləri iqtisadi və sosial coğrafi obyektlərin (şəhərlər, rayonlar, ölkələr)

öyrənilməsini, bu obyektlərin coğrafi mövqeyini, başqa obyektlərə münasibətini, iqtisadi coğrafi təsir dairələrini və

s. kimi məsələləri müəyyənləşdirməyi və onları sosial – iqtisadi xəritələrin tərtibi ilə başa çatdırmağı zəruri hesab

edirdilər.

Baranski-Kolosovski-Vitver məktəbi ərazi sosial-iqtisadi sistemlərini, onları əhatə edən coğrafi mühitlə üzvü

surətdə əlaqədə öyrənir. Təbii ehtiyatları və istehsalda istifadə edilən təbii prosesləri həmin sistemlərin madditexniki

bazasına daxil edirdilər. Baranski-Kolosovski-Vitver məktəbi həm də özünün konstruktivliyi ilə öyrənilən

sistemlərə onların inkişafı və perspektivliyi baxımından yanaşılması ilə fərqlənir. Bu məktəbin nümayəndələri

tərəfindən aparılan tədqiqatların əksəriyyəti istehsalın və əhalinin ərazi üzrə təşkili haqqında elmi surətdə

əsaslandırılmış təkliflər və dövlətin qəbul etdiyi qərarlarla nəticələnmişdir.

Görkəmli coğrafiyaçı N.N.Baranskinin 1924-cü ildə yazdığı «SSRİ-nin iqtisadi coğrafiyası» kitabı iqtisadi

coğrafiyanın inkişafında böyük əhəmiyyət kəsb etdi və 1926-cı ildən məktəblərdə dərslik kimi istifadə edildi. Həmin

kitab iqtisadi coğrafiyanın elmi əsaslarla yenidən qurulmasına və təkmilləşməsinə səbəb oldu. Baranski iqtisadi

62

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!