30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

coğrafiyanın inkişaf yolları və digər məsələləri tədqiq etməklə coğrafiya elminin inkişafında mühüm rol oynadı, O,

coğrafiyada biosfer, noosfer məfhumlarını elmi surətdə əsaslandırmışdır. Onun «Naturalistin düşüncələri», «Canlı

və cansız təbiətin məkanı», «Biosfer» və s. əsərlərində çoxlu qiymətli coğrafi fikirlər vardır.

Vernadskinin ardıcılı, coğrafiyada geokimya məktəbinin təşkilatçısı B.B.Polınov (1877-1952) olmuşdur.

B.B.Polınov elmdə ilk dəfə bərk süxurların aşınması nəticəsi kimi cansız aləmin ayrıca keçid dairəsinin olmasını

müəyyən etmişdir. Bu dairənin xüsusi qanunlarını, enerjisini, kimyəvi tərkibini öyrənmişdir. O, göstərmişdir ki,

litosferin yuxarı qatında baş verən aşınmalarda torpaq, su, hava və həyat amilləri bir-biriləri ilə sıx tamasda olurlar

və daim hərəkətdə olan materiya özünün müxtəlif formalarını yaradır. Polınov müxtəlif ölkələrdə və ya rayonlarda

aşınmanın torpaq əmələgətirmə prosesi ilə əlaqəsini müşahidə edib aydınlaşdırmış və litosfer nəzəriyyəsini kəşf

etmişdir. O da Vernadski kimi kəmiyyət metodundan istifadə etmiş, litosferin həcmini, ağırlığını, enerjisini, oradakı

elementlərin tərkibini, miqrasiyasını öyrənmişdir. Bunun nəticəsində o, coğrafiyada ilk dəfə landşaftların

geokimyası kimi çox əhəmiyyətli bir istiqaməti irəli sürmüşdür.

B.B.Polınova görə, landşaftlar müxtəlif dərəcəli fiziki-coğrafi hadisələrin və amillərin mürəkkəb genetik

əlaqələrindən yaranmış dəqiq geokimyəvi obyektdir. Landşaft bütöv coğrafi obyektin genetik əlaqələrini əks

etdirərək müvafiq süxurların aşınması sayəsində miqrasiya olunmuş kimyəvi elementlərin, yer qabığındakı

mineralların və yeraltı suların qarşılıqlı təsirindən yaranan birlikdir.

Geokimyəvi landşaftlarda üfüqi əlaqələrlə bərabər şaquli əlaqələrdə olur. Polınov bununla da coğrafiyada

kimyəvi elementlərin sahələr üzrə paylanmasından, onların miqrasiyası və coğrafi landşaftların kombinasiyalarından

bəhs edən elm yaratmışdır. Landşaftşünaslığın nəzəri və praktiki məsələlərinin öyrənilməsi, landşaft elementlərinin

tədqiqi, təbii sistemlər və onların təsnifatı sahəsindəki elmi yaradıcılıq fəaliyyəti coğrafiyanın inkişafına güclü təkan

vermişdir.

Coğrafiyanın inkişafında biocoğrafiya məktəbinin xidmətlərini qeyd etmək lazımdır. Öz başlanğıcını

Dokuçayev məktəbindən götürmüş biocoğrafiyanın baniləri N.İ.Vavilov, V.N.Sukaçev və V.B.Soçava olmuşdur.

V.N.Sukaçev (1880-1957) öz-özünə dəyişən, yaxud insan tərəfindən dəyişdirilən dünyanın bitki sistemlərinin

inkişafını öyrənmişdir. O, fitosenozun təbii mühitlə dialektik əlaqəsini və onun ətraf mühitə təsirini göstərmiş,

fitosenozları öyrənməklə biosenoz son isə biogeosenoz ideyasını irəli sürmüşdür. Sukaçeva görə biogeosenoz

biosenozun, onu əhatə edən və topoqrafik cəhətdən ona uyğun olan başqa təbii komponentlərin birliyindən ibarətdir.

Alim biogeosenozu landşafta oxşatmağa baxmayaraq onların fərqini göstərmiş və qeyd etmişdir ki, landşaft fizikicoğrafi

rayonlaşma kateqoriyasıdır. Bundan fərqli olaraq biogeosenoz tipləri müəyyənləşdirilərək konkret

biogeosenozların uzaqlığı və yaxınlığı nəzərə alınmır.

Biogeosenoza hərəkət verən qüvvə, yəni onun öz-özünə inkişafına səbəb olan amil, onun komponentlərinin

daxili ziddiyyətləri və qarşılıqlı fəaliyyətidir. «Bioloji birliklərin inkişafında durğunluq olmalıdır» – deyən bəzi

alimlərin fikrini tənqid edərək o, biologiyada daimi hərəkət və inkişaf olmasını əsas götürür. V.N.Sukaçev

biogeosenozun insanların xeyri üçün idarə edilməsi problemlərini irəli sürmüşdür. O, «Bitki birlikləri», «Meşə

tiplərini öyrənməyə dair tövsiyələr», «Meşə biogeosenologiyasının əsasları» və s. kimi qiymətli kitabların

müəllifidir.

V.N.Sukaçevin davamçısı, müasir coğrafi problemlərin və nəzəri məsələlərin həllini praktiki surətdə həyata

keçirən V.B.Soçava (1905-1978) ömrünün çox hissəsini Sibir coğrafiyasının tədqiqinə həsr etmiş, bu məqsədlə

burada bir neçə elmi mərkəz yaratmış, geniş ekspedisiya tədqiqatları aparmışdır. V.B.Soçavanın fikrincə,

coğrafiyanın ümumi vəzifəsi coğrafi mühitin strukturunu və dinamikasını öyrənməkdir. O, coğrafiyanın vəzifəsinə

kompleks tədqiqatlar aparmağı da daxil etmiş, təbii mühitin insanlar tərəfindən istifadə olunması yollarının axtarılıb

tapılmasını, müxtəlif təbii komplekslərin elmi əsaslar üzrə öyrənilməsi problemlərini irəli sürmüşdür.

Biocoğrafiya məktəbinin ən görkəmli nümayəndələrindən biri də akademik N.İ.Vavilov (1887-1943) idi.

Mədəni bitkilər və bitki resursları coğrafiyası elmi məktəbinin banisi N.İ.Vavilov hələ 1926-cı ildə İrana, Pamirə,

ABŞ-a, Qərbi Avropaya, Əfqanıstana və Xorəzmə elmi səyahətə çıxmış, topladığı zəngin materiallar əsasında

mədəni bitki mərkəzlərinə aid nəzəriyyələr irəli sürmüşdür. O, səyahətlər zamanı topladığı bitki nümunələri əsasında

qiymətli və zəngin herbari fondu yaratmışdır.

Sonrakı illər N.İ.Vavilov Aralıq dənizi sahili ölkələrinə, Daxili Afrika ölkələrinə, Çinə, Yaponiyaya, Tayvana,

Koreyaya, Mərkəzi, Şimali və Cənubi Amerika ölkələrinə ekspedisiyalara çıxmış, həmçinin MDB-nin müxtəlif

rayonlarını öyrənmişdir. O, 52 ölkədə apardığı ekspedisiyalardan 160 min bitki növü nümunələrini, o cümlədən 28

min taxıl bitkisi növlərinin nümunələrini gətirmişdir.

Alim ekspedisiyada olduğu ölkələrin və rayonların coğrafiyasını dərindən öyrənmiş və orada mədəni bitkilərin

yerləşməsini və yayılmasını coğrafi cəhətdən dərin tədqiq etmiş, eyni zamanda bütün bu ölkələrdən gətirilmiş

toxumların fondunu yaratmışdır. O, dünyanın 5 qitəsindən 200 min toxum növü yığmışdır.

Sankt-Peterburqun ən çətin dövrlərində belə bir toxumlar mühafizə edilmiş və xeyli artırılmışdır. İndi toxum

fondunda 270 minə qədər müxtəlif bitki toxumları saxlanır. Bunlardan bəziləri artıq yer üzərində yoxdur. Yalnız

son illərdə bu toxumlardan istifadə edilərək 900 yeni mədəni bitki növü yaradılmışdır. Vavilov həm də vətəninin ən

60

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!