30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

təsərrüfatı istehsalını artırmaq, şəhərətrafı təsərrüfat yaratmaq və yeni güclü ərzaq bazası təşkil etmək üçün dövlət

səviyyəsində Samur-Dəvəçi kanalının çəkilməsi məsələsi qaldırıldı. Kanalın çəkilməsi, onun suyundan Bakı sənaye

rayonunun şəhəryanı kənd təsərrüfatını su ilə təmin etmək probleminin həlli üçün iqtisadi-texniki əsaslandırmalar

lazım idi. Bu işin aparılmasında coğrafiyaçılar da fəal iştirak etdilər.

Aparılan tədqiqatlar Bakının su təchizatının yaxşılaşması və şəhəryanı təsərrüfatın yaradılması işlərinin həyata

keçirilməsinə xeyli kömək etdi. Bu tədqiqatlar əsasında coğrafiyaçı H.B.Əliyev 1935-ci ildə «Bakıətrafı təsərrüfatın

inkişafının iqtisadi-coğrafi problemləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etdi. Bu, Azərbaycanda

iqtisadi-coğrafiya üzrə yazılmış ilk dissertasiya idi.

30-cu illərin ikinci yarısından başlayaraq respublikada quruculuq işlərinin həcmi xeyli genişlənir, yeni sənaye

və kənd təsərrüfatı mərkəzləri yaranırdı. Respublikanın ərazisində yeni neft və qaz yataqları aşkar edilir, suvarma

şəbəkələri yaradılır və min hektarlarla xam torpaqlar mənimsənilirdi. Bütün bunlar respublika ərazisində geniş

fiziki və iqtisadi coğrafiya tədqiqatlar aparmağı tələb edirdi. Lakin belə böyük həcmli tədqiqat aparmaq üçün

ölkənin elmi-tədqiqat mərkəzləri yox idi. Respublikada elmi mərkəzlərin yaradılmasına və bu mərkəzlərdə işləmək

üçün coğrafiya ixtisası üzrə ali təhsilli mütəxəssislər hazırlanmasına ehtiyac duyulurdu.

Həyatın tələbatına cavab olaraq 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ilk coğrafiya fakültəsi

açıldı. Bu fakültəyə coğrafiya elmləri namizədi H.B.Əliyev rəhbərlik edirdi. O, fakültənin iqtisadi-coğrafiya tədrisi

problemlərini, Kazan Universitetinin yetirməsi N.Xelfin isə fiziki-coğrafiya tədrisi məsələlərini həll edirdi.

İnstitutun iqtisadi və fiziki coğrafiya kafedraları ilk tədqiqat mərkəzlərinə çevrilmişdi. Çox keçmədi ki, ali

məktəblər üçün ana dilində ilk tədris vasitələri hazırlanmağa başlandı, ilk elmi məqalələr nəşr edildi.

Beləliklə, respublikada daha yüksək tipli tədqiqat mərkəzləri yaratmaq üçün xeyli mütəxəssis yetişdirildi.

Onlardan professor: N.Kərimovu, H.Sadıxlını; dosent: O.Osmanovu, S.Şükürovu, M.Zülfüqarovu, İ.İbrahimbəylini,

İ.Osmanovu və b. alimləri göstərmək olar.

1937-ci ildə SSRİ EA-nın Azərbaycan filialının nəzdində coğrafiya bölməsi yarandı. Bu bölmənin təşkili ilə

respublikada elmi-tədqiqat mərkəzi meydana gəldi. Bölmənin nəzdində ümumi fiziki coğrafiya, xəritəşünaslıq,

iqlimşünaslıq və hidrologiya şöbələri var idi.

1939-cu ildə Azərbaycanda coğrafların ilk ictimai təşkilatı olan Azərbaycan Coğrafiya Cəmiyyəti yarandı.

Onun ilk sədri İ.Fiqurovski seçilmişdi. 1990-cı ildən onun prezidenti akad. B.Ə.Budaqov seçilmişdir. Yeni yaranmış

cəmiyyət bütün coğrafiyaçı qüvvələri öz ətrafına toplamış, respublikada coğrafi biliklərin yayılması və s.

məsələlərilə məşğul olmuşdur. Cəmiyyət coğrafi tədqiqatların aparılması, tarixi-coğrafi gecələrin keçirilməsi, dünya,

sovet və Azərbaycan coğraflarının yubileylərinin təşkili, orijinal elmi-tədqiqat işlərinin nəticələri və nəşr edilmiş

kitabların müzakirəsinin təşkili ilə məşğul olmuşdur.

Hazırda Azərbaycan Coğrafiya Cəmiyyətində 8 bölmə vardır: 1. Fiziki coğrafiya; 2. İqtisadi coğrafiya; 3.

Məktəb coğrafiyası; 4. Xəzər dənizi; 5. Hidrometeorologiya; 6. Xəritəçilik; 7. Təbiəti mühafizə; 8. Tibbi

coğrafiya. Cəmiyyətin Bakı, Gəncə, Naxçıvan, Şəki və s. şəhərlərdə şöbələri var. Onun 1300-ə qədər üzvü əsasən

elmi işçilər, müəllimlər və ali məktəblərin yuxarı kurs tələbələrindən ibarətdir.

1943-cü ildən Azərbaycan Dövlət Universitetində fəaliyyətə başlayan geologiya-coğrafiya fakültəsi nəzdində

1944-cü ildə coğrafiya şöbəsi açıldı, nəhayət bu şöbə 1991-ci ildə ilk müstəqil coğrafiya fakültəsinə çevrildi. Onun

birinci dekanı dos. V.Ə.Əfəndiyev olmuşdur. 1999-cu ildən prof. M.A.Müseyibov seçilmişdir.

1948-ci ildə fakültənin ümumi coğrafiya kafedrası əsasında fiziki və iqtisadi coğrafiya kafedraları təşkil

olunur. Daha sonra 1960-cı ildə SSRİ-nin İqtisadi coğrafiyası, Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası

kafedraları müstəqil fəaliyyətə başlayırlar.

1945-ci ildə Azərbaycan EA nəzdindəki coğrafiya bölməsi Akademiyanın Coğrafiya İnstitutuna çevrildi və

orada fiziki, iqtisadi coğrafiya və xəritəçilik şöbələri təşkil edildi. İnstitutun elə ilk illərindən başlayaraq elmitədqiqat

planına respublikanın coğrafiyası, Xəzər dənizi səviyyəsinin tərəddüdü, ölkənin iqtisadi rayonlaşdırılması

və sonralar isə daha iri həcmli problemlərin həlli daxil edilmişdir.

Təxminən 50 ildən artıq bir müddət ərzində fəaliyyət göstərən Azərbaycan EA Coğrafiya İnstitutu kiçik

kollektivdən iri elmi mərkəzlərindən birinə çevrilmişdir. Coğrafiya institutunun direktoru vəzifəsini Azərbaycanın

görkəmli alimləri – H.B.Əliyev, Ə.A.Mədətzadə, Ə.M.Şıxlinski, Q.G.Gül, S.H.Rüstəmov, H.Ə.Əliyev yerinə

yetirmişlər. Uzun illərdən bəri bu vəzifəni akademik B.Ə.Budaqov icra edir. İnstitutun digər aparıcı elmi

kadrlarından B.A.Antonovu, V.Q.Zavriyevi, Ş.C.Əliyevi, N.Ş.Şirinovu, Ə.C.Əyyubovu, B.T.Nəzirovanı, Ə.V.

Məmmədovu və b. göstərmək olar.

Zaman keçdikcə təsərrüfat sahələrinin, elm və texnikanın inkişafı coğrafiya elmində fundamental istiqamətləri

dövrün tələbləri səviyyəsinə qaldırdı. Uzun illər coğrafiyada hökm sürən sadə təsvir üsulundan tədricən fundamental

və konstruktiv elmi təhlil səviyyəsinə keçid başlandı.

Belə keyfiyyətli keçidi akademiya səviyyəli coğrafiya institutu təmin edə bilərdi. Respublikamızda yeni

yaradılan Coğrafiya İnstitutu bütöv təbiətin və sosial-iqtisadi həyatın kompleks coğrafi mənzərəsini ardıcıl şəkildə

öyrənən bir qərargaha çevrildi.

75

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!