19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

meydana gəlir. Hz. Əli oğlunu öldürdüyünü bilib peşman olur.

O gündən bəri həmin yer pir olaraq ziyarət edilir.

Bu əfsanədən bəlli olur ki, adamlar Komrat sözünün mənasını

unutduqlarından onu belə yozmuşlar. Kırımda, Türküstanda,

xüsusən də qaraqalpaqların yaşadığı bölgədə də Komrad

toponimi geniş yayılmışdır. Bu mövzuda özbək və qaraqalpaq

araşdırıcılarının maraqlı məqalələri çap olunmuşdur.

Baş Daşağıl kəndi yaxınlığındakı və bölgədəki xristian abidələri

dağıdıldığından yazılı qaynaqlar, qəbir daşları tapa bilmədik.

Buradakı əski xristian qəbir daşlarında adlar xristian

adları, soyadlar türk adları olsa, qaqauzlarla bağlılıq artardı.

Bölgənin yaşlı sakinləri isə 20-ci yüzilin başlarında Otmannı

kəndində və başqa kəndlərdə yaşayan xristianların qonşu xristian

kəndlərdən fərqli olaraq, türkcə danışdıqlarını xatırlayırlar.

Bölgədə xristian türklərinin yaşadığı haqda qaynaqlarda da

maraqlı bilgilər var. Nə yazıq ki, bunlar geniş araşdırmaya cəlb

edilməmişdir. Əmir Teymurun Qafqaza yürüşündən bəhs edən

bir qaynaqdan parçaları Aydın Məmmədov dilimizə çevirmişdir.

Ərəbcə yazılmış və farscaya çevrilmiş bu qaynağın yazarı

İbn Ərəbşahdır. Aydın Məmmədova görə, Əmir Teymur Şamı

aldıqda özü ilə Səmərqəndə apardığı adamlar arasında yeniyetmə

İbn Ərəbşah da olub və o, Əmir Teymurun ordusu ilə

birlikdə Şəkiyə gəlib. Salnaməsində də gördüyü hadisələri təsvir

edib. Bir neçə qaynağı qarşılaşdıran Aydın Məmmədov

“Əcaibül-məqdur fi nəvaib Timur” əsərindəki Şəkiyə dair naməlum

bəhslər (Gələsən-Görəsən qalasında və ətrafında 1403cü

ildə baş vermiş hadisələr barədə məlumatlar)” məqaləsində

yazır: “Şirvanşah Şeyx İbrahimin dililə yerli əhali gürcü yox,

tatar adlanır. Bu zaman bizim üçün aydınlaşır ki, hekayələrdəki

(İbn Ərəbşahın salnaməsindəki hadisələrin təsviri nəzərdə

tutulur-Ə.Ş.) gürcü sözləri millət yox, hümmət və məzhəb,

108

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!