19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

dova Yazıçılar İttifaqı Qaqauz Ədəbiyyatı şöbəsinin də başçısı

olmuşdur. Onun elmi araşdırmaları qaqauzşünaslığın inkişafına

təkan vermişdir. O, ilk dəfə qaqauzların doğum, toy, ölüm

adətləri haqqında sanballı araşdırmalar aparmış və maraqlı

nəticələr əldə etmişdir. Topladığı etnoqrafik materiallardan bu

qənaətə gəlmişdir ki, qaqauzlar yüz illər boyu xristian dininə

inanmalarına, dinin qaydalarına əməl etmələrinə baxmayaraq

xiristianlıqdan öncəki inanclarının izlərini də qoruyub saxlamışlar.

Bu da qaqauzların əski çağlarda türklərlə eyni inanca

sahib olduğunu göstərir.

1989-cu ildə Kişinyovda İ.V.Dronla birlikdə çap etdirdikləri

“Современная гагаузская топонимия и антропонимия” kitabı

təkcə qaqauzlar arasında deyil, bolqarlar, rumınlar, moldavlar,

ukraynalılar arasında da böyük ək-səda doğurmuşdur. Faktlara

dayanan müəlliflər elmi dəlillərlə göstərmişlər ki, qaqauzların

soy adlarının böyük əksəriyyəti və bölgədəki toponimlərin əksəriyyəti

türk kökənlidir. Maraqlı burası idi ki, bu fikri müdafiə

edən müəlliflərdən biri- İ.V.Dron milliyyətcə qaqauz deyil.

S.Kuroğlu ilə Azərbaycanda da, Moldovada da görüşmüşdük.

Maraqlı və mübahisəli söhbətlərimiz də olmuşdu. O, yalnız

özünü düşünən, özünü təbliğ etməyi sevən birisi deyildi.

Bir dəfə mənə zəng vuraraq Türkmənistanda keçiriləcək simpozyuma

Qaqauz Yeri Muxtar Vilayətinin keçmiş prezidenti

Dmitri Kroytorun da qonaq sifətilə dəvət edilməsinin lazım

olduğunu söylədi.

Biz Aşqabatda simpozyum günlərində görüşdük. S.Kuroğlu

məruzəsini oxumaq, gəzib dolanmaqla işini bitmiş hesab etmirdi.

Dmitri Kroytorun Türkmənistan radio və televiziyasında

çıxışına, qəzet və jurnallara müsahibə verməsinə, rəsmi şəxslərlər

və iş adamları ilə görüşünə nail olmağa çalışırdı. Açıq

aşkar görünürdü ki, elm adamı, şair olmaqla yanaşı, xalq dip-

150

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!