19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Meni ariv görgen son - Məni gözəl görgünən sən.

Börküm nege sanaysan? - Börkümə nə baxarsın?

İl quraqlıq gələndə, yağış yağmayanda insanların bir yerə

toplaşaraq müsəllaya çıxmalarına, Tanrıdan yağış istəmələri

mərasıminə qumuqlar Zemire deyirlər. Zemire mərasiminə qadınlar

qızlar da qatılır və mərasimlə bağlı nəğmələr oxunur.

Qumuqlarda, eləcə də bir çox türk xalqlarında janr kimi

göstərilən yır, jır, cır, çır qədim türklərdə şeirə, nəzmə verilən

ümumi ad olmuşdur. Bu günün özündə də İran İslam Respublikasının

mərkəzi vilayətlərindən olan Əraq ostanında yaşayan

Savə türkləri şeirə yır, şeir söyləyənə yırçı deyirlər (Şamil Əli,

2000:98).

Qumuqlarda yırlar bir neçə misradan başlayaraq bir neçə yüz

misrayadək uzana bilir. Mövzusunda isə məhdudiyyət yoxdur.

Qumuq folklorçularının “Minküllünü yırı”, “Anjili qız”ı

igidlik eposu, “Abdullanı yırı”, “İşayının yırı”, “Zoruşnu yırı”,

“Eldaruşnu yırı”, “Akmurzanı ve Bekmurzanı yırı”, “Ayqazini

yırı”, “Torkalili Tonay biyii yırı”nı igidlik-tarixi yırları, “Soltanmutnu

yırı”, “İslam batırın ve Soltanmutnu yırı”nı (Türkiye

dışındakı...,2002:50, 20-ci cild, Kumık xalkı..., 2002) və sairəni

tarixi yırlar kimi təqdim etsələr də, xalq tərəfindən sevilə-sevilə

oxunur və onlarca yeni-yeni əlavələr, dəyişikliklər də edilir.

Əsarət altında olan xalqların işğalçılar əleyhinə yaratdıqları

bədii əsərlərin ifası, yazıya alınması və nəşri yasaq olsa da,

insanlar həmişə belə əsərləri sevmiş, gizlində olsa da ifa etmiş,

soydan-nəslə ötürərək yaşatmışlar. Nəhəng Rusiya dövlətinə

qarşı 20 ildən artıq döyüşmüş Şeyx Şamil haqqında qumuqların

yaratdıqları və yaşatdıqları “Şamil yırı” da başucalığı ilə

söylənmiş folklor nümunələrindəndir. Yırda deyilir:

Terekleni bulay başın quvartqan,

-Ağaclar belə başını sallamış,

299

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!