19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

nəslinin gəlməsini şərtləndirirdi. Otuzuncu illərdə qumuq türkcəsində

“Yanqı kumuk adabiyatnı ösümleri” (1932), „Çiçekler“

adlı ədəbiyyat topluları, eləcə də A.Mahammadovun,

N.Xanmurzayevin, A.Suleymanovun, A.Başirovun, Y.Qereyevin,

Atqay, A.Hasıyevin müxtəlif kitabları, Vahit Dadımovun,

A.Latip (Latip Mollayev) və b. əsərləri nəşr olunmuşdur.

1920-30-cu illərdə vətəndaş savaşından, kolxoz quruculuğundan,

dinə qarşı mübarizədən yazan qumuq yazıçı və şairləri

İkinci Dünya Savaşının başlanması ilə savaş mövzusunu önə

çəkirlər. Alimpaşa Salavatov, Yusup Qereyev kimi gənc istedadlar

savaşda həlak olurlar. Savaş illərində “Fronta, yoldaş,

fronta” (1942), “Alqa, yoldaş, alqa” (1944) topluları ilə yanaşı,

Anvar Hajiyevin, Atqayın, Abdulvahap Suleymanovun bu

mövzuda yazdıqları əsərlər ayrıca kitab şəklində nəşr olunur.

Faşizm üzərində qələbə mövzusu 70-ci illərədək qumuq ədəbiyyatında

aparıcı mövqedə olmuşdur.

Rəsul Mirzə oğlu Rəsulov (1912, Teymurxanşura şəhəri-

1977). Qumuq nasirləri sırasında adı ilk sırada çəkilir. Rəsul

orta məktəbi Azərbaycan türkcəsində bitirmişdir. Buna görə də

Azərbaycanda gedən ədəbi prosesləri diqqətlə izləmiş, necə deyərlər,

onun içərisində olmuşdur. 1934-cü ildə “Kabalay qəhrəmanları”

povestini çap etdirmişdir. Kiçik hekayələri, roman,

povest, felyeton və oçerkləri ilə oxucu qəlbinə yol tapan yazıçı

C.Cabbarlının “Solğun çiçəklər” pyesini, Mehdi Hüseynin

“Komissar” povestini, Ə.Abbasovun “Zəngəzur” romanını qumuq

türkcəsinə çevirmişdir. Əsərləri Özbəkistanda, Bolqarıstanda,

Polşada, Vyetnamda və b. ölkələrdə çap olunmuşdur.

SSRİ Yazıcılar İttifaqı Dağıstan şöbəsində qumuq bölməsinə

rəhbərlik edən Rəsul Rəsulov rusca “Daqestanskiy Komsomolets”

qəzetinin redaktoru, “Lenin yolu” (qumuq türkcəsində)

qəzetinin şöbə müdiri işləmişdir. Onun “Ana” hekayəsini

343

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!