19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

lara baxmayaraq, tarix, ədəbiyyat, folklorları ayrı-ayrılıqda öyrənilir

və təbliğ olunurdu. Sovet strateqləri bu ayrılığı getdikcə

dərinləşdirmək üçün malkarlara Nalçikdə, qaraçaylara Çerkesskdə

elmi-mədəni mərkəzlər yaratmışlar.

Qaraçay-malkarlar haqqında İslam ensiklopediyasındakı məqaləsində

azərbaycanlı bilgin Mirzə Bala yazır: “Dil, örf, adət,

din, ictimai təşkilat, folklor edebiyat ve tarih itibari ile bir küll

teşkil etdikleri halde, takriben XV asırdan sonra, karaçay ve balkar

(b-m değişmesi ile malkar) veyahut tavlı (dağlı) adları altında

ayrı-ayrı iki cami olarak, 1944 yılına kadar, şimali Kafkasiyada

yaşamış eski bir türk kabilesidir” (Mirza Bala, 1967:217).

Mirzə Bala bu geniş məqaləsində qaracay-malkarların tarixindən,

soykökündən söz açmaqla yanaşı folklorlarına, ədəbiyyatlarına

da diqqət yetirmişdir. Görünür hələ Bakıda yaşayarkən tanış

olduqlarındanmı, yoxsa haqqında daha çox bilgisi olduğundanmı

Qaracay-Çərkəz Respublikasının yaradıcısı və ilk rəhbəri, sonralar

ədəbiyyat və elmlə ardıcıl məşğul olan, 1938-ci ildə güllələnən

Ömər Əliyev (Bu insanın adı Umar, Omar, soyadı Aliyev,

Aliylanı kimi də yazılır) haqqında diqqəticəkən bilgilər vermişdi.

Son 200 ildə aramsız basqılarla üzləşən, torpaqları əllərindən

alınıb yerində sanatoriya və kurortlar, istirahət evləri tikilən, bir

sözlə, mülkiyyətləri başqalarına verilən, kütləvi sürgünlərə uğrayan,

həbs edilən, güllələnən bir toplumun dilini qoruması, folklorunu

yaşatması və ana dilində bədii əsərlər yaratması heyrətamizdir.

Azsaylı xalqın şair və yazıçılarından İsmail Akbaylanı

(1874-1937), Ömer Ali Aliylanı (1895-1938), İslam Xibiylanı

(1896-1938), Asxat Bicilanı (1900-1958), Sait Otarlanı (1903-

1975), Xasan Appalanı (1904-1938), Axmadiya Malkarlı (1905-

1965) və digərləri 1937-ci il irticasına uğramış, Salix Xoçuyev

(1910-1942), Toxtar Borlaklanı (1914-1942), Azret Budaylanı

(1916-1942), Maqomet Oruslanı (1916-1942), İssa Qarakölanı

232

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!