19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Çanıbeylə ədavətini unudub evinə gəlir. Xanın çətin vəziyyətdə

olduğunu görüb onunla barışır. Oğlunu savaşa yola salır. Düşmən

Canıbeyin qoşunlarını darmadağın edir. Axmet xana yardım

edib onu ölümdən qurtarır. Özü isə həyatını riskə ataraq

döyüşü davam etdirir.

Axmetin bu hərəkəti onun xana şəxsi sədaqəti kimi deyil,

yüksək vətənpərvərliyi kimi təsvir olunur. Xanın: “Məgər, sən

öz həyatını qiymətləndirmirsən?” sualına Axmet belə cavab

verir: “Əgər məni öldürsələr, mənim kimi çoxları doğular.

Bundan vətənə zərər gəlməz. Əgər, səni öldürsələr, xan, bunu

bütün aləm bilər və vətənim başsız qalıb dağılar” (Kerekov,

Ekubovskiy, 1960:57).

Dastanda Canıbey xan çətin vəziyyətdə olanda qızı Şaarbeki

Axmetə verəcəyini vəd edir. Xan düşünür ki, Axmetin bu ağır

döyüşdən sağ çıxmayacaq. Lakin Axmet döyüşü qələbə ilə başa

vurur. Xan sonradan fikrini dəyişərək qızını varlı Bukalın

oğlu Teymura ərə vermək istəyir. Şaarbek atasının vədinə dönük

çıxdığını Axmetə xəbər verir. Axmet qızı alıb qaçır. Xandan

narazı olan igidlər onun başına toplaşır, Canıbey xana qarşı

birlikdə mübarizə aparırlar. Sonda xan Axmetin öhdəsindən

gələ bilməyəcəyini görüb dostları ilə onun arasını vurur. Dostlarından

inamsızlıq görən Axmet atını minib Şaarbeki də qucağına

alaraq uca qayadan atılır.

1.2. “Yedigey” dastanı noqay tarixinin qaynağı kimi

İrtışdan Dneprədək böyük bir ərazini nəzarətdə saxlayan,

Quzey Qafqaza, Kırıma hakim olan Altınorda (Qızıl Orda)

dövləti getdikcə gücdən düşdü və sıxışdırılaraq siyasi səhnədən

uzaqlaşdırılmağa başlandı. Belə qarışıq və gərgin bir dövrdə

noqayların böyük bir qrupu Volqanın sol sahilinə Ural və Emba

189

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!