19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Lakin Moldova hökuməti bununla razılaşmasa da, Sovet

hökumətinin basqılarını, yaranmış ağır iqtisadi-siyasi durumu,

ölkənin bir hissəsində Moskvanın əli ilə rusların Dnestryanı

Respublika yaratmalarını nəzərə alaraq qaqauzlarla münaqişəyə

girmək istəmir. Qaqauzlar Moskvanın Moldovanın müstəqilliyinə

qısqanclıqla yanaşaraq ölkəni iqtisadi böhran və milli

münaqişələr burulğanına salmaq istəyini, beynəlxalq aləmdə

baş verənləri nəzərə almadan 1990-cı ildə Qaqauz Respublikası

yaratdıqlarını elan edirlər. Rusiyanin xüsusi xidmət orqanları

Moldovanı münaqişə bölgəsinə çevirmək üçün millətçi

gənclərin narazılığından istifadə etmək istəyir. Həmin il noyabr

ayının 25-də bir qrup milliyyətçi moldovan gənci könüllü dəstələr

təşkil edərək qaqauzların üzərinə yeridilir. Moldovanlarla

qaqauzlar arasında baş verə biləcək silahlı toqquşmanın qarşısı

vaxtında alınır. Amma müstəqilliyini elan etmiş Qaqauz Yeri

Respublikası, bütün cəhdlərə baxmayaraq, heç bir ölkə tərəfindən

tanınmır. Hətta Türkiyə və Azərbaycan kimi qaqauzlara

hər cür yardım etməyə hazır olan ölkələr də! Bu da səbəbsiz

deyildi. Yaranmış qurum özünün iqtisadi, siyasi və coğrafi

durumunu, beynəlxalq vəziyyəti nəzərə almırdı.

Moldova hökumətinin susması 23.12.1994-cü ilədək davam

etdi. Həmin ilin noyabrında Moldova Məclisi Qaqauz Yeri

Muxtar Vilayəti yaradılması haqqında qanun qəbul etdi. Bu

qanun qaqauzların Moldova tərkibində milli haqlarını qoruyaraq

yaşamalarını tənzimlədi (Bulgar S., 1999:75).

2.2. Qaqauz türkcəsinin ilk yazılı qaynaqları

Rusiya uzun illər Osmanlı dövlətinin tərkibində olmuş, Osmanlılarla

eyni dildə danışan və eyni mədəniyyətin daşıyıcısı olan

qaqauzları yeni işğal etdiyi bölgəyə köçürdükdən sonra onları

keçmişindən qoparmaq üçün dini inanclarının möhkəmlənməsinə

114

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!