19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

davam etdirib yaşadırdılar. Ədəbiyyata yeni gəlmiş bir qrup isə

Avropa ədəbiyyatının təsirilə nəsri, dramçılığı inkişaf etdirməyə

çalışırdı. Poeziyada janr baxımından da dəyişikliklər baş verirdi.

Avropanın təsirilə sərbəst şeir yazanlar meydana atılsalar

da, klassik Çin, yapon şeir qəliblərindən yararlananlar da vardı.

Mövzu baxımından da ədəbiyyatda bir rəngarənglik, çoxçalarlılıq

meydana gəlmişdi. Bir qrup şair ənənəvi olan mövzuları

(Fərhad-Şirin, Leyli-Məcnun və s.) yenidən və yerli şəraitə,

xalqın adət-ənənəsinə uyğunlaşdırıb qələmə alırdılar, o biri

tərəfdə isə realist ədəbiyyat inkişaf edirdi. Bir tərəfdən Çin

işğalçılarına qarşı xalqın mübarizəsindən bəhs edən dəyərli

əsərlər meydana çıxırdısa, o biri tərəfdən hakim təbəqəni tərifləyən

tərənnüm ədəbiyyatı yaranırdı. Bir tərəfdən sosialist-realizmi

adlandırılan metodun təsiri ilə sosial ədalətdən, kommunizmin

işıqlı gələcəyindən, sosializmin qələbəsi uğrunda həyatlarından

keçən insan obrazlarından bəhs edən ədəbi nümunələr

ortaya çıxır, o biri tərəfdən milli azadlıq mübarizəsi bədii

əsərlərin əsas mövzusuna çevrilirdi.

Milli azadlıq hərəkatının əsas ağırlığını heca vəznindən istifadə

edərək, xalq şeiri ənənəsini yaşadan sənətkarlar daşıyırdılar.

Uyğurlar “koşakçı”, biz isə “aşıq” adlandırdığımız bu sənətkarlar

kənd-kənd gəzərək milli ruhlu, mübariz əhval-ruhiyyəli

mahnılar oxuyur, dastanlar danışırdılar. “Qeni Batur” dastanı,

Muhmedemin Buğranın ölümünə Əxmət Tohti Haci

Ucatlının qoşduğu dastan, eləcə də 1911-ci ildə Tümür Xəlifənin

(Xalipə) Qumulda başlatdığı üsyana həsr edilmiş “Tümür

Xəlifə” dastanı milli şüurun yüksəlməsində böyük rol oynamışdır.

Xalqın anlayacağı sadə bir dildə şeirlər yazaraq millətini

mübarizəyə səsləyən şairlərindən Sadır Pəlvanın, Abdulrəhman

Paşanın, Seyid Noçinin və başqalarının adı bu gün də

xalq arasında hörmətlə çəkilir.

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

55

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!