19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

im Bayqulov (Bayqullanı) (1902-1942), Xalimat Bayramukova

(Bayramuklanı) (1917-1996) ilk əsərləri ilə çıxış etmişlər.

1940-cı ildə “Qaraçay” adlı toplu buraxılmışdır.

İkinci Dünya Savaşı və savaşdan sonrakı illərdə qaraçay-malkar

ədəbiyyatında bir durğunluq müşahidə olunsa da, 1941-ci

ildə “Vətən uğrunda irəli! “ şeirlər toplusu çap olunmuşdu. Onlar

Vətənə sürgün illərində yaratdıqları ağı-mahnıları gətirdilər.

Sürgündən sonrakı illərdə İ.Semenovun, İ.Əliyevin, O.Xubiyevin,

A.Söyünçiyevin və başqalarının əvvəllər çap olunmamış

şeirləri “Gözlərimizdən qan damır“ adlı kitabda toplanmışdır.

Sovet irticasına uğramış xalqın yazıçılarının xidməti onda

idi ki, belə ağır vəziyyətdə qələmi yerə qoymamış, poetik dillə

millətin taleyinin salnaməsini yaratmışdılar. Qaraçay-malkar

ədəbiyyatının nümunələri Almatıda və Frunze (Bişkək) şəhərlərində

1956-57-ci illərdə nəşr olunan “Jaşavu buznu bayrağı“

(Yaşam bayrağımız), “Taza cürekden“ (Təmiz ürəkdən), “Qığılcımlar“

adlı toplulara daxil edilmişdir.

3.6. Bədii nəsrin yaranması və formalaşması

1934-cü ildə çap olunan “Atasını cası“ (“Atasının oğulu”) (yazarı

Salix Xoçuyev, 1910-42) və “Maqomet bla karabin” (Maqomet

ilə karabin) (yazarı Axmat Bilimğotov, 1910-60) kitabları

qaraçay-malkar dilində çap olunan ilk nəsr kitablarıdır. Uzun illər

rəhbər partiya-sovet işində çalışmış Xasan Appayev (Appalanı)

(1904-1938) nəsr sahəsində məhsuldar yaradıcılıqla məşğul olmuşdur.

Onun “Qara kübür“ (Qara sandıq) romanının birinci cildi

1935-ci, ikinci cildi 1936-cı ildə çap olunmuş, əsərin üçüncü cildi

isə 1937-ci ildə mətbəədən götürülərək məhv edilmişdir. Xabu

Xatsıyevin (Xatsılanı) (1916-74) “Tamata“, Daut Bayqulovun

(Bayqullanı) (1902-42) “Bekmurzanın caşavu“ (Bekmurzanın

yaşamı) hekayələri, Bert Quetuyevin (Qurtulanı) (1910-2001)

276

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!