19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

tayfadan bir xalq yaratmaq, bir sözlə, xalqı kiçik parçalara ayırmaq,

gücdən salmaq, kökündən uzaqlaşdırmaqla idarə etməkdir.

Bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra çar Rusiyasının

varisliyindən sözdə imtina etdiklərini elan etsələr də, «parçala,

hökm sür!» siyasətindən əl götürmədilər. Sovetlər Birliyi dağılsa

da, onun yeritdiyi siyasət hələ də beyinlərdən təmizlənməmişdir.

Son illər noqay ovsunlarının poetikasını araşdıran A.İ.M.Siqaliyev

və noqay epik mahnılarını öyrənən B.B.Kardanova

araşdırdıqları mövzuların zamanında öyrənilməməsinin mədəniyyətimizə

vurduğu ağır zərbədən ürək ağrısı ilə yazırlar.

(Вестник...,1999:167, 229). Lakin onlar bu gün də məhəlliçilikdən

irəli gedə bilmirlər. Yalnız məhdud dairədə noqaylardan

toplanmış folklor nümunələrini öyrənməklə yetərlənirlər. Mövzuya

bir az geniş anlamda, ümumtürk kontekstində yanaşsalar,

noqay folklor nümunəsi kimi təqdim etdikləri materialların

əksəriyyətinin qazaxlarda, qırğızlarda, tatarlarda, başqırdlarda,

türkmənlərdə, özbəklərdə, türklərdə və b. türk xalqlarında da

olduğunu görərlər. Türk xalqlarının folklorçu bilginləri də janrların

bölgülərə ayrılması və araşdırılması sahəsində xeyli iş

görmüşlər. Sadəcə bunları oxuyub ümumiləşdirmək gərəkdir.

Keçmiş Rusiya ərazisində yaşayan türk xalqlarının folklor

nümunələrinin toplanmasında, nəşrində və araşdırılmasında

oxşarlıq çox olduğundan onları ayrı-ayrılıqda araşdırmağa ehtiyac

duymuruq. Buna “Yedigey” dastanı ilə “Koroğlu” dastanının

toplanması, nəşri və tədqiqini misal göstərmək olar.

Milliyyətcə polyak olan Aleksandr Xodzko 1830-cu ildə

Həştərxan noqaylarından olan Ali bey Şarapovdan “Yedigey”

eposunu toplamış, onun yardımı ilə eposun nəsr hissəsini farscaya

çevirmiş və 1842-ci ildə Londonda çap etdirmişdir (Сикалиев

А., 1994:6). “Koroğlu” dastanı haqqında da eyni şeyləri

yazmaq olar. Burada dəyişən dastanın söyləndiyi yer, il və

195

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!