19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Basir Mesid ulu Abdullin (1892, Həştərxan vilayətinin

Tiyek kəndi-1937). İlk təhsilini mollaxanada alan Basir sonralar

Həştərxan və Kazan şəhərlərində mədrəsə təhsili görmüşdür.

Türk, ərəb və rus dillərini bilən ədib xalqının tarixini və

folklorunu öyrənməyə də həvəs göstərmişdir. Öyrəndiklərindən

sonralar bəbii əsərlərdə geniş istifadə etmişdir.

Bolşeviklər hakimiyyətə gəldikdə onların irəli sürdüyü şüarlar

gənc Basirə də xoş gəlib, onlara qoşularaq Həştərxan bölgəsində

varlı saydığı, sosializm quruculuğunu qəbul etməyən

soydaşlarına qarşı vuruşmuşdur. 30-cu illərin önlərində Qaranoqay

bölgəsinə köcərək burada bir müddət “Qızıl bayraq”

qəzetində işləmişdir. Daha çox kiçik hekayələr yazan B.Abdullin

“Kırmızı gül” (1934) romanı və “Kır batırleri” (Çöl bahadırları-qəhrəmanları)

(1934), “Aktivis” (1936) kimi sosializm

quruculuğunu, Sovetlərin qələbəsini öyən nəsr əsərlərini yazmışdır.

Basir Abdullin 1932-ci ildə yazdığı “Düşmən yenildi”,

“Batrak”, 1934-cü ildə yazdığı “Əməyin yendiyi zaman”ı

pyesləri ilə noqay dramçılığının inkişafına təkan vermişdir.

1937-ci ilin Sovet irticası noqay ədəbiyyatına da ağır zərbə

vurur, Basir Abdullin kimi istedadlı dramçı və yazıçını məhv edir.

Asan Şaxim ulu Bulatıkov (16.08.1907, Xabez rayonunun

Qızılyurd kəndi - 1937). Noqayların birinci peşəkar yazıçısı sayılır.

Onun “İki həyat” (1936), “Çoxları üçün iki” (1936) povestləri

və “Fatimat” pyesi, eləcə də “Azret, Erinşek, Mazan və

kolxozçular” şeir toplusu sosializm quruculuğunun ilk illərində

müsəlman respublikalarında sifarişlə yazılan qadın azadlığına,

çadranın atılmasına, qadınların kişilərlə bərabər işləməsinə,

kasıbların varlılara qarşı mübarizəsinə həsr olunmuş əsərlərdəndir.

Sosializmin tərənnümçüsü kimi tanınmasına baxmayaraq

1937-ci ilin irticasından o da qurtara bilməmişdir.

207

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!