19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

də vardır. Bu da rəqs və musiqinin müşayiətilə oxunan duetlərdir.

Onlardan bir nümunə belədir:

Bu tağlar igiz tağlar - Bu dağlar uca dağlar,

Qərip yolini bağlar – Qəribin yolunu bağlar.

Qərip ölse kim yığla - Qərib ölsə kim ağlar,

Qəripka qərip yığlar – Qəribə qərib ağlar.

Uyğurlarda da bir çox mahnılar tarixi hadisələrlə bağlıdır.

Tarixi şəxsiyyət olan Nazqumun, Sadır Pəlivanın və Mayımxanın

həyatlarından, onların faciəli ölümlərindən bəhs edən

“Nazuqum mahnısı”, “Sadır Pəlvan mahnısı”, “Mayımxan

mahnısı” bunlardandır.

Diqqəti çəkən odur ki, uyğur muğamlarında Kaşqarlı Mahmudun

“Divanü lüğat-it-Türk”ündən alınmış şeirlər də oxunur.

Amma şeirlər Divanda olduğu kimi oxunmur. Divanın ayrı-ayrı

yerlərindəki şeirlər birləşdirilərək yeni bir mahnı mətni yaradılır.

Uyğurlar on iki mukamda dastanlardan da geniş istifadə

edirlər. Belə ki, iraqda 24 misra, segahda 56 misra, əcəmdə 8

misra “Yusup ilə Əxmət” dastanından alınıb oxunduğu kimi,

rak mukamının dastan şöbəsində “Məsu ilə Dilaram” dastanından

8 misra, qalan misralar isə “Qərip ilə Sənəm” dastanından

alınaraq oxunur.

Ümumiyyətlə, uyğurların on iki mukamında “Qərip ilə Sənəm”,

“Bəhram ilə Dilaram”, “Sənevbər”, “Yusup ilə Əxmət”,

“Kəmərşah ilə Şəmsi Canan”, “Hörlika ilə Həmracan”, “Şahzadə

Nizamidin ilə Məlikə Rəna”, “Pərhad ilə Şirin”, “Şahzadə Dildar

ilə Məlikə Mihirlıka”, “Şahzadə Fərrux ilə Məlikə Gülrux”,

“Yusup ilə Zileyxa” dastanlarından seçilmiş şeir parçaları oxunur.

Çebbayat muğamının üçüncü dastan şöbəsində “Qərip ilə

Sənəm” dastanından belə bir şeir parçası oxunur:

Başvan bolup başın içrə - Bağban olub bağça içində,

Tərsəm taza güllərindin - Dərsəm təzə güllərindən.

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

45

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!