19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

(qumuqlar bu janra tapşurmalar deyir. Cavabları öz içərisində

gizlədilən tapşurmaları qumuqlar çox vaxt yır və sarın şəklində

söyləyir, cavabları da eyni şəkildə verilir), müdrik fikirlər aşılayan

nağıllar, mərasim nəğmələri, miflər, alqışlar, qarğışlar, bir

sözlə, folklorumuz əvəzsiz bədii nümunələr olub yazılı ədəbiyyatın

inkişafına təkan vermişdir. Qumuq yazılı ədəbiyyatı

uzun illər klassiklərdən ayrı salınsa da, zəngin şifahi xalq yaradıcılığına

dayanaraq milliliyini qoruyub saxlaya bilmişdir.

2. Qumuqların yazılı ədəbiyyatı

Son dövrlərdə qumuq tarixini araşdıranlar qürurla Xəzər

hövzəsində, Qafqazda, Ön Asiyada mövcud olan mədəniyyətin

böyük bir hissəsinin onların ulu babaları - protoqumuqlar

tərəfindən yaradıldığını yazırlar (Kadıradjuyev K., 1992:5)

Qumuqlar qədim keçmişləri ilə qürur duysalar da, uzun illər

yazılı ədəbiyyatlarının tarixini XIX yüzildə yaşamış Yırçı Kazakla

başlamışlar. Sovetlər Birliyi çökdükdən sonra bu ideoloji

təsirlər də aradan qalxmağa başladı. Hələlik qumuqlar ədəbiyyatlarını

zəngin folklorları və XV yüzildə yaşamış Ummu

Kamal (Nuri) ilə başlayırlar. Həxtərxan şəhərində oxumuş, xanı

öldürdüyünə görə özü də öldürülmüş Amanxoru (1670-

1706), şeirlərində zalımları, haqsızlığı, xanları və murzaları

tənqid etdiyinə görə gözləri kor edilmiş Sayit Koçxurlunu

(1767-1812), igidliyi tərənnüm edən, yurdu uğrunda savaşan

cəsur insanları öyən Mirza Qaluqlunu (1696-1742) da qumuq

ədəbiyyatına daxil edirlər (Mehran Aziz, 2008:13)

Bugünki Dağıstan Respublikasının ərazisi uzun illər ya tam,

ya da qismən Şirvan bəylərbəyliyinin tərkibinə daxil olduğundan

burada yetişən alim və şairlər də bugünki Azərbaycanla

sıx bağlı olmuşlar.

301

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!