19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ən uyğur gənclərinin əsərlərində bunu daha aydın müşahidə etmək

olur. “Tərcüman” qəzetinin təsiri açıq-aydın hiss olunurdu.

19-cu yüzilliyin başlarından yeni istiqamətdə formalaşan

ədəbiyyatın aparıcı şəxsiyyətləri Abdurehim Nizari, Turduş

Axun Qəribi, Noruz Axun Ziyai, Bilal Nazım, Sadır Pəlvan,

Molla Şakir, Seyid Muhəmmət Kaşi və başqaları olmuşdur.

Bunlardan Abdurehim Nizari, Turduş Axun Qəribi, Noruz

Axun Ziyainin dünyagörüşləri, yazı üslubları yaxın olduğu

üçün onların əsərlərindən bəziləri 19-cu yüzilliyin birinci yarısında,

yəni 1841-1842-ci illərdə “Ədiblər hekayəsi” adı altında

toplanaraq əlyazma şəklində xalq arasında sürətlə yayılmışdır.

30 min misradan çox olan bu kitaba bir çox dastanlar, qəzəl və

müxəmməslər daxildir.

Başqa bir əlyazma kitaba Abdurehim Nizarinin (1776-1849)

“Pərhad ilə Şirin”, “Leyli ilə Məcnun”, “Məhsun ilə Gülnisa”,

“Rabiyə ilə Seyiddin” lirik dastan-poemaları, “Çahar dərviş”

kimi didaktik dastan-poemaları, Əlişir Nəvainin qəzəllərinə

yazdığı təxmislər daxildir. Şair mövzularının əksəriyyətini

ənənəvi Şərq süjetlərindən götürsə də, “Rabiyə ilə Seyiddin”

mövzusunu yaşadığı zamanda baş verən hadisələrdən almışdır.

Ona görə də real hadisələrdən bəhs edən bu əsər sosial ədalətsizliyə,

zülmə, haqsızlığa qarşı güclü etiraz notları ilə seçildiyindən

xalq tərəfindən sevilə-sevilə oxunmuşdur.

“Ədiblər hekayəsi”ndə Turduş Axun Qəribin uyğur ədəbiyyatının

yeniləşməsinə güclü təsir göstərən yeni fikirli qəzəlləri

və dastan-poemaları, Noruz Axun Ziyainin “Vamik-

Üzra”, “Məsud ilə Dilara” adlı vəfa və vəfasızlıqdan, eşqə

sədaqətdən bəhs edən məhəbbət dastan-poemaları da vardır.

Yuxarıda adıçəkilən şairlərin müasiri olan Mir Həsən Saburu

qəzəllərini və bir çox şeirlərini Sedai təxəllüsü ilə yazmışdır.

1804-cü ildə Əlişir Nəvainin “Səddi-İskəndər” əsəri

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

52

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!