19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

BÖYÜK ƏDƏBİYYATIN

CAVAN ŞAXƏLƏRİ

Göstərişlə yazmaq mənim üçün ən ağır, ən çətin və ən üzücü iş

olub. Buna baxmayaraq sovet dövründə 20 ilə yaxın, göstərişlə

yazmalı olmuşam. Həmin zamanlarda redaksiyaların tapşırığı ilə

partiya və komsomol komitələrinin iclaslarından hesabatlar, bir

sıra müsahibələr, xəbərlər yazıb qonorarını alsam da, imzamı

qoymurdum. İmzamla çap olunmuş 500-dən çox məqaləmin isə

bu gün 60-70-nə imzamı qoyaram. Qalanı ürəyimdən olmasa da,

məcburən yazdığım, qonorarını aldığım məqalələrdir.

...Kiçik yaşlarımda dağlarımızda axtarış aparan geoloqlarla

tez-tez rastlaşırdım. Zod qızıl yataqları adıyla məşhurlaşan,

oradan qızıl çıxarılması üçün planlar hazırlayan bu insanların

işi mənə romantik və cəlbedici görünürdü. Buna görə də böyüyüb

geoloq olmaq arzusuyla yaşayırdım. Düşünürdüm ki, Göyçə

dağları filiz yataqları ilə zəngindir, onları kəşf etsəm, vətənimə

və millətimə xeyir vermiş olaram.

Göyçənin yayı sərin və səfalı, qışı isə çox sərt keçir, az qala

altı ay dağlardan qar ərimirdi. Vay o günə ki, qışda təzə qar

yağandan sonra külək əsəydi. Onda çaylarda su da “yoxa çıxırdı”,

adamlar su içmək, mal-qaranı suvarmaq üçün qar əritməli

olurdular. Əsən külək qarı qapıların arxasına yığdığından

evdən çölə çıxmaq olmurdu. Göyçənin qışını Aşıq Ələsgər

yaddaşlara belə hopdurub:

Göyçə qar əlindən zara gəlifdi,

Muğan həsrət çəkir a yağa qar, qar!

Radionun tək-tək evlərdə olduğu, televizorun olmadığı bir

vaxtda adamlar uzun qış gecələrini yola vermək üçün müxtəlif

əyləncələrdən istifadə edirdilər. Yanacağın qıtlığından evlərin

hamısını qızdırmaq mümkün olmurdu. Adamlar məcbur qalır-

11

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!