19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

təbliğ edilmişlər. Abdulla Muhammadov (1869-1937) isə 88 illik

ömrünün cəmi 17 ilini Sovetlər dönəmində yaşamasına baxmayaraq

onun günümüzədək gəlib çatan əsərlərinin böyük əksəriyyəti

Sovetlər dönəmində yazılanlardır. Uzun illər Yırçı Kazakın təsiri

ilə şeirlər yazan Aybala Dadav (Dadav Muhammatov) ömrünün

son illərində ictimai siyasi hadisələrlə səsləşən şeirlər yazdığına

görə Sovet dövründə onu „işçi sınıfı“ şairi, qumuq türklərinin ilk

„proletar“ şairi kimi təbliğ etməyə başlamışlar.

Keçmiş Rusiya imperiyasında baş verən dəyişikliklər qumuq

ədəbiyyatına da güclü təsir göstərmişdir. Sovetlərin qələbəsindən

sonra ana dilində yazıb-yaradanların sayı artmış, qumuqlar

üçün Bakı nəşriyyatlarında kitablar, qəzet və jurnallar

çap olunmuş, Azərbaycanın ali və orta ixtisas məktəblərində

qumuq gənclərinin təhsil almasına şərait yaradılmışdır. Bu da

qumuq yazılı ədəbiyyatının inkişafına təkan vermişdir. Ədəbiyyatda

epik nümunələr çoxalmış, poemalar, hekayə, povest,

roman və pyeslər meydana gəlmişdir.

Əslində bir dövr kimi öyrənilməli olan Sovet dövrü qumuq

ədəbiyyatını araşdırıcılar 1950-ci illərin sonundan etibarən aşağıdakı

kimi dövrləşdiriblər:

„I devür - İnqılapın va vatandaş davnu yıllanı adabiyatı

(1917-20)

II devür - yiqirimançı yıllanı adabiyatı (1920-29)

III devür - otuzunçu yıllanı adabiyatı (1930-41)

IV devür - Yullu Vatan davnu yıllarını adabiyatı (1941-45)

V devür - davadan sonqhu yıllanı adabiyatı (1945-56)

VI devür - haliqi adabiyat (KPSS-ni XX sezdinden sonq

yaratılqan adabiyat)“ (Literaturadan xrestomatiya, 1986:3)

1927-28-ci illərdəki milli düşüncəli insanların kütləvi həbs və

sürgünlərindən sonra qumuq gəncləri arasında Rus Sovet ədəbiyyatının

təsiri ilə yazıb yaratmaq dəb halına düşür. Beləcə qu-

318

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!