19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

3.Şəxsiyyətə pərəstişin tənqidi və ədəbiyyatdakı dəyişikliklər

Stalinin şəxsiyyətə pərəstişdə ittiham edilməsindən sonra

(1956) qumuq ədəbiyyatında da bir dəyişiklik görünməyə başladı.

Ədəbiyyatda şüarçılıq, müsbət qəhrəman axtarışları öz yerini insanın

daxili aləminin, iç dünyasının işıqlandırılması ilə əvəzlədi.

Sovetlər dönəmində ədəbiyyatda ideoloji xətt aparıcı olsa

da, şairlərin şəxsi həyatından, lirik duyğularından bəhs edən

əsərlər xalq tərəfindən sevilir və dillər əzbəri olurdu.

Hakim ideologiya bir çox mövzularını qadağan etdiyinə

görə, şairlər təbiətin tərənnümunə, lirik «mən»inə daha çox

müraciət edir, yaxud da millətin, vətənin acınacaqlı taleyindən

bəhs edən epik əsərlər yazarkən süjeti xarici ölkələrdə baş

vermiş milli-azadlıq hərəkatından alırdılar.

1960-cı illərdə cəmiyyətdəki nöqsanlar eyhamlı şəkildə,

sətiraltı tənqid edilirdi. Ədəbiyyata sosializm tərənnümçüsü

kimi gələn gənclər də yaşa dolduqca xalqın tarixindən, adətənənələrindən,

milli dəyərlərdən yazmağa üstünlük verirdilər.

Sovet ədəbiyyatının 1960-cı illər nəsli qumuq ədəbiyyatında

da seçilir. Kamal Abukovun (1938), Mahammat Atabayevin

(1938), Abzaydın Hamidovun (1938), Ahmat Jaçayevin

(1939), Uzlipat İbrahimovanın (1940), Abdulkerim Zalimxanovun

(1940), Abdulxakim Hacıyevin (1940), Qebek Qonaqbiyevin

(1961), Kazım Kazımovun (1961), Abdulla Zalimxanovun,

Nabiyulla Mahammdovun və b. yaradıcılığında insanın

daxili aləmi, həyatın rəngarəngliyi, psixoloji anlar önə çəkilir.

Beləcə ədəbiyyatda sənətkarlıq yüksəlməyə doğru getsə də,

mənəvi məsələlər ön plana çəkilsə də, şüarçılıq öz yerini yavaş-yavaş

insan psixologiyasının açılmasına yönəltsə də, ideal

müsbət qəhrəmanı daxili aləmində xeyir və şərin mübarizə

347

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!