12.07.2015 Views

9. Sayı; TURAN-SAM KIŞ Sayısı, 2011

9. Sayı; TURAN-SAM KIŞ Sayısı, 2011

9. Sayı; TURAN-SAM KIŞ Sayısı, 2011

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Şək. 3. Müxtəlif analoqlaşdırma şəkilləri üçün mühakimələrin strukturuAtom xarici sahədə yerləşdikdə energetik spektrin strukturu dəyişir: artıq elektronsahə olmayan halda qadağan olan enerjiləri də ala bilər. Tələbələrə müstəqil olaraq kibritqutusu üçün analoq vəziyyətləri göstərməyi təklif etmək olar. Köməkçi sual-ların vasitəsilətələbələr belə nəticəyə gəlirlər ki, qutunu pilləkənin üstündə yerləşdirsək potensial enerjilərinspektri dəyişəcək.İzahedici analogiya təlim prosesində bir başa müşahidə oluna bilməyən hadisələrhaqqında təsəvvürlərin konkretləşdirilməsi funksiyasını yerinə yetirir, tələbələr tərə-findənöyrənilən materialın daha dərindən dərk edilməsini təmin edir, yeni fikirlər yaradır vəfərziyyələr irəli sürmək imkanı verir.Xassə analogiyasının ikincı şəkli səbəb-nəticə (kauzal) analogiyadır . O, predmet vəhadisələrdə səbəb-nəticə əlaqələrini müəyyənləşdirməyə imkan verir. Onun məntiqi əsası butəklifdir: ümumi nəticəyə malik olan proses və ya hadisələrın yaranma səbəbləri də ümumiolmalıdır. Səbəb-nəticə analogiyasında mühakimələrin strukturu şək.3-də (2) göstərilmişdir.Misal olaraq elektrik, maqnit və optik hadisələr arasında Faradey analogiyasınıgöstərmək olar: kristallarda optik anizotropiya müşahidə edilir, deməli, kristallar elektrik vəmaqnit sahələri üçün də anizotropluğa malik olmalıdırlar.Bu analogiya iki funksiyanı yerinə yetirir: yaradıcı və sistemləşdirici. D.Didro beləanalogiya haqqında yazır: “Fizikada bizim biliklərimizin hamısı analogiyaya əsaslanır: əgərnəticələrin oxşarlığı onların səbəblərinin eyniliyi haqqında nəticə çıxarmaq hüququverməsəydi, görəsən bu elm necə olardı?” [11, s.77].Xassə analogiyasının ən çox yayılmış şəkli tətbiqi analogiyadır. Onu Aristoteltəbiət hadisələrinin dərk edilməsində geniş istifadə etmiş və paradiqma analogiyasıadlandırmışdır. Bu ad tərcümədə “nümunə əsasında nəticə” deməkdir, ona görə rahatlıq üçüntətbiqi analogiya adından istifadə edilir.Onun mahiyyəti belədir: əgər, bir obyekt digəri ilə bir neçə eyni həlledici xassəyəmalikdirsə, onların əlavə bir eyni xassələri də ola bilər. Tətbiqi analogiyaya görəmühakimələrin strukturu şək.3-də (3) göstərilmişdir.Tətbiqi analogiyanı problemlərin həllində, axtarış yolu ilə yeni materialın öyrənilməsindəistifadə etmək olar. Biliklərin bu cür mənimsənilməsi tələbələri müstəqil mühakiməaparmağa təhrik edir.İndi münasibət analoqlaşdırılmalarına baxaq: illüstrativ, uyğunluq, strukturfunksionalvə sistemləşdirici. İllüstrativ analoqlaşdırma bundan ibarətdir: müəyyən predmetvə ya hadisə illüstrativ modelin köməyi ilə dərk edilir; bu modeldə müxtəlif xassələrmücərrədləşdirilərək ümumi münasibətlər saxlanılır.İllüstrativ model təkcə təbiət hadisələri deyil, süni yolla da yaradıla bilər. Müasirfizikada hadisə və proseslərin nəzəri modelləri, prosesləri əks etdirən riyazi ifadələr geniştətbiq edilir. Analoqlaşdırmanın bu şəkli öyrənilən materialın anlaşılan olmasını təmin edir(daha konkret təsəvvürlərin yaranmasına kömək edir) və fərziyyə irəli sürülməsinə,problemlərin həllinə gətirir. İllüstrativ analoqlaşdırmaya görə mühakimələrin strukturu şək.3-də (4) göstərilmişdir.Elektrik yüklərinin hərəkət qanunlarını öyrənərkən suyun axınını model kimigötürmək məqsədəuyğundur. Axında səviyyələr fərqi elektrik gərginliyinə, vahid zamandaborunun en kəsiyindən keçən su kütləsi isə cərəyan şiddətinə analoqdur. Təlim prosesindəillüstrativ analoqlaşdırma məlumatvermə və səmərəli olmaq funk-siyalarını yerinə yetirir.Münasibət analoqlaşdırılmaları sırasında uyğunluq analoqlaşdırması müəyyən yertutur. Onun mahiyyəti bundan ibarətdir ki, münasibət bir sistemdən digərinə bu sistemlərinelementləri arasında mövcud olan hər hansı uyğunluğun əsasında köçürülür. Uyğunluqanaloqlaşdırmasına görə mühakimələrin strukturu şək.3-də (5) göstərilmişdir.Uyğunluq analoqlaşdırmasını o vaxt tətbiq etmək olar ki, obyektlərin elementləriarasında müəyyən münasibət uyğunluğu mövcud olsun. Bu analoqlaşdırma izomorfizm vəhomomorfizm analoqluğunu nəzərdə tutur.Bunların köməyi ilə analogiyaya görə əsas59

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!