12.07.2015 Views

9. Sayı; TURAN-SAM KIŞ Sayısı, 2011

9. Sayı; TURAN-SAM KIŞ Sayısı, 2011

9. Sayı; TURAN-SAM KIŞ Sayısı, 2011

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Bölmə (şöbə) səviyyəli menecerlər, müəssisənin ümumi vəzifələrinə vəməqsədlərinə uyğun olaraq məsələnin və məqsədlərin qoyulması; bölmə (şöbə) işinintəşkili (vəzifələrin bölgüsü, münaqişələrin tənzimlənməsi və s.); planların yerinəyetirilməsi üzrə istehsal fəaliyyətinin idarə edilməsi; işçilərin keyfiyyətli işininstimullaşdırılması və bölmə daxilində istehsal prosesinin əlaqələndirilməsində lazımiinformasiyalarla təmin edilməsi kimi məsələlərin həlli ilə məşğul olurlar.İstehsal səviyyəli menecerlər.Məlumdur ki, baş menecerlərlə bölmə səviyyəlimenecerlər arasında yeganə əhəmiyyətli fərq səlahiyyət və məsuliyyət və məsuliyyətinmiqyası və həddlərində, detallaşdırma dərəcəsindədir.İstehsal menecmenti özündəyuxarıda göstərilən bütün funksiyaları ehtiva edir və müəssisənin hər bir üzvü tərəfindənöz bacarıq və səriştəsi həddində yerinə yetirilə bilir.İstehsal səviyyəli menecerlərmüəssisədə minimum bölməyə cavabdeh işçi kimi təsnif edilsədə, əslində menecmentfunksiyası nəzarətçilər (müfəttişlər), ustalar (briqadirlər) yəni menecer adlandırdığımızbütün şəxslər (işçilər) tərəfindən həyata keçirilə bilər.Başqa sözlə müəssisə fəaliyyətindəvəzifəsindən asılı olmayaraq hər kəsin menecer (idarəedici) olması lazım gəlir.Məlumdur ki, menecment fiziki işin üstündən təşkil etdiyi və işçinin maşınafunksional əlavə olduğu dövrdə yaranmışdır.Müasir dövrdə,əqli əməyin üstünlük təşkiletdiyi bir vaxtda müəssələrdə əmək fəaliyyəti yeni təfəkkürlü kadrların seçilməsi vəidarə ilə bağlıdır.Qəribəlik ondadır ki, məhsul istehsalında (iş və xidmətləringöstərilməsində) XX əsrin ortalarından daha çox diqqəti cəlb etməyə başlayan, getdikcəsürətlənən texnoloji inkişafdan fərqli olaraq menecmentin uzun müddət qüvvədə olanbəzi formaları öz əhəmiyyətini itirir və müəssisənin idarə edilməsinə uyğun yenimexanizmlər yaranmır.Ümumiyyətlə, istehsal müəssisələrində idarəetmə fəaliyyətiproblem kimi bir neçə dövrü əhatə edən məqamlarla əlaqəlidir və bu məqamlar konkretşəraitdən asılı olaraq dinamik vəziyyət olur.Məqamlardan birincisi ondan ibarətdir ki, öz varlığı ilə hər müəssisəninfəaliyyətini canlandıran nümunəvi kadrlarları hər bir müəssisə fəaliyyətində arayıbtapmaq mümkündür.Buna baxmayaraq bəzi hallarda idarəetmə fəaliyyətində üstünlükxarici mütəxəssislərə və ya Avropa təhsilli menecerlərə verilir.Maraqlı burasıdır buzaman əksər hallarda gözlənilən nəticə alınmır, çünki bu mütəxəssislər öz sahələrini nəqədər yüksək səviyyədə bilsələrdə, yerli şəraiti bilmədikləri üçün idarəetmənin bütünsistemini yerli şəraitə uyğun qura bilmədikləri səbəbindən müəssisədə istehsal və biznesfəaliyyətində riski daha da artırırlar.İkinci məqam ondan ibarətdir ki, müəssisə “inanılmış (sınanmış) işçilər”qrupuna malik olmaq istəyir.Belə işçilər müəssisədə kollektiv maraqları tapdalamırlar,obyektiv olmaqla yalnız öz mənafelərini deyil, müəssisə kollektivinin maraqlarınıqorumağı özlərinə vəzifə borcu hesab edirlər.Bu vəziyyət müasir şərait üçün çoxsəciyyəvidir.Müəssisə fəaliyyətində digər bir məqam müəssisədə çalışanları “insani ləyaqətivə daxili aləminə görə” qiymətləndirməyə qadir olan rəhbərin işçiləri çox həssaslıqladuya bilməsidir.Müasir şəraitdə işçilərin şəxsi keyfiyyətlərini müəyyənləşdirmək üçünmüxtəlif sahələri əhatə edən yüksək obyektivlik meyarlarına malik test üsulları tətbiqedilsə də, elə amillər var ki, onları testləşdirmək mümkün deyil.Belə ki, işçi seçimindənə qədər test, attestasiya və ya sorğulardan istifadə edilsə də inamı (etibarı) hər hansı birkəmiyyət göstəricisi ilə ifadə etmək çətindir, onu ancaq dərk etmək mümkündür.Odurki, işçi (kadr) haqqında məlumatın əsas hissəsini rəhbər işçinin özü ilə bilavasitəünsiyyətdə olduğu zaman əldə edə bilər.Başqa bir məqam isə istehsal prosesində eynicinsli məhsullar istehsal edən, eynibir bazara çıxan, eyni bir ərazidə yerləşən və ya konkret bir ərazidə yerləşənistehlakçılara xidmət göstərən ayrı – ayrı müəssisələr yaxud müəssisələr qrupununoperativ istehsal fəaliyyətində informasiyaların (məlumatların) müəssisə üçün tələbolunan səviyyədə olmaqla yanaşı, həm də istehsalın (iş və xidmətlərin) yüksəltməkməqsədilə müəssisəni çıxmaq istədiyi bazara, əraziyə yaxınlaşdırmaq üçün ən vacib69

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!