30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

5. Nəticələr

Bu yekun bölmənin əvvəlində qeyd edirik ki, repetitor təhsili ayrı-ayrı ölkələrdə fərqli

xüsusiyyətlərə malik olsa da, qlobal fenomenə çevrilmişdir. Son onilliklər ərzində o,

olduqca inkişaf etmiş və özlüyündə bir sistemə çevrilmişdir. Bu faktlar böyük diqqət tələb

edir. Qərarvericilər və planlaşdırıcılar kölgə təhsil sisteminə qarşı müvafiq reaksiyaları və

proaktiv tədbirləri müəyyən etmək üçün bu kölgə sistemə müqavimət göstərməlidirlər.

Məqsəd təkcə nəzarət etməkdən və yönləndirməkdən ibarət olmamalıdır: qərarvericilər və

planlaşdırıcılar həmçinin kölgə sistemdən bir çox şeylər də öyrənə bilərlər.

İstiqamətlər

2007-ci il TPBİ forumunun bağlanışında öz fikirlərini ümumiləşdirən Obeegadoo (2007,

s. 6) qeyd etmişdir ki, repetitorluq “təhsilin ləng gedən marketləşməsi və özəlləşməsi

kontekstində sərhədlər və mədəniyyətlər arasında, Şərqdə və Qərbdə, varlı və yoxsul

ölkələrdə sürətlə yayılır”. Bu fikir başqa iştirakçılar tərəfindən də vurğulanmışdır. Müəyyən

mənada repetitorluq gizli bazarda yaranır (bax, Silova və b., 2006); ancaq vaxt keçdikcə

bazarın gizliliyi azalmışdır. İfadəli bir dillə desək, repetitor təhsili kölgədən işığa doğur.

Repetitorluq bir çox mədəniyyətlərdə, Qərbi Avropadan Şərqi Asiyaya qədər dərin

köklərə malikdir. İyirminci əsrin ikinci yarısına qədər repetitorluğun miqyası geniş deyildi.

Daha sonra o, Yaponiya və Koreyada, əsrin sonlarına doğru isə Azərbaycan, Kamboca,

Mavritaniya və Şri-Lanka kimi ölkələrdə ciddi fenomenə çevrildi. XXI əsrin başlanması ilə

repetitor təhsili Şərqi Avropa və Mərkəzi Asiyada özünü qabarıq büruzə verməyə başladı,

Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Afrikada getdikcə daha çox hiss olundu və

Latın Amerikasında yaranmağa başladı.

Bu inkişafa təkan verən qüvvələr ayrı-ayrı yerlərdə fərqli idi. Məsələn, Gürcüstan,

Qırğızıstan və Tacikistanda mühüm faktor məktəb müəllimlərinin əmək haqqının az olması

idi. Buna görə də onlar öz ailələrini dolandırmaq üçün əlavə gəlir mənbəyi axtarmalı

olurdular. Bunun əksinə, Honq Konq, Koreya, Yaponiya və Sinqapurda müəllimlərin əmək

haqqı nisbətən yaxşıdır və bu ölkələrdə əsas hərəkətverici qüvvə cəmiyyətdəki rəqabət və

yeni nəsil üçün repetitor təhsilinin gələcəyin təminatı olması fikridir.

ABŞ və İngiltərədə repetitor təhsili hökumət tərəfindən məktəblər arasında rəqabət

yaratmaq və zəif nəticə göstərən şagirdlərin standartlarını yüksəltmək cəhdlərinə qarşı

cavabdır; Uqanda və Malavidə isə repetitorluq təhsil sistemlərinin keyfiyyətinin aşağı

düşməsi ilə əlaqədardır.

101

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!